Resept Gimme Some Oven bloguna əsaslanaraq hazırlanmışdır.
1 dəstə cəfəri
400 qr bişmiş noxud və ya konservləşdirilmiş noxud
1 dəstə keşniş
1 kiçik baş soğan
2 diş sarımsaq
1 çay qaşığı üyüdülmüş cirə
1 xörək qaşığı limon suyu
3 xörək qaşığı un
1/2 çay qaşığı qara istiot
1 + 1/2 çay qaşığı duz
4-5 xörək qaşığı bitki yağı
1 çay qaşığı qabartma tozu
Əgər konservləşdirilmiş noxud istifadə edirsinizsə, suyunu süzün. Əgər noxudu özünüz bişirəcəksinizsə, onda onu axşamdan suda isladın. Gecədən islatdığınız noxudu yumşalıb bişənə qədər suda qaynadın. Suyunu süzüb soyumağa qoyun.
Bişmiş noