Bu gün bizim evliliyimizin 7 ili tamam olur. ❤ Olduqca maraqlı, həyəcanlı 7 il:) Bu 7 ildə müxtəlif sınaqlardan, çətinliklərdən keçdik, uğurlar qazandıq, inkişaf etdik. Ölkələr gəzdik, okean və dənizlərdə üzdük. Biri oğlan, biri qız olmaqla iki övladımızın olduğu sevgi piramidası inşa etdik. Yeddi il öncə fərqli hədəflərimiz vardı, əksəriyyətinə Allaha çox şükür çatdıq, növbəti 7 il üçün də daha fərqli hədəflərimiz var. İnşallah, o hədəflərə də çatmaq bizə nəsib olar. Allah bizi və bütün ailələri daima məsud etsin, möhkəmləndirsin, kök atan, qol-budaq olan ailələrdən etsin. #evlilikildönümü #ailəgözəldir #dünyanısevgixilasedəcək https://www.instagram.com/p/CqUxaQiDuKh/?igshid=NGJjMDIxMWI=















