Sondan Sonrası
Öyrənmişdik nağıllardan sonların xoşbəxt bitdiyinə, alışmışdıq buna. Biz belə bildik, belə…
View Post
seen from Canada
seen from United States
seen from China

seen from United States
seen from Italy
seen from China

seen from India

seen from Canada

seen from United States
seen from China

seen from Colombia
seen from Japan

seen from China

seen from United States
seen from China

seen from Netherlands
seen from Canada
seen from United States

seen from United States
seen from Czechia
Sondan Sonrası
Öyrənmişdik nağıllardan sonların xoşbəxt bitdiyinə, alışmışdıq buna. Biz belə bildik, belə…
View Post
Bir evin ən gözəl bəzəyi, gözəl əxlaqdır...
İnsanın ehtiyacları sərhədsizdir. Amma Ustad Bədiüzzamanın buyurduğu kimi; "İnsanın ən çox ehtiyacını təmin edən, ürəyinə müqabil bir ürəyin olmasıdır ..." Evliliyinin, xeyirli övlad yetişdirmək, haramlardan qorunmaq, məsud olmaq, həyatın yükünü paylaşmaq və təkliyin iztirabından xilas olmaq kimi çox əhəmiyyətli məqsədləri vardır. Bu səbəbdən Peyğəmbərimiz (s.a.s) "Ya Əli, bu üç şeyi gecikdirmə: Vaxtı gələn namazı, hazır olan cənazəni, dengini tapan evsiz kimsəni evləndirməyi." Buyurmuşdur. Bu vəziyyətdən anlayırıq ki, evliliyi zorlaşdırmamaq lazımdır... Bu qədər bilərzik, bufet, kreslo komandaları, xalçalar, pərdələr, çilçıraq, mətbəx üçün iyirmi növ qazan, üç ayrı yemək komandası, bufet dolduracaq fincanların, bu qədər əşyanın yerləşdirə biləcəyi genişlikdə bir ev, təbii kirayəsi, xərci də ona görə... Siyahını görən gənclər, "Haydı mənə sağ ol!" deyib qaçır. Çayxanada, çöldə dərdini izah edincə, eşidənlər, "Subaylıq sultanlıqdır!" Deyir. Peyğəmbərimizin (s.a.s) "Nikah ən xeyirlisi asan və külfətsiz olanıdır." Əmri harada qalır? Amerikada şahid olduğum bir vəziyyət belə: Amerikalıların həyat şəkli eşqbazlıq etməyə uyğun olduğundan, nikahsız birliklər yaşayırlar. "Bir zaman eyni evi paylaşaq. Bu birliyi xoşumuza getdiyi nöqtəyə qədər davam etdirək. Bezərsək ayrılaq. "Bizdəki evliliklər də "bezərsək ayrılaq "vəziyyətinə döndü. Çünki dinclik kristal qədəhlərdə, parlaq çilçırağın axtarılmasıyla başlandı. Halbuki bir evin ən gözəl bəzəyi, gözəl əxlaqdır. Amma indiki evliliklərdə dünya malı hədəf olmağa başladı. Keçmiş illərdə bir yoldaş gəldi yanıma. "Böyük qardaş", dedi, "bir bəy qızıma talib oldu. Lakin adam restoranda ofisiant... Bilməm ki qızımızı versəm mi? "Ona dedim ki," İçkisi, qumarı, qız yoldaş əlaqəsi yoxsa verin. Əhəmiyyətli olan, əxlaqdır. "Bu müşavirə nəticəsində yoldaş qızını o ofisiant bəyə verdi. Gənc xanım çox təvazökar, sadə bir toya və evə razı oldu. Amma sonra nə oldu? Evləndikdən qısa bir müddət sonra adam özünə küftə salonu açdı, zəngin bir bəy oldu. Allah elmi istəyənə, zənginliyi istədiyinə verər. İnsan nəyə güvənsə ona həvalə edilir ... Buyurulmuş ki, "Pəncərələrdən seyr et, içlərinə girmə." Bir tərəfdə əsri-səadət var, digər tərəfdə nəfsi istəklər ... söhbət, dərslərdə, kitablarda böyük hədəflər göstərilir; Allah rizası, əbədi səadət, Peyğəmbərimizin şəfaəti, xidmət, hümmət və sairə ... Bu fiziki həyatda hədəflər kiçilir; ev, mebel, xalça, kreslo, uşaqların cehizi... Bütün məsələ dönüb gəzib Allaha qul olmaqda nöqtələnir..
Heç kimi qınamayın...
Yaşlı kişi öz 25 yaşlı oğlu ilə qatarın vaqonuna daxil olub yerlərini tutdular. Oglan pəncərə tərəfdə əyləşmişdi.Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini pəncərədə bayıra çıxardı və birdən heyrətlə qışqırdı: Ata, görürsənmi, bütün ağaclar geriyə gedir! Yaşlı kişi cavabında gülümsədi. Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın özünü uşaq kimi aparması təəccüblü gəlmişdi.Oğlan qəfildən yenə də heyranlıqla qışqırdı: Ata, gölə bax, heyvanlara bax! Buludlar bizimlə birgə hərəkət edir! Cütlük oğlanın qəribə hərəkətlərini utanaraq müşahidə edirdi, atası isə oğlunun davranışında heç bir qəribəlik görmürdü.Yağış yağmağa başladı, damcılar oğlanın əllərinə düşdü. O, yenə də sevinclə gözlərini yumub qışqırdı: -Ata, yağış yağır! Görürsənmi, ata? Bayaqdan oğlanın hərəkətlərini izləyən cütlük kişidən soruşdu: Siz niyə oğlunuzu hansısa bir klinikaya aparmırsınız? Kişi cavab verdi: Biz elə klinikadan gəlirik. Bu gün mənim oğlumun ömründə ilk dəfə gözləri görməyə başlayıb. Başqa insanların işləri və hərəkətləri haqqında tam məlumatı olmadan onları qınamaq olmaz. Hər şeyi yalnız ALLAH bilir. Ona görə də — «Qınamayın ki, qınananlardan olmayasınız!»
ler
Allahu Əkbər”in mənası
- Allah bizim düşüncə və xəyalımızdan daha böyük və ucadır. - Allah bütün şeylərdən daha böyükdür. - Allah bütün varlıqlardan, o cümlədən: duyduğumuz maddi aləmdən, mələklərdən və qeyri-maddi (mələkuti, metafiziki) mövcudatdan daha üstündür. - İmam Sadiq (əleyhis-səlam) buyurur: “Elə ki, başlanğıcda təkbir (Allahu Əkbər) deyirsən gərək ondan (Allahdan) başqa bütün varlıqlar sənin nəzərində kiçilsin.” - Hər “Allahu Əkbər”, Allahın böyüklüyü duyğusunu insanın vücudunda genişləndirir və onu ülvi dərəcələrə nail edir. - Hər vaxt namazda münacatın şirinliyini daddınız bilin ki, sizin təkbiriniz Allah-təalanın qəbul və təsdiq məqamındadır. - “Allahu Əkbər” bir kəlmədir ki, müsəlman körpə doğumunun başlanğıcında azan və iqamə ünvanı vasitəsilə eşidir. - Və ən axırıncı bir kəlmədir ki, ölüyə oxunur. - Birinci və yeganə bir zikrdir ki, hər namazda vacibdir və həm də namazın rüknüdür.
Qar istini Görüncə Əriyirmiş!
İndi pəncərənin kənarına bir kürsü çəkibdə, oturma vaxtıdır. Əlinə bir fincan isti çay, amma dəmləmə olsun... Bir əlinə də şokolad .. Gözün həmişə çöldə olmalıdı, tam da indi, yüngül günəş vurur Pəncərəmə .. Dümağ qar üzərindən .. Amma əriməsin nə olar, bir az daha getməsin bu qar .. Bax tam da xəyallara biz də dalmışam, düz uşaqlığıma ... Anam məni yatırtmağa çalışırdı da yatmamışdım ... Qara görə, Qarı qoyubda yatmaq olarmıkı ana? Onsuz da kiçikkən yatmağı heç sevmezdim, indi də çox sevdiyim deyilə bilməz əslində .. Yuxum heç gəlməzdi balacalığımda, guclə yatirdardı anam məni .. Bir dəfə yenə belə bir gün, yatmayacağam deyə irar edirdim. Çölə çıxacam qara toxunacam deyə qışqırıram .. Anam da mən üşüməyim deyə ləyəni əlinə alib , çölə çıxdı qar doldurdu, gətirdi içəriyə. Dünyalar mənim olmuşdu. Uşaqkən bir ləyən qar ilə sevinə bilirdik. İndi kamazlarnan qar gəlsə nə qədər sevinərki. Yenə də sevinirəm bu səhər .. Uşaqlıqdan qalma bir sevinclə. Qırmızı fırfırlı paltarımı xatırladım .. Nə gözəl idi, Turistlər şəklimi çəkməyə çalışırdılar amma atam icazə vermirdi. Bir dənə qaz sobamız var idi o vaxtlar .. Yandı mı gurultulu yanar, elə isınırdım ki... hələdə hiss edirəm o istiliyi, yanaqlarım yanar qıpqırmızı olardı, təbii o zamanlarda belə