Я только что опубликовал(а) часть "Payızım (Sentyabr)" из моей истории "Dəniz Fənərim..". http://my.w.tt/UiNb/tsTaNszO3w
seen from Norway

seen from Russia
seen from China
seen from United States
seen from United States
seen from China
seen from Russia

seen from Malaysia
seen from United States
seen from Russia

seen from Malaysia
seen from Malaysia

seen from Malaysia

seen from Malaysia
seen from Canada

seen from Canada
seen from United States
seen from United States

seen from Spain
seen from Türkiye
Я только что опубликовал(а) часть "Payızım (Sentyabr)" из моей истории "Dəniz Fənərim..". http://my.w.tt/UiNb/tsTaNszO3w
Bağışla
Həyatında sənə əzab verən, səni qıran və incidən, üzücü hisslərə qapılmağa vadar edən hər kəsi bağışla, lakin onlara əsla bunu ikinci dəfə yaşatma üstünlüyü vermə. Ətrafında və həyatında yaşanılan hadisələrin zamanında fərqinə varmamağın sonradan sənin üzülməyinlə, hadisələrin yolundan çıxması ilə nəticələnə bilər. Əslində insanlar bunu tamda yolun başında göstərirlər. Səni ilk qırıb keçdiklərində, səni önəmsiz hiss etdirdiklərində, zamanlarının hər dəfə olmadıqlarını söylədikdə yavaşca astadan o insan mən deyiləm söyləyir. Lakin sən o qədər israrla onların dəyişəcəyini gözləyirsənki bunların artıq fərqinə varmırsan. İnsanları həyatına daxil edərkən iki nuansın fərqinə varmalısan. 1.İnsanlar dəyişmir, onlar bu şəkildə yaşayıb davam edəcəklər. 2.Heç kimi dəyişdirməyə çalışma, ya olduqları kimi qəbul et, yada həyatlarından çıx. Birinci söylədiyim insanların necə formalaşıb, həyatlarını qurub yaşamaları ilə əlaqəli. İnsanda su kimidir, onun forması qabından asıılı, lakin su kimi hər qabda ayrı forma alacağını sanma. Formalaşmasında, sahib olduğu xarakter, ailə, mühit, cəmiyyət, yaşadığı amillər bunların hamısı böyük rol oynayır. İlk öncə bu yöndə qərar verməmişdən əvvəl, tam olaraq nə istəyirsən onu qərarlaşdır. Həyatıvı necə qurmaq, nələr etmək, nələrə sahib olmaq haqqında yaxşıca düşün. Əgər sən hələ tam olaraq nə istədiyin haqqında heç bir fikirə sahib deyilsənsə, həyati qərarlarında öz yerini tutmayacaq, verdiyin hər qərar büdrəyəcək, çürük diş kimi düşəcək. İkinci bəhz etdiyim, insanları dəyişdirməyə çalışmaq mənim şəxsi düşüncəmlə yanlış bir addımdır, bir başa təhqirdir, hörmətsizlikdir. Bunun dildə tərcüməsi belədir: Mən səni xaricən bəyənirəm lakin daxilən məni qane etmirsən və sənin üstündə bir iki və daha çox dəyişikliklər etmək istəyirəm icazənlə :) Bu hadisələr qıraqdan baxarkən tam tamına bu cür təsir bağışlayır. Əslində çox asan bir nüans var burada, yəqinki bir başa həyatıva insanları qəbul etmirsən, bunun üçün müəyyən zaman tələb olunur, sonradan bunu söyləmək, qərarları dəyişdirmək artıq ikiüzlülükdən başqa bir şey deyil. Bunada dağı keçənə qədər ayıya dayı demək deyilir. Səndə daxil olmaq şərti ilə hər kəsi olduqları kimi qəbul etmək lazım, mənfili müsbətli. Əgər həyatıvı sırf mükəmməllik üstündə qursan sonsuzadək axtara axatar yaşamış tənha qalmış olacaqsan. Çünki belə insanlar mövcud deyil, ya həyatda müəyyən şeylərə göz yummaq (istisna təbii ki var) yada bunu məcbur özüvü hiss etdirməyib yoldan çəkilmək. Hər iki qərar məntiq, ağıl və həmçinin ürək istəyir. Yaşanılmışlıqlar