🪐

blake kathryn

shark vs the universe
$LAYYYTER
One Nice Bug Per Day

Janaina Medeiros
Monterey Bay Aquarium
i don't do bad sauce passes
AnasAbdin
hello vonnie

Product Placement
wallacepolsom
Alisa U Zemlji Chuda
Keni
Not today Justin
art blog(derogatory)
Peter Solarz
KIROKAZE

Kaledo Art
Cosmic Funnies

Origami Around

seen from United States

seen from United States

seen from Canada
seen from India
seen from United States
seen from United Kingdom
seen from Germany

seen from United States

seen from United Kingdom

seen from Israel
seen from Kuwait
seen from Türkiye

seen from Netherlands

seen from United States

seen from France

seen from United States
seen from Germany
seen from United Kingdom

seen from Germany

seen from Canada
@su1tanz
🪐
Riri 🐣
Hər şey gəlib keçidir, əbədi adlandırığımız hər şey: ağırılarımız, acılarımız, sevinclərimiz, hisslərimiz..zamanla unudulur hər şey, bəlkə izi qalır, amma unudulur..Bəs bizlər ?..Heç ölməyəcəyik kimi yaşayır, sanki əbədi olanlarıq sanırıq, amma əcələ yaxalandığımız an ölür, lakin unudulmuruq bu dünyada bizi xatırlayan son insan ölənə kimi..
©
Əslində qadının günü olmur deyirlər, biz hər zaman sevilməyə layiq, xoşbəxt olmaq üçün yaradılmış varlıqlarıq. Qadın dediyin bir salxım üzümdür, sevgi versən bəhməz , nifrət versən sirkədir, demiş şair. Bayramımız mübarək gözəl xanımlar. Hər zaman özünüzə dəyər verib bu dəyərə layiq insanlar toplayın ətrafınıza . Haqqlarınızı bilin və haqqlarınıza, dəyərlərinizə hörmət edən bəylər seçin. Özümüzə ən böyük dayaq elə özümüzük. Yıxılsaq da, yerə çaxılıb parçalansaq da hər zaman özümüzdən güc ala bilməliyik. Çünki biz zərif, amma bir o qədər də güclü varlıqlarıq. Hər zaman özəl hiss etməniz diləyilə. Hər günümüz ən gözəl gün kimi yazılsın həyat təqvimimizə. Qadın adına layiq bütün qadınların bayramı mübarək. Yaxşı ki, varıq : )
O qədər nankor, qədir qiymət bilməzsiniz ki, insanların sizə ayırdığı zamanı, verdiyi dəyəri bir heç olaraq görürsüz. İnanın mənə bir gün eynisi yaşayacaqsız. Çünki mən bunu mənə yaşadanların tam da eynisini yaşadığını öz gözlərimlə gördüm, duydum. Ola bilər ki vaxtilə sizə zamanını sərf edən, dəyər verən o insanların etdikləri bir heç olacaq, lakin onlar insanlığından heç bir şey itirməyəcək. Bəs siz ? Siz isə bunu öz dəyər verdiklərinizdən görəcəksiz, tam eynisini. Yerdən yerə çaxılacaqsız. Sizi bir heç yerinə qoyacaqlar, nəinki sevdikləriniz, elə kənardakı dost tanış dedikləriniz də. Hətta bir vaxtlar heç adam yerinə qoyub, saymadığınız o insanların da gözündə böyük bir HEÇ olacaqsız. Layiqiniz budur çünki. Nə artıq nə əskik.
©
Xoş gəldin 18!✨
Sussan qəlbin qırılır, danışsan qəlb qırırsan.
Üzümü güldürə bilən bir neçə şeydən biri *-*
Zamanla həyat insanı elə sınaqlardan keçirir ki görürsən olmaz dediyin mümkünsüz saydığın hər şey olub, sən də bir kənardan izləmisən olanları amma əlindən zərrə qədər bir şey gəlməyib etməyə, heç bəlkə fərqində belə olmamısan. Gözləntilərin, inancların, güvəndiyin hər şey olub bir heç sənə də qalan "axı niyə belə oldu" olub. Olacaqdı çünki sən şərait yaratmışdın olmasına, sən güc vermişdin qarşındakılara ki alçaldsınlar səni, əzsinlər, yıxsınlar. İndi hansı haqqla özünə bu sualı verirsən, hansı üzlə ? Bəlkə də sizə elə gələcək ki bu yanaşma tərzi çox sərtdi və ya səhvdi. Amma mənə görə insan özünü yeri gələndə tənqid yeri gələndə tərif etməyi bacarmalıdı. Güzgünün qarşısına keçib "bu gün də çox gözələm", "özümü çox sevirəm", "məndən yoxdu" və s. kimi şeyləri deyə bilirsiniz özünüzə, amma səhv bir iş tutduqda özünüzü tənqid edə bilmirsiniz? Fikrimcə bu insanın qətiyyətsizliyindən, iradəsiz olmasından irəli gəlir. Çünki siz özünüzdəki səhvi açıq-aşkar görürsünüz, lakin özünüzü tənqid etməyə gücünüz, iradəniz çatmır. Deyəcəyim odur ki, həyatda necə bir tip insan olursunuz olun, lap ən kasıb və ya ən varlı fərq etmir, mənəviyyat cəhətdən yoxsul olmayın, çalışın hər zaman özünüzə qarşı dürüst, səmimi olasız.
©
Hər zaman qəlbimizdən gələn və doğru olduğuna inandığımız səsə tabe olmalıyıq. Çünki o səs heç bir zaman yalan söyləməz.
Lev Tolstoy
Bilirsiz necədi bəhanələrə sığınan, insanlardan istifadə etməyi yaxşı bilən insanları heç vaxt anlamamışam. Mən kiməsə qarşı elə olmamışam, çünki normal bir xarakterim var və bacardıqca insanlara qarşı dürüst olmağa çalışıram, kimliyindən asılı olmayaraq. Qarşınızdakı insan kim olursa olsun, hətta vəziyyət elə bir yerdə ola bilər ki o insanı ümumiyyətcə görəcək gözünüz yoxdu, lakin ona qarşı bəslədiyiniz münasibətdə bir siz mövcuddur. Qarşınızdakı ən səmimiyyətsiz biri olsa belə ona görə səviyyənizi düşürtməyin, bir öz olaraq qalın və həmin insanı pis vəziyyətdə qoymaq istəyərkən öz mənliyinizi itirməyin, dürüst olun ki bir gün vicdanınız qarşısında aciz qalmayasız, o da var olan yerdə.)
©
Insanlar əsl üzlərini, sizdən istədiklərini ala bilmədiklərində göstərərlər...
Torpaq utandı uşaqları bağrına basarkən
Bir "insan" utanmadı etdiklərindən.
#nerminüçünsusma
Bizi əhatə edən insanlar, bizim necə yaşamalı, kimi sevməli, nə işlə məşğul olmalı, nə geyinməli, nə yeməli olduğumuzu bizdən daha yaxşı bilirlər sanki. Kaş özləri haqqında da ən az o qədər şey bilərdilər, bizə sərf etməyə zamanları olmazdı.. Kaş insanlar daim qarşılarında güzgü ilə gəzərdilər, özlərinə, öz geyimlərinə, hərəkətlərinə və qəlblərinə baxardılar sadəcə. Güzgünü başqasına tutmaq necə də asandır..
2019-un son günüdü və bir il daha bitir. Bu il digər illərə nisbətən o qədər də pis bir il olmadı mənim üçün. Çox enişli yoxuşlu bir il olsa belə 2 il öncə qarşıma qoyduğum məqsədə çatdığım bir il oldu. Məzun oldum, uniyə qəbul oldum və mənə çox gözəl insanlar qazandırdı bu il. Qarşıdan 2020 gəlir və mən çox abu havasında olmasam belə bu ildən istədiyim çox bir şey yoxdu. Sadəcə sevdiklərimi məndən almasın, bu il yanımda olan hər kəs olduğu yerdə qalsın. Hər yeni ilə keçdikdə dəyişən sadəcə rəqəmlərdi deyirik, lakin özümüz o qədər dəyişirik ki həqiqətən bunun fərqinə varmırıq belə. Özünüzə, sevdiklərinizə qarşı yadlaşmayın. Dəyişin amma yaxşı yönə. Yeni iliniz mübarək olsun inşəAllah hər birimiz üçün digər illərdən də gözəl bir il olar. Bayramınız mübarək.🌝✨
yüzümü yağmura uzatsam geçecek diyorum
geçmiyor
ev buz.
Dünən ilə bu günün arasında dava çıxsa uduzan sabah olar.