hesabımda arxa fona qoyduğum şəkil, gecəsini yatmadığım günlərdən idi yenə, özümə əsəbiləşib üzülürəm rejimsiz olduğuma görə bu günlərdə, amma bu şəkli çəkəndə yağan qar,doğan günəş, zorla görünən yelləncək məni çox xoşbəxt etmişdi, demək olar hər gün günəşi qarşılayıram, amma inanın bəzi günəş doğuşları sehr kimidi, şəklini çəkdiyim kimi,💛 ümid edirəm sehrli gün doğumları çox-çox olar həyatımızda











