
seen from United States

seen from Romania

seen from United States
seen from Romania
seen from United States

seen from United States

seen from Malaysia

seen from Sweden
seen from China

seen from Malaysia

seen from United States
seen from United States

seen from Malaysia

seen from Bulgaria
seen from United States
seen from Türkiye
seen from United States

seen from Malaysia
seen from Türkiye
seen from Russia
Mənə hərdən baxır ol sevgilim biganə-biganə, Qızıl qanlar içirdir könlümə peymanə-peymanə.
Əli daşlı uşaqlar düşmüş arxamca, deyirlər ki, Budur zənciri-zülfə bağlanan divanə-divanə!..
Gülüzlü yar ilə həmsağər olmaqdan budur qəsdim: Ürək sirrin ona şərh eyləyim məstanə-məstanə.
Görüb rüsvayi-aləm olduğum tən eyləyən çoxdur, Düzəldibdir hərə həqqimdə bir əfsanə-əfsanə.
Dil açmış şölədən guya, axıtmış şəm göz yaşı, Yanarsan, ehtiyat ilə dolan, pərvanə-pərvanə!
Nə qalmış mülki Daranın, nə təxtü taci Cəmşidin,
Hanı Şəddad, Firondan qalan kaşanə-kaşanə?
Vəfadan dönmərəm, Vahid, əgər yüz min bəla çəksəm, Varam canan yolunda mən yenə mərdanə-mərdanə.
Əliağa Vahid ©
Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı..
Dediyiniz sözləri evlərinə götürən insanlar var (opsiyonel)
Dünyaya yumulmuş gözümə mürgü qonaqdır,
Amma yuxum illərdi qaçaqdır.
Qəlbim də oyaqdır.
Bir gün məhəbbət haqqında danışdım sənə, Sən məni başa düşmədin, duymadın yenə, Dedin yox... Mən dedim günəş sarıdır,sən dedin qara, Mən dedim qışda gəzərkən iz düşür qara, Dedin yox...
Dedim mən səni tək qalmağa qoymayacağam. Səni tərk edib başqasıyla olmayacağam. Dedin yox.. Dedin yox.. Dedin yox... Dedin yox.. Dedin yox.. Dedin yox...
Mən dedim fəsil dəyişir keçəndə aylar, Dedim bir il içində on iki ay var, Dedin yox... Mən dedim yumsan gözünü düşər qaranlıq, Yum gözünü məni düşün, düşün bir anlıq, Dedin yox...
Niyə bəs açıq söyləmədin istəyini sən. Sevsəm də səni indi məcburam gedəcəyəm. Dedin yox.. Dedin yox.. Dedin yox... Dedin yox.. Dedin yox.. Dedin yox...
Mən dedim bu davranışdır könlümü üzən. Gəlmişəm daha qərara getməliyəm mən. Dedin yox... Mən dedim quşlar uçarkən qanad açarlar. Mən dedim ulduzlar göydə işıq saçırlar. Dedin yox...
Dedim mən səni tək qalmağa qoymayacağam. Səni tərk edib başqasıyla olmayacağam. Dedin yox.. Dedin yox.. Dedin yox... Dedin yox.. Dedin yox.. Dedin yox...
Ədalət Şükürov ©
Bilirəm səni sevəcəklər məndən sonra. Amma bilirsən, sıradan biriləri kimi sevəcəklər. Görüşmək, şam yeməyi, bir dəstə gül və.s Amma mənim kimi paltarını necə geyinməyini, Ayaqqabılarını təmizləməyini, şalvarının ütülənməyinə həssas yanaşmağını Eyvanda oturub siqaret çəkə-çəkə gözlərinin yol çəkməyini, səni yalandan qısqanmıram deməyini, Saçlarını daramağını, qalstkunu boynuna sıxmağını, Hətta əsəbləşib qapını çırpıb getməyinə kimi mənim tək səni sevən olmayacaq. Bax buna əminəm. Odur ki çox rahatam. Deyirəm yox!
Tural Manaflı ©
Sən necə demişdin? Bir şey olarsa Sükutu birinci pozan qazanar. Hamı danışanda, hamı güləndə, Çəkilib kənarda duran qazanar.
Həzin bir küləyə qarşı durmuşam, Bir mənəm, bir qələm, bir də ki, kağız. Yenə fəsilləri qarışdırmışam, Gah sən gecikirsən, gah da ki, payız.
Məni axtarışa verib oradan, Heç vaxt görmədiyim Bağdad şəhəri. Deyirlər belə də yazılıb ünvan: İstanbul gecəsi, Bakı səhəri...
Bir məktub qoymuşam Eminönüdə, Uzunsaç, qəhvəyi, balaca məktub. Bax orda, düz sizin evin önündə, Hələ də gözləyir balaca məktub.
Bu gün bilmişəm ki, deməyəsən sən, Yazdığım məktublar nə üçün gəlmir. Poçtalyon deyir ki, o sən deyilsən, Yaşın da özünü büruzə vermir.
Gəlmişəm deyim ki, çıxıb gedirəm, Bu adsız, yiyəsiz, yönsüz şəhərdən. Bağdada xəbər ver, hicrət edirəm, Ünvanım növbəti sənsiz şəhərdə...
Raqif Raufoglu ©