Unutduğumuz kimlərin yadındayıqsa bağışlasınlar. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/CAa7R-jnL-H/?igshid=1p8pbwxmj7qc8
seen from United States
seen from China
seen from United States

seen from Maldives

seen from United States

seen from United States

seen from United States
seen from Spain

seen from United States
seen from Canada

seen from Germany
seen from Sweden

seen from United States
seen from China
seen from United States

seen from Maldives
seen from China
seen from United States

seen from United States

seen from United States
Unutduğumuz kimlərin yadındayıqsa bağışlasınlar. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/CAa7R-jnL-H/?igshid=1p8pbwxmj7qc8
Son illərdə çox şey dəyişdi. Bir az mən dəyişdim, bir az ətrafım dəyişdi. Artıq atılan hər daşın niyə kasıba, çıxan hər güllənin niyə uşağa, bədbəxtliklərin niyə ancaq yaxşıların başına gəldiyini öyrəndim. Mismar məsələsi. Hər kəs düz mismara zərbə endirər. Kimsə əyri mismara zərbə endirməz. Əyri mismara sadəcə düzləşdirməkçün zərbə endirərsən. Bir az dağınığam. Dağılmışam heç yığanım yox. Üstüm başım sən qoxur. Özümü tərk etdim. Özümdən çıxıb özümə baxdım, özümdə səni gördüm. Tək nəfərlik yatağıma neçə yanlızlıq sığışdırıram, Allah bilir. Bir az darıxmaq var üstümdə. Görəsən varmı bir az bizimçün darıxan. Varmı səhər oyananda ağlına ilk gəldiyim. Gecələr bizi düşünərək yuxuya dalıb getdiyi. Varmı övlad həsrətiylə bizi gözləyən. Varmı görəsən, hə?! Bütün gedənlərin, bütün ölənlərin yaşadığı bir qəbristana döndüm. Burdan salam olsun bütün gedənlərimə. Təşəkkürlər. #amateurvideo #video #bwvideo #blackandwhitevideo #şeir #yazı #post #bezeksiz #şeirküçədə #videoshow #sadvideo #melanxolik #meloncholic #meloncholia #меланхолия #tuapse #russia #krasnodarskiy (Tuapsse, Krasnodarskiy Kray, Russia) https://www.instagram.com/p/BqcuIHIDxfB/?utm_source=ig_tumblr_share&igshid=iie16yu62g59
Gözəl olan hər şeyin günah adıyla soxuşdurulduğu, qanunların yavaş ikiüzlülüyün sürətlə yayıldığı, qadınların “təciz” və ya təcavüz edildiyi, siqaret çəkənin tərbiyəsiz, öz zəhməti hesabına əylənənin - içki içənin əxlaqsız, mini geyinən hər qadının fahişə olduğunu düşünən bu toplum necə inkişaf edə bilər axı? Özümüzdən çıxıb özümüzə baxmağa qorxuruq. Ona görədə başqalarına baxıb, müxtəlif aflar qoyuruq. Dahilərin, musiqiçilərin, şairlərin unudulduğu, televiziya təlxəklərinin sevilib tanrılaşdırıldığı, ətəkləri kiçildikcə artan izləyicilərin, insanların bir-birini nərdivan gördüyü, işi bitdikdə istifadəyə yararsız əşya kimi kənara atıldığı, dostluqların sadəcə sözlərdən, sevgilərin öpüşlərdən və bir neçə payızın xəzanından ibarət olduğu, kişinin tanrılıq etdiyi bu toplumda insan nəfəs almaqdan çox nəfəs verməyə utanır. İnsanlar insanlar içində insana həsrət yaşayır. Düşüncələrinin dəyişmədiyi, əzələlərini inkişaf etdirib beynini kütləşdirən, mütaliəsiz oxuduğu hər nağıla inanan, nə etdiyini bilməyən, özünü sorğulamadan yaşayan, hər haya küy verən bir toplum necə azad ola bilər? Güclünün zəifin üstündə qələbə çalıb məğrurlanmasını, sevginin 5 qəpiklik edilib güvənsizliyin mərkəzində dayanan o iyrənc səmimiyyətiniz elə sizə qalacaü. Bəylər, sizin iriçarplı əzlələrinizə xanımlardan çox bəylər baxır. Ona görə də özünüzü yormayın. Xoşbəxt olmağa çalışırıq ama düşünmürük; bəlkə də insan həyata xoşbəxt olmaqçun gəlməmişdir. Aman Allah, dəhşətdi! Kişilərin şəhvətçün dilənməsinə nifrət edirəm. Bütün hisslərinin şeytani bir qadının altpaltarına təslim etməsindən də. Azad olmağın tək yolu səndən başlayır. Düşüncələrindən. Lakın elə bir toplum yetişib ki, düşüncəsindən özgə hər şeyini dəyişib. Kim bilir, bəlkə də bu toplum, bu cəmiyyət ölüb dünyasını dəyişib xəbər edən yoxdu. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B4PDTwiH4RE/?igshid=q8853qtix0so
Sən mənim uçurumumdun. İnan əgər halım olsaydı qalxıb bir də yıxılardım sənə. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B26-ox8nfjx/?igshid=11fom41jdddt6