hər kəsdə fəqlidir, kimin hansı həyatı yaşadığını, nələrə dözüb səbr etdiyini təbii bilmirik. O an nə tək ürəyinlə nədə tək ağlınla hərəkət et. İkisini ayrı ayrı dinlə və sonra qərarıvı ver. Hər iki qərarın sonunda həyatıvı olduğu yerdən sən davam etmiş olacaqsan. Bağışlamağı ilk olaraq özündən başla, özüvü bağışla. Səni səndən başqa kim bu qədər üzüb? Bilərəkdən incidən dəfələrlə kim olub səndən savayı? Sən ilk olaraq özünlə başla, bağışla olanları, yaşanılmışlıqları. İçində kin, nifrət bəsləyib saxlamağa dəyərmi heç? Bütün bunları yük edib uzun yola çıxmaq olarmı ? Fikrimcə yox, dəyməz. Kimə nə etmək istəsən yaxşı yada pis unutma bunu ilk özüvə etmiş olacaqsan. Saxladığın hər kin, nifrət içdən içə səni qurd kimi yeyib bitirəcək. Ruhuvu azad burax, ona bu yükləri verib yerə çəkmə. Ürəyinlə bax, bir addım irəli addım ataraq sən başla. Yaşam boyunca özün üçün nəsə etmək istəyirsənsə bağışla, bağışlanmaq üçün bağışla.
Bəlkə
Yaşanılmış hadisələr peşmanlıq, yaşanılmamışlıqlar isə bəlkələr gətirir.. Hər insanın həyatında özünə bircə dəfə sual verib cavabında bəlkədə deyərək başladığı cümlələr var. O cümlələrki, içində inanmaq istəyib yaşanılmayacaq hadisələri canlandırır. Bəlkədə mən o zaman bu cür etsəydim, bəlkədə olmasaydı, bəlkə getməsəydim bəlkə bəlkə bəlkə.. Yaşadığın anın təkrarı yoxdur, yaşandı və bitdi. Bəs yaşanmamış anlar necə olsun deyə sual verirsənsə cavabıda səndə. Yaşanması üçün hadisələr üstündə zaman sərf etdin, bəzən nail olmağın çox asan oldu, bəzən isə çətin yollardan keçdin, itgilərin belə oldu. Qazanmaq üçün istəmək yetməz, bunun üçün əziyyətində olmalı. Hər şey bu zaman öz dadını buraxmış olacaq, əziyyət çəkmədən nail olduqların sənə heç bir keyf hissi verməyəcək. Deməli yaşanılacaq hadisələr sən tərəfdən çətinlik istəyir, bu yöndə səndən addım tələb edir. Hadisələr sən istədiyin üçün yol alır, lakin bu tək sənin əziyyətinlə başlayıb son almır. Qarşındakı insanlarda addımlar atmalı . Heç kimə məni sev deyə məcbur sevdirə bilmərsən, mənə hörmət et, qeydime qal, diqqət və qayğıvı məndən əsirgəmə söyləyə bilmərsən. Bu hisslər, bu düşüncələr var yada yoxdur, olmayan bir xüsusiyyəti qarşındakından istəyə bilmərsən. Olmayan bir hissi sənə verə bilməz. Lakin düşünməki sənə vermədiyi üçündə bu hisslərdən uzaqdır. Zamanı gəldikdə bir başqasına bu və bundan artıq hisslər bəsləyib onun olduğu yola doğru addımlar atacaq. Məhz sən o insan deyilsən. Özün olaraqda qal, çalışma onun istədiyi biri olaraq yaşamağa, bunu etsən belə bir yerə kimi addımlaya bilərsən, sən sənlikdən çıxdığın an oda o hisslərdən çıxmış olacaq. Bunun üçün özüvü qınama. Bəlkədə daha doğrusu, zamanında, yolların dəyişməsi idi, bəlkədə sən məhz o insan olmadığın üçün zamanla inciləcəkdin, qırılacaqdın. Səni sən olaraq sevən, əzizləyən biri üçün ən dib hisslər ilə sevilən biri olmaq daha gözəl olmazmı? Səndəki səni kəşf edən, səni sevgisinə ən layiqli biri edən, baş tacı olacağın bir sevgi ilə sevilməyin daha məqsədə uyğun olmazmı? Bax məhz o an, o an anlayacaqsan bu zamana kimi yanlış hisslər arxasıyca qaçmısan. Sevgidə qaçış olmaz, yoxdur. Heç bir insan özünə acımamalı, özünə ən ülvi hisslərə layiq olduğunu düşünməli. Hər nə yaşamış olursan ol, hisslər üçün dilənməməli. Yalvarmaq, əl açmaq heç bir insana dəyməz, bir ovuc sevgi, qayğı istəyəcəm deyə yerlərdə sürünmək heç bir duyğu möhtaclığına yaraşmaz. Ayaqların yerdə başın dik olsun, sənin bu gün diləndiyin hər nədisə sabah səni asılı edəcək. Başqa yolun yoxmuş kimi səni bürüyüb saxlayacaq. Suyun axışına burax hər şeyi. Səni axtarmaq istəyənlər bir zəng uzaqlığında olacaq, sənin ayağın büdrədikdə ürəyi əsən insanlar sənin uzağında deyildə yanında olacaq. İstəyən arardı, istəyən gələrdi, istəyən yazardı. Bəhanələrə nə inan nədə öz özüvü ovud. Bəlkələr həyatıvın tam ortasına yerləşib səni hörümçək toru kimi bürüməsin. Bu gün yaşadığın həyatla ayaqlaş, reallıqdan uzaqlaşmadan. Başqa həyatlar səni düşündürməsin. Nə dünən əlində olmayan nədə sabah olmayacaqlar səni daima düşündürüb üzməsin. Bu gün həyatında nə var, kimlər var, nə edirsən, hardasan? Sən bundan ibarətsən bu gün, iki gün sonra həyat sənə nə gətirəcək yada alacaq kim bilir. İstədiyin kimi oldu ya olmadı nə fəq edər hər cür davam etmisən yenə davam edəcəksən. Sənin bəlkələrin gözəl gələcək uğruna addımlarınla müqaisə olunsun, buna layiq olmuşam, bəlkə əldə etməyədə bilərdim nə böyük xoşbəxtlikki bu gün həyatımda nail olduqlarım, qazandıqlarım var..
Huzur
Hara getmiş olursan ol, huzursuz olduğun hər yer səni rahatsız edəcək. Məsələ harda olmağın deyil, getdiyin hər yerdə huzurlu olmaqdır. Heç düşündünmü niyə huzurlu deyilsən? Xoşbəxt olmamağın bəlkədə onda bunda deyil, tamda sənin içindədir. Huzurlu olsunlar deyə huzursuz olan, qırılmasınlar deyə qırılan, acı çəkməsinlər deyə acı çəkən sən olduqdan sonra heç zaman xoşbəxt ola bilməyəcəksən. Onların öncəlikləri sənə növbə gəlmədən davam edəcək. İçinə atdığın hər ağır yük səni biraz daha suyun dibinə aparacaq. Suyun üstündə qalmaq istəyirsənsə o yüklərdən qurtulmalısan. Bədbəxtliyin, huzursuzluğun səni xoşbəxt etməyən amillərin arxasıyca qaçmağınla əlaqəli. Çoxdan bitmiş, başlamaması gərək bir şeyi məcburən, israrla başlatmağa çalışmağınla əlaqəli. Bədbəxt hiss etməyin, xoşbəxtliyi bir çox amildə tapa biləcəyivə ramən, fikrivi, qəlbivi, ruhuvu tək bir şeydə tutub saxlamağınla əlaqəli. Xoşbəxtliyində, bədbəxtliyində, huzurlu yada huzursuz olmağıvın sirri səndə gizli. Bəzən əllərinlə tutub saxladığın nədisə onu buraxmağın sənə huzur verəcək. Qopmuş iplə nə qədər dayana bilərsənki? İncənib qopduğu yerə düyün atsan belə, o ip əvvəlki möhkəmliyində olmayacaq, əksinə canın acıyacaq, hər düyümə toxunduğunda əllərin deyildə ürəyin sıyrılacaq. İpi buraxmağınla bəlkədə böyük dəyişikliklərə nail olmayacaqsan, amma ən əsas ağrılardan xilas olmuş olacaqsan və bu xoşbəxt olmasan belə huzurlu olmaq üçün gözəl başlanğıc olacaq. Huzurlu və xoşbəxt olmaq istəyirsənsə qəbul et, insan dəyişkəndir bu gün verdiyi sözü tutmayada bilər. Bü gün fikrivi cəmləşdirdiyin tək yolun sabah olmaması səni məhv etməsin deyə xoşbəxtliyi bir amildə, bir insanda axtarma. Həyat dediyin sənə nə yaşadacaq, nələr alıb nələr verəcək bilmirik. İtirdiyində yerlə bir olmaq istəmirsənsə həyatı zorlama, rahat burax. Səninlə ömürlük qalarsa nə böyük xoşbəxtlik, yox gedərsa buna hazır olmuş olarsan. Gələn hər kəsin gedə biləcəyini