Əvvəllər heç nə yolunda getmirdi. İndi yol da yoxdur.
Alisa U Zemlji Chuda
almost home
KIROKAZE
trying on a metaphor

blake kathryn

祝日 / Permanent Vacation

JBB: An Artblog!
we're not kids anymore.
AnasAbdin
Cosmic Funnies
One Nice Bug Per Day
h
dirt enthusiast
Jules of Nature
TVSTRANGERTHINGS

No title available

Janaina Medeiros
NASA

⁂

Discoholic 🪩
seen from Sri Lanka
seen from Singapore

seen from United States
seen from China

seen from Canada

seen from United States
seen from Denmark
seen from United Kingdom

seen from Vietnam

seen from Singapore

seen from Türkiye
seen from Brazil

seen from Canada
seen from United States

seen from Singapore

seen from Singapore

seen from United Kingdom
seen from United States
seen from United Kingdom
seen from Türkiye
@jafarmammad
Əvvəllər heç nə yolunda getmirdi. İndi yol da yoxdur.
İnsanlar gedir, insanlar dəyişir. Dayan deyə bilmirəm. Deyəcəyim tək şey qalır geriyə. "Sevməyin".
Məni belə sevəcəksinizsə sevməyin! Sizdəki yerimi mən tapacaqsam sevməyin! Sizə bir şeyləri zorla etdirəcəksəm sevməyin! Ya da sevirəm deməyin! Sevginizin arxasından yeri gələndə qaçmağı da bilin. Əgər sevgi bu deməkdirsə, mən imtina etdim.
İnsanlar alışıq deyil sevilməyə və sevəcəksinizsə də, cəsarəti olmayan birini sevməyin. Onlar getməsini bilir, sevməsini yox, deyirəm amma qulaq asmırlar. Eşidəcəklərini də güman etmirəm. Eşitmədikləri üçün də məlum vəziyyət təşrif gətirir həyatlarına. İstəyirəm ki, gözəl gülən insanlar ağlamasınlar. Yəni; Gəmilər batanda canı yanarmı dənizin bilmirəm, amma belə bir vəziyyətə düşmüş hər insanı görəndə mənim canım ağrıyır. Mən toxunmadan sevdim, sevmənin nə demək olduğunu bilə bilə sevdim. İtirdimsə itirdiyimi sevdim. Tapdımsa tapdığımı çox sevdim. Mən bir şeyi sevdiysəm heç az sevə bilmədim. Hələ orta heç sevə bilmədim, həmişə çox sevdim. Sən nə qədər uzaq olsanda, aramızdakı kilometrlər nə qədər çoxsa mən də səni o qədər dərin və çox sevdim. Əvvəldən sona bütün hekayələrini sevdim. Yalnızlığını sevdim. Sadəcə gözəl olduğun üçün yox, sən olduğun üçün və səninlə birlikdə kim olduğumu, mənliyimi anladığım üçün, məni dəyişdirməyə çalışmadan olduğum kimi bəyəndiyin üçün, mənə özümü önəmli biri kimi hiss etdirdiyin üçün sevdim. Təkcə özünə etdiklərin üçün deyil, mənə etdiyin gözəlliklər üçün, məni həmişə tamamladığın və biz şüurunu mənə öyrətdiyin üçün sevdim. hər an məni tək buraxmayıb gücümə güc qatdığın üçün yəni. Yanımda olduğun üçün. kimsənin bacarmadığı o gözəllikləri, o istiliyi, o səmimiliyi mənə göstərdiyin üçün. Bütün bunları məndən kilometrlərlə məsafədə yerləşən bir yerdən edə bildiyin üçün sevdim. Hər günümü xüsusi bir günə, həyatımda gözlədiyim iki şeyi xoşbəxtliyi sağlamlığı özündən çox mənə təmin etməyə çalışdığın üçün. varlığınla rahatlıq verdiyin üçün sevdim. Mən səni unutmaq üçün sevmədim. Mən səni eşqimdən öl, qəlbimə kölə ol deyə sevmədim.
Məni bilirsən, hər şeyi içmə atıram, amma atmaq istəmirəm artıq bu saatdan sonra. Çox çətin olur, artıq, avaz avaz susmaq. Çox ağıllı olmadım heç, yanlış atlara çox oyunlar oynadım hər zaman. Zamanında çox mübarizə apardım və qazana bilmədim.