Hər şeyin gözəl, daha da gözəl olacağına inanmaq istəyirəm. İstəyirəm inanım ki, bir gün hər kəsi xilas edəcək bir nəfər tapılacaq. Bir gün birisi gələcək və çəkdiyin bütün ağrılara, izdirablara sığal çəkəcəyinə inanım. Ətrafımdakı hər kəsin tanıdığım kimi qalmalarına, yaxşı olduqlarına inanmaq istəyirəm. İnanmaq istəyirəm ki, analar hər zaman sağ qalacaq, əllərinə saçımız həsrət qalmayacaq. Bu əl-ələ gəzən, küncdə bucaqda öpüb qoxlaşan sevgililərə inanmaq istəyirəm. Bütün “hər şey yaxşı olacaq” kimi sözlərə inanmaq istəyirəm. Sevildiyimə, dəyər verildiyimə inanmaq istəyirəm. Musiqilərin intihara qarşı dərman olduğuna inanmaq istəyirəm. Yazanların yazdıqları kimi qüsursuz və mükəmməl olduğuna inanmaq istəyirəm. Gələnlərin getməyəcəyinə inanmaq istəyirəm. İstəyirəm inanım orada hələ də məni gözləyən bir nəfər var, onu heç tanımasam da o da mənim kimi məni gözləyir. İnsanların bir birini pilləkən kimi görmədiyinə inanmaq istəyirəm. Dostluqların həqiqətən olduğuna inanmaq istəyirəm. Tanrının varlığına, məni gördüyünə inanmaq istəyirəm. İnanmaq istəyirəm, çünki, inanmazsam ölə bilərəm. Yaşamağımçun, nəfəs ala bilməyimçün inanmağa ehtiyacım var. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B40Br98ntsa/?igshid=1b1vsl66twztp
Düz bir il əvvəl heç ummadığım vaxtda, gecənin bir yarısı saat 04:10’da - ilk baxışda, bir gecədə aşiq oldum. Dünyanın ən gözəl şeiriydi. Gözləri, saçları, burnu hamısı bir birinə qafiyəydi. Onunla hər danışığımda etiraf edirəm ki ürəyimin döyüntüsünü beynimdə eşidirdim. İnsan sevər, hətta çox sevər, bir insan barmaq sayından çox insan sevər ancaq tək bir adama aşiq olar. Lakın mən ona bir dəfə deyil, min dəfə aşiq olmuşdum. Kilometrlərlə uzaqlıqdan sevdim. “Bir kişi bir qadın üçün ən çox nə edə bilər?” sualını düşünün və cavabı hər nə olarsa mən onu onunçun etmişəm, etməsəm də edəcəyimi bilirdi. Ona “necəsən” deyə sual verməzdim çünki üzündən gözündən səs tonundan halın bilərdim. Bəzən elə insanlar olur ki, telefonun bir ucunda “öpdüm” deyər, sən kilometrlərlə uzaqlıqdan yanağında hiss edərsən. Ona kitab yazacaq qədər çox sevdim. Baxdım ki, bu qadın düzgün sevilməyib, layiq olduğu dəyəri görməyib, dedim mən bu qızı elə sevərəm ki, bir də kimisə belə nə sevərəm, nə də kimsə onu belə sevər. Ona verəcəyim hər şeyi verdim. Ona hər şeyi verdim çünki ondan sonrakına verəcək bir şeyim qalsın istəmədim. Ancaq nə oldu? Heç sevilmədim. Sevdikcə dəyərsiz birinə döndüm. Öl desə öləcək vəziyyətə gəlmişdim amma sevilmədim. Sevə bilmədi. O sevgi ilə daşı sevsəydim qarşılıq verərdi ama o vermədi. Ağlımı itirdiyimi düşünə bilərsiz, nəticədə o da elə düşündü. Çünki bir insan kədərdən və sevgidən dəli olduğunda, başqaları onun sevgisin, kədərini deyil, dəliliyini görər. Eşq, birinin səni məhv etmə hakimiyyətini vermək və bundan istifadə etməyəcəyinə güvənməkdi. Mən ona belə güvəndim, güvənmək təslim olmaqdı, mən də təslim olduğuma görə məhv oldum. Bu gecə yuxumda gördüm, oyanıb saata baxdım, saat 04:00. Telefona baxdım, bəlkə ağlına gəlmiş yadına düşmüşəm deyə. Anladım ki mən onun yadına düşmərəm, düşsəm-düşsəm yad düşərəm. #bəzəksiz #bezeksiz #aztagram #aztagramazerbaijan #aztagrampeople #baku #azerbaijan #art #amateurvideo #video #bwvideo #blackandwhitevideo #şeir #yazı #post #şeirküçədə #videoshow #sadvideo #melanxolik #meloncholic #meloncholia #меланхолия #tuapse #russia #krasnodarskiy https://www.instagram.com/p/B2rcn0jnvN8/?igshid=1s9fxjsivu0ac
Məktəbdə öncə alarıq, sonra isə imtahana çəkilərik. Həyatda isə tam tərsinə, öncə imtahana çəkilərik, sonra dərs alarıq. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B34skD8nDmT/?igshid=1f1klwjzjt23h
Hamısı susub. Susqunluğun nə demək olduğunu heç bir kitabda öyrənmədim ama sən gedərkən öyrəndim. Sənsizliyi heç bir kitabda yazılmadı ama öyrəndim. Sən gedərkən öyrəndim. Ölmədim ama ölməkdən betər bişey öyrəndim. Səninlə yaşamağı öyrəndim ama indi gəl gör nələri öyrənmişəm. Həyata “ğ” kimi davam edirəm - mənasız hərf kimi. 32 hərf içində hər hərfə bir söz tapılır ama “ğ” hərfinə söz tapılmır. Mənə də söz tapılmır. Mənə “unut” deyirlər. İnsan əzbər bildiyi şeyi unudur? İnsan qəzaya düşür, huşunu itirir və heçnə xatırlamır ama əzbər bildiyi, danışdığı dildə danışır. Heçnəyi xatırlamasa belə danışdığı dili unutmur. Sən mənim danışdığım dilimsən, sən mənim danışdığım dilsən, sənin dildə danışıram - necə unudum səni? Əzbərimsən, necə unudum səni? #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B27OTQnnhgw/?igshid=540qhitzitow