Çəkişməsən bərkiməzsən ! #birlikwu #ireliwu #ireli
Çox gözəl qeyd olunub: "Çəkişməsən bərkiməzsən!" Nəzərə alsaq ki, bu söz zamanla sınaqdan keçmiş sözdü, deməli yerində deyilib. Budur komandalar artıq adlar açıqlandığı gündən rəqabətə başlayıb. Hər kapitan çalışır ki, komandanın potensialını lazımınca üzə çixarsın. Bu minvalla hər komanda müxtəlif yollara baş vurur ki, bu da rəqabət olan bir mühitdə normal haldır.
Əsas məqsəddə elə budur, komandalar arasında ilk başlarda qeyd elədiyim çəkişmə anlayışı artıq komandalar arasında yüksəlməkdədi. Hər birimiz müəyyən bir şəkildə bu çəkişmənin içində yer alırıq və bərkiməyə çalışırıq. Burda qeyd eləmək istədiyim ən əsas nüans onnan ibarətdir ki, mübarizənin "Fair Play" çərçivəsində keçməsi məncə hamımız üçün yararlı olardı.
Amma ki, bir dəfə bir müsahibədə dinləmişdim,- gərgin oyunnan sonra klub rəhbərlərindən biri demişdi ki, oyun "Play Off" şəklində keçdiyi üçün hər iki komandaya təşəkkür edirik. Amma gəlin biz mübarizəmizi "play off" yox "Fair Play" şəklində aparaq.
Çünki qazanılmış qələbənin sevincini doya-doya yaşamaq qədər güzəl hiss ola bilməz.
Ən böyük BİRLİK insan şərəfini yüksəldən, onun həyat və taleyini gözəlləşdirən, bəşəriyyətə zülmətlər içindən gələcəyə yol göstərən BİRLİKDİR!!!