qansızlıq kimi problemlərim də yox idi, çox sağlam idim .. Nəysə mən bir ləyən kar göründə necə sevindim .. Anamla birlikdə qardan ata, qardan ana, qardan uşaqlar etdik ... Sonra anam dedi ki; "indi yat, oyananda oynarsın bunlarla" Mən də "yaxşı" dedim ... Mən qardan adamların xəyaliylə yatdım .. Amma haradan bilərdim qarın istini görüncə ƏRİYƏCƏYİNİ ... Bir, iki saat sonra oyandım, Dərhal qalxdım sobanın yanına qaçdım. Anam ləyəni sobanın yanına qoymuşdu .. Birdə baxdımki ləyənin içi su doludu! "Ana harada mənim qardan adamlarım?" dedim Anam "əriyiblər" dedi .. Allahım necə ağlamışdım, heç əriyəcəklərini düşünə bilməmişdi məgər kiçik ürəyim. Necə kədərlənmişdi .. Və öyrəndim taa o gündən sonra qar istini görüncə əriyirmiş .. Öyrəndim .. İndi artıq nə soba var, nə qar içinə doldurduğumuz ləyən .. Ayrıca qar belə yox artıq. Mən balaca olanda nə çox qar yağardı. Artıq ildə bir dəfə yağarsa uşaq kimi sevinirəm. Nəysə mən yenə də sizə də deyirəm, "Qar istinin Görüncə Əriyirmiş!!"
Kasıb Ananın xəzinəsi..
Qadının biri, comərd olduğu deyilən yaşlı bir müdrikə gedib: — Bu şəhərdə məndən kasıb insan yoxdur!- deyər. Mənə bir az kömək edərsinizmi? Müdrik adam, qadının qucağındakı körpənin bir ipəyi xatırladan yanaqlarını oxşayıb öpdükdən sonra: — Deməli kasıbsan!..- deyə soruşar. Həm də çox kasıb… Amma qarşılıqsız kömək etmək, adətim deyil!.. Əgər kömək istəyirsənsə, uşağının barmağını satmağın lazımdır... Qadın, əvvəl dəli olduğunu sanmış müdrikin. Daha sonra da, pis bir zarafat etdiyini… Amma adam ciddi görünürmüş. Qadına bir kisə qızıl uzadıb: — Ayaq barmağına da razıyam!- deyir. Onsuz da cərrah olduğumdan, ona ağrı hiss etdirmərəm. Qadın, bütün qanını donduran bu təklif üzərinə qaçmağı düşünərkən, adam: — Yalnız dırnağını çıxarsam da olar!- deyə davam etmiş. Bilirsən ki, zamanla yenisi çıxar. Qadın, bu ruh xəstəsinə daha çox dözə bilməyir və qapını çırpıb uzaqlaşarkən, adam onun arxasından: -Necə bir kasıb olduğunu anlaya bilmədim!.. -deyə qışqırmış.Qucağındakı xəzinənin dırnaq qədər bir parçasını, bir kisə altına dəyişmirsən.
Rəssamın kədərli hekayəsi...
Bir rəssam olur. Bu rəssamın gözünün qabağında ən yaxın dostunu öldürürlər. Rəssam dostunun ölümüylə barışa bilmir. Ağlayaraq bir əsər çəkməyə başlayır. Əsəri dostuna həsr eliyir. Istiyir ki, bu əsəri hamı görsün. Əsəri sərgiyə çıxarır. Varlı bir şəxs əsərə sahib olmaq istəyir. Rəssama küllü miqdarda pul təklif eliyir. Ama ressam onunla razı olmur. Əsəri dostuma həsr eləmişəm. Bu əsərin qiyməti yoxdu deyir. Sərgi bitir. Rəssam sevgilisinə zəng edir. Öyrənirki sevgilisi sərgiyə gələrkən, onu maşın vurub. Tez xəstəxanaya gedir. Həkimdən soruşurki, qızın səhhəti necədir? Həkim deyir.. Bu qızı ancaq bir nəfər əməliyyat edib sağalda bilər. Yaşlı professor. Əməliyyat heç cürə pulsuz olunmur. Nə rəssamın, nədə qızın ailəsinin imkanı olmurki əməliyyat etsinlər. Ressam düşünürki, dostuna həsr etdiyi əsəri sata bilməz. O əsərdən çəkmək ûcün gərək ölüm və qan görsün. Rəssam xəstəxanadan çıxr. Yolda bir yaşlı kişi görür. Qurbanını təyin edir. Yaşlı kişini öldürür və əsəri Çəkir. Sərgiyə aparıb həmin varlı şəxsə satır. Pulu alıb xəstəxanaya qayıdır. Həkimə pulu verib qızı əməliyyat etməklərni istiyir. Həkim deyir... Bir neçə saat bundan əvvəl professor bura gələrkən, bir binanın blokunda öldürülüb. Rəssam dizlərni yerə qoyub ucadan qışqırır. Cûnki onun öldürdüyü yaşli kişi həmin professor idi. Qız ölür. Rəssam səhəri gün öz otağından özünü asmamışdan qabaq 3 söz yazır. İncəsənət, ölüm və sevgi.