Bugün mənim doğum günümdür. Elə xoşbəxtəm ki, bir yaş daha böyüdüm deyə. Həyatımda hər yaş biraz daha xoşbəxtliyə doğru aparmışdır məni. Bundan sonra da belə olacağına inanıram. Bu bir təsəlli deyil. Həqiqətən belə olacağını düşünürəm. “Səbəbi nə ola bilər?” deyə düşündükcə bir çox fikir gəlir ağlıma. Ən vacib təcrübə dedikləri şeydir. İnsanoğlu yaşamın hər gün yeni bir üzü ilə qarşılaşır. Zamanla daha çox şey görür, öyrənir. Daha az səhv edir illər keçdikcə. Ən azından etdiyi səhvləri təkrarlamamağı öyrənir. İlk öncəki davranışlarına, hadisələrə baxışına, saflığına qəhqələrlə gülmək istəyir. Amma ki, o anları yaşayarkən necə də olqun, necə də müdrik görür özünü. Həm həyata alışır yəqin insan. Həyatdan nələri gözləyəbiləcəyini, nələri gözləməyəcəyini daha aydın görür. Keçmiş illərdəki hadisələr və insanlar artıq eyni təsiri yaratmır.
Özünü hər keçən illə bərabər daha yaxşı tanıyır. Özünə bir az daha yaxınlaşır, xasiyyətini yaxşıca kəşf edir. Nə istədiyini, nələr edəbiləcəyini, sərhədlərin nə olduğunu bildiyi üçün qərarlarını daha doğru alır, addımlarını daha əmin atır. Özünü daha yaxşı tanımaqla bərabər, sevmədiyi xüsusiyyətlər üçün də çarə axtarır. Yaşlandıqca daha mülayim, daha yaxşı xasiyətli bir insan olur. İlk asılılıqları yox olur. Və bəzən keçmişə qayıdıb kədərli günləri düşünür. Təsirindən çıxa bilməyəcəyi hesab etdiyi o günlərin artıq çox gerilərdə qaldığının fərqində olur. Həm bütün acıların yaşanıb, bitdiyini görərək ümidlənir həm də nələri dəf edə biləcəyini görərək fərhlənir. Çox insan şikayət etsə de sevirəm mən yaşlanmağı və ad günlərimi. Yeni yaşım mənə nələr qatacaq, məndən nələri aparacaq bilmirəm. Amma diləyirəm ki, sevgi dolu, hüzur dolu bir yaş olsun, həmişə gülümsəyərək xatırlayacağım…
Bir yaş daha böyüdüm bu həyatda. Emre Aydının bir mahnısında dediyi kimi; sığmıyor mumlar artık doğum günü pastama. Özüm özümə “yaxşı ki, dünyaya gəlmişəm, və heç nəyə baxmayaraq həyat çox gözəldir!” deyirəm və özümə bir musiqi hədiyyə edərək günün dadını çıxarmağa gedirəm.
Tumblrla bərabər ötən 4 il, qeyd etdiyim 4 cü yaşım. Yeni yaşım mübarək. Öz həyatımın aktyoru olaraq, gözəl, xoşbəxt və kədərsiz illər yaşamaq istəyirəm. Zənnimcə özümü ifadə edəcək artıq sözlərə ehtiyac yoxdur. Sizlərlə ümumi olaraq son postu paylaşmaq istədim. Özünüzdən muğayat olun, sağ olun əzizlərim :)
Bilirsən, hər kəsin özünü qurtaracaq bir bəhanəsi var əslində.
Sabaha dair məni motivasiya edən bir şey də yoxdur. Sadəcə, yatıram və sabah olur, o qədər.
Bilmirəm könlümün çatdığı yerə ömrüm çata biləcəkmi?
İçi çölü yanğın olan birinə qığılcımın mahiyətindənmi bəhs edirsiniz?
Yaxınlığın səndən o yana olan yaxınları uzağa çevirdi, məndə nə qalıbsa, səndən bəri var.
Olduğum yerin, olmaq istədiyim yerlə uzaqdan yaxından əlaqəsi yoxdur.
Həyatın ən amansız tərəflərindən biri də ən çox unutmaq istədiklərimizi bir gün mütləq anlatmaq məcburiyyətində qalmağımız.
Narahat xəyallarım aləmində yaşayan sən, bütün varlığınla yalnız mənimsən.
Bəzən adam çəkdiyi əzabdan da xəbərsiz olur.