Armud (lat. Pyrus) — gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsidir. Armud Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Vətəni Çindir. Hünd. 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur. Çiçəkləri ikicinsiyyətli, ağ və ya çəhrayıdır, qalxanvarı çiçək qrupunda 4–15 ədəd çiçək (bəzən tək-tək) yerləşir. Lətli meyvəsi uzunsov, yaxud dəyirmi formadadır, çəkisi 25–300 qr gəlir. Ləti daşlaşmış hüceyrələrdən ibarətdir. Əsasən, avqust–sentyabr aylarında yetişir: Uzunömürlüdür. 4–5 (bəzən 8–10) yaşında meyvə verməyə başlayır. Alma — Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almanın tərkibində 5-24 %-ə qədər şəkər, 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Səhifəni izləməyi unutmayın @novella.kitabevi #novellakitabevi #alma #armud #almaarmud #meyve #vitamin #coronavirus (at Novella kitab evi) https://www.instagram.com/p/CDb-5Dmn1KL/?igshid=zjo0aq3u7rim