Duamı yoxsa küfürmü ?
Həzrəti Musa bir gün bir başına dağları dolanarkən, uzaqdan yoxsul və tək bir çoban görmüş.Çoban dizi üstə çökmüş, əllərini səmaya açıb dua etməkdəymiş. Bu vəziyyət Musanın çox xoşuna gəlmiş, amma yaxınlaşıb çobanın duasını eşidincə çaşmış. «Qurban olduğum Allahım. Səni nə qədər sevərəm, bir bilsən.Nə istəsən edərəm, yetər ki Sən istə. Sürüdəki ən yağlı qoyunu kəs desən, gözümü qırpmadan kəsərəm Sənin üçün. Qoyun qovurması gözəldir Allahım, quyruq yağını da götürər plovuna qatarsan, dadından doyulmaz olar.» Musa duaya qulaq asarkən çobana yaxınlaşmış. «Yetər ki Sən dilə, ayaqlarını yuyaram… Qulaqlarını təmizləyər, bitlərini ayırd edərəm. Nə qədər çox sevərəm mən Səni. Sənə çox pərəstişkaram!» Eşitdikləri qarşısında Musa hirsdən qızarmış. Qışqıraraq kəsmiş çobanın duasını: «Sus, səni cahil adam! Nə etdiyini sanarsan. Allah heç plov yeyərmi? Allahın ayaqları varmı ki, yuyasan? Belə duamı olarmış?! Külliyyən günaha girirsən. Dərhal tövbə et!» Çoban, Musadan danlağı eşidincə qulaqlarına qədər qızarmış, utancından yerin dibinə girmiş. Üzr üstünə üzr istəmiş, bir daha belə özbaşına dua etməyəcəyinə andlar içmiş. O gün axşama qədər Musa çobanın yanında dayanıb ona əsas duaları əzbərlətmiş. Sonra «Allah məndən razı olar, yaxşı bir iş etdim»- deyə düşünüb yoluna davam etmiş. Amma o gecə bir səs eşitmiş. Səslənən Rəbb imiş. «Ey, Musa, sən bu gün nə etdin? Sən ayırmağamı gəldin görüşdürməyəmi? Bu qəribə çobanı danladın. Onun Mənə nə qədər yaxın olduğunu anlaya bilmədin. Ağızından çıxan sözü bilməsə də, o çoban inancında səmimi idi. Ürəyi təmiz, niyyəti xalis idi.Biz sözlərə baxmarıq, niyyətə baxarıq. Sözlərə baxacaq olsaq yer üzündə insan qalmazdı! Biz çobandan razıydıq.Ona bal olan sənə zəhərdir.Sən eşitdiklərini inkar və küfr saydın, amma çobanın bir qəbahəti varsa belə, nə şirin qəbahətdir onunki.» Musa səhvini anlamış, sabahısı gün günəş doğular doğulmaz, çobanı görmək üçün təkrar dağa çıxmış. Çoban yenə duaya dayanmışmış. Amma dünənki həyəcanından, səmimiyyətindən əsər yoxmuş artıq. Öyrədildiyi kimi yalvarmağa səy göstərdiyindən, aman bir səhv söz etməyim deyə çaşır, kəkələyir, tərləyirmiş. Musa, çobana etdiyindən peşman olub kürəyini oxşamış və demiş ki: «Ey dost, mən səhv etdim, nə olar bağışla. Bildiyin kimi dua et.Allahın nəzərində beləsi daha qiymətlidir.» Çoban, Musadan bunları eşidincə heyrətə düşmüş, amma bir o qədər də rahatlamış. Belə ki, o artıq bir üst mərtəbəyə vasil olduğundan, günahsız inkarına, şirin günahına dönməyib, Musanın öyrətdiyi əzbərçilikdə də qalmayıb, bütün bunların kənarına keçmiş. Rəbbinə yaxın xoşbəxt məsud, mübarək bir həyat sürmüş. «Buna görə, birinin ağızından bal kimi tökülən söz, bir başqasının qulağına zəhər kimi gələ bilər» dedi Şəms. «Halbuki Allah sözə deyil, niyyətə baxar. Ədəb bilənlər başqadır. Dərdli aşiqlərin şəriəti bütün dinlərdən ayrıdır. Biz məzhəb, din və ya dil ayrı-seçkiliyi bilmərik.Başqasının ağızından çıxan sözə „günah“ demərik. Çünki ürəkləri Allah bilər, biz bilmərik. Ona görə günahkarları rədd etməz, incitmərik. Bizim tək məzhəbimiz var. O da Allah.»