qəbul etsəydik bu gün bu qədər çətin olmazdı. Sonsuzluq deyə bir yaşam yox bu həyatda, başlayan hər şey, hər kəs bir gün bitir. Həyatındakı insanlar səni hansı yerə qoyur tam tamına o yerədə sən qoy, nə artıq nədə əskik. Dəyərindən artıq qiymət verdiyində düşünməki onlar bunu görə səni mükafatlandıracaqlar, səndəki yer onlarda çoxalacaq. Sənin verdiyin artıq dəyər onların üstündə böyük oturacaq, münasib olan isə öz dəyərində qalmasıdır nə az nədə çox, sahib olduqları dəyərdə. Vicdanı olmayan insana nə qədər vicdandan bəhz etsəndə o necəki bunu anlamayacaq, dəyərindən artq dəyərdə o şəkildə yerdə qalacaq. Üfüqdə yeni doğan günəşi görən gözlərin huzur tapmışsa, onu özünlə götür getdiyin hər yerdə yanına al. Huzursuz edən hər şeydən, hər yerdən, hər kəsdən uzaqlaş. Unutma qaçmaqla getməyi bir birindən ayırmağı bacardığın an huzura yaxınlaşmış olacaqsan..
Ovuc içi qədər
Ovuc içi qədər xoşbəxtliyə sahibsənsə, sən həqiqətən ən varlı insansan. Nələrə sahib olduğun haqqda düşünərkən, bir ovuc böyüklükdə ürəyə sahib olmağınla başlaya bilərsən. Bir ürəyin döyünməsi ilə sənin həyatda yaşamaq, mübarizələr aparmaq uğrunda zamanının hələ olması, istəmədiyin, sevmədiyin hər amilin hələ dəyişdirə biləcəyindən danışır. Hər kəsin fərqində olduğu lakin, görmək istəmədiyi o ürəyi sən kəşf et. Ürəyin mürəkkəbin, göz yaşların yaşanmış pis anıların silgisi olsun.. Uzun zamandır üzgün birisisən, artıq zamanı deyilmi hər şeyi olduğu kimi yerli yerində qoymaq? Yaşadığın yaxşı yada pis heç bir hadisə unudulmayacaq, bunu qəbul etməklə başlaya bilərsən. Məcburən unutmağa çalışma. Yaşanılan hər şey artıq xatirələrə çevrilib. Səbəbi hər nə olursa olsun, səni sarmaşıq kimi sarmasına izin vermə. Dünəni artıq keçmiş olaraq bil, bu gün dünəni dəyişdirmək üçündə çalışma, bütün güc və qüvvəni daha gözəl gələcək üçün çalışaraq istifadə et. Kinin, nifrətin səni tutsaq etməsinə icazə vermə. Bir qəfəs düşün, onun içindəki quşlar artdıqca, onların hər qanad çalması səni kəsib yaralayacaq. Əllərinlə içində qanlı zindan yaratma, aç o qəfəsi və azadlığa burax içindəki bütün kini, nifrəti, qəzəbi, əzabı, səni yeyib bitirən nə varsa burax. O zaman səndə necə azad olduğuvu duyacaqsan. Hər kəsin öz doğruları var, mənim doğru bildiyim sənin üçün yanlış, sənin yanlış bildiyin mənim üçün doğru ola bilər. Bunu israrla sübut etdirməyə çalışma. Burax insanlar inanmaq istədiklərinə inansınlar, burax onlara nə düşünmək huzur verəcəksə onu düşünsünlər. Başlıca etmək lazım olduğumuz addım hər şeyi olduğu kimi anlamaq, qəbul etməkdir. Var olan, mövcud olan hər hansısa bir obyekte başqa gözlə baxma, bəlkələr, görəsənlər səni yolundan etməsin. Gördüyün nədirsə elə bundan ibarətdir hər şey. Nə bir pillə yuxarı, nədə bir pillə aşağı. Düşünmə zaman yaşanılmışlıqları dəyişəcək, ötən zaman, illər səndəki səni yuyub aparacaq. Beş il bundan əvvəlki sənlə bu günki sən necə dəyişibsə, beş il bundan sonraki səndə fərqli olacaq. Səni dəyişdirən zaman olmayacaq, yaşadıqların səni dəyişdirəcək. O qatar öz yoluna düşənə kimi dəyişiləcəksən. Həyatına girən hər yanlış insanın, sən bilmədən sənə qatdığı doğruları var və yaşadığın, hər pis hadisənin səni apardığı gözəl yerləri olacaq..