Beləsi sevər, bəylər.
Gəl gənc adam, gəl səninlə oturaq, kişi kimi söhbət edək. Sənə aid olan qadın oldumu heç? Həyatında səni ölümünə sevən, sevdikcə ölən, öldükcə yaşayan qadın oldumu heç? Ey gənc adam, səni bir qadın sevirsə, əmin ol onda sənin hər kəsdən, hətta səndən də gizlətdiyi bir şəklin vardır. Çalış onu asdığı çərçivədən qaldırtma ya da sildirtmə. Səni sevən qadın, sanki gedəcəksənmiş kimi bərk-bərk sinəsinin ortasına sıxmış, doymayacağını bilə-bilə qoxlaya qoxlaya sevmiş, qoxlarkən çiynindən öpmüşdür, boynundan öpmüşdür, gənc adam. Səni sevən qadın əsla sənə zərər verməz, zərəri ziyanı ancaq özünə vurar, sənə heçnə qondurmaz, qondursa qondursa bir öpüş olar, o da boynuna olar. Gənc adam, bir qadın səni sevirsə yatmazdan əvvəl sənin adınla başlayan sənin adınla bitən dualar edər. Səni sevən qadının duası olarsa, dualarında olarsan, çalış onu susdurma. Səni sevən qadın, sənə aid olan qadın səni sevdiyi qədər qucaqsa sümüklərin qırılar, əmin ol. Səninlə güclənər, sənsizkən gücsüzləşər. Gücünü səndən alar, əgər sən güclüysən sənin qədər özünü güclü hiss edər, çalış onu yanıldma. Bir qadın səni sevirsə, səninlə dalaşar. Niyyəti nə qədər irəli gedə biləcəyini görmək olar. Ən əsası isə, sənin onu qucaqlamağını gözlər. Səni sevən qadın, sənə aid olan qadın səninlə dalaşan, mübahisə edən qadındır, gənc adam. Bir az sonra qırtlağına yapışıb səni öldürəcək sanarkən, gözlərindəki qorxunu görərsən. Qadınlar susmaz gənc adam, susmaz. Bu qadınların dəyişməz, dəyişməsi təklif edilə bilməyən qanunudur. Susmamaq qadınlığın təməl qanunudur, qadınlığın qanunudur, qadınlığın qızıl qanunudur, qadını qadın edəndir gənc adam. Qadınlar susmaz, susmuş qadın getmiş qadındır. Susmuş qadınçun bitmiş adamsan, gənc adam. Bir qadın səni sevirsə, həftədə ayda deyil hər gecə yuxusunda görmək istər. Səni sevən qadın, uşağa çevrilmiş qadındır, səbəbsizcə üzünə gülər, kiçik şeylərdən xoşbəxt olar, getməyindən qorxar. Olğunlaşdığına inanar ama içindəki o uşağı da öldürməz. Səni sevən qadın səni imtahan edən qadındır. Sən sənol ilk imtahanda sinifdə qalma. Və ən əsası aranıza ümidsizliyi soxma. Orası nədir bilirsənmi? Orası qadının şah damarıdır. Ümidi... Ümidinin kəsdiyin an, bitdiyin andır. Sevməkdən, gözləməkdən, darıxmaqdan, hətta dua etməkdən keçib getdiyi, imtina etdiyi olarsan. Qaçar səndən. Tuta da bilməzsən. Bir qadının ümidsizliyi olduğun an, öldüyün andır, bunu əsla unutma gənc adam. Bir qadın səni sevirsə, ürək döyüntülərindən bəstə çıxarar, gənc adam. Qoxun köynəyinə yapışmışsa, yumaz o köynəyi, qoyar kənara gedib gələr qoxlar. Qoxunu içinə aldıqca qram-qram səni daha çox sevər. Səni sevən qadın uzaqda da olsa səni sevər. Bir qadın səni sevirsə, körpəsinin ən çox sənə bənzəməsini istəyər, sənə ən çox atalığı yaraşdırar, gənc adam. Bir qadın səni sevirsə duzsuz yeməyi duzlu, şəkərsiz çayı şirinmiş kimi içər. Bir qadın səni sevirsə sənin ondan imtina etmədiyini, daim yanında olduğunu görmək istər. Sevilmədiyini hiss etdiyi an getmək istər, amma bunu həm anda etməz, əmin olmaq istər, gözlər. Bir qadın səni sevirsə hər şeyi gözə alar amma onu görməməzlikdən gəldiyini əsla. Sənə nifrət etmək üçün ürəyini qırmağına icazə verər, gənc adam. Sən sən ol, o qadını satma. Qadınları bomba kimi düşün gənc adam. Səhv kabeli kəsdiyin an onunla birlikdə səndə partlayarsan. Bu həyatda hər şeyi satın ala bilərsən ama səni sevən qadının qiyməti yoxdur. Səni heçnəyə baxmadan sevə bilən qadını, satın ala bilməzsən, gənc adam. Umutma, unutma gənc adam; pulqabın kilolar itirdikcə, ən çox sevgiləri azalan sevgililərin olar. Sən sən ol, o qadını satma, gənc adam. Son bir şey, gənc adam. Quşdur qadın və hər qadının bir səması vardır. Elə bir havan olmalı ki, səndən köçməməsi üçün, onu dondurmamalısın. Soyuq olmamalısan, qış olmamalısan, daim yaz olmalısan, tək fəsil yaşamlısan. Bunu bir vaxtlar səni səması elan edən qadının, başqa bir səmada qəhqəhə atdığını eşitdikdə, başa düşərsən gənc adam. Çox gec olar. Sən sən ol gənc adam, o qadını satma. İndi qalx gənc adam, yol'a çıx, yol açıx.













