I Qurana görə müharibə ancaq məcburi vəziyyətdə ediləcək və mütləq şəkildə insani və əxlaq çərçivəsi daxilində aparılacaq arzuolunmaz zərurətdir. Bir ayədə yer üzündə müharibə edənlərin inkarçılar olduğu, Allahın isə müharibəyə razılıq göstərmədiyi belə açıqlanır: ...Onlar nə zaman müharibə məqsədilə bir od yandırarlarsa, Allah həmin odu söndürər. Yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə törədənləri sevməz. (Maidə surəsi, 64) Peyğəmbərimiz hz. Məhəmmədin həyatına baxanda da, müharibənin ancaq çətin vəziyyətdə və özünümüdafiə məqsədli olduğunu görürük. Quranın Peyğəmbərimizə vəhyi tam 23 il davam etmişdir. Bunun ilk 13 ilində müsəlmanlar Məkkə kimi bütpərəst quruluşun içində azlıq olaraq yaşayırdılar və çox böyük təzyiqlərlə üzləşirdilər. Bir çox müsəlmana fiziki işgəncələr edildi, bəziləri öldürüldü. Çoxunun evi və malları qarət edildi, həmişə təhqir və hədələrlə üzləşdilər. Buna baxmayaraq, müsəlmanlar zorakılığa əl atmadan yaşamağa davam edirdilər və bütpərəstləri həmişə sülhə çağırırdılar. Bütpərəstlərin təzyiqi dözülməz dərəcəyə çatanda müsəlmanlar daha azad və sərbəst bir şəraitin olduğu Yəsrib (sonradan Mədinə) şəhərinə hicrət edərək burada öz hakimiyyətlərini qurdular. Öz siyasi quruluşunu bu şəkildə düzəltdikdən sonra belə, Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı silah istifadə etmədilər. Ancaq aşağıdakı ayənin vəhyindən sonra Peyğəmbərimiz ümmətinə müharibəyə hazırlıq üçün əmr verdi: ...Kafirlərin vuruşa başladığı insanlara, (onlarla) vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışdılar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir. Onlar ancaq “Rəbbimiz Allahdır”-dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. (Həcc surəsi, 39-40) Qısaca, Allah müsəlmanlara müharibəni, təzyiq və zülmə məruz qalanda icazə vermişdir. Başqa sözlə, icazə verilən müharibə, sadəcə müdafiə məqsədli müharibədir. Başqa ayələrdə müsəlmanların lazımsız şiddətdən uzaq durmaları xəbərdar edilmişdir: Sizinlə döyüşənlərlə Allah yolunda döyüşün. Ancaq həddi aşmayın. Əlbəttə ki, Allah həddi aşanları sevməz. (Bəqərə surəsi, 190) (ardı rəydə) #sülh #quran #muharibə https://www.instagram.com/p/ChHau17MuaR/?igshid=NGJjMDIxMWI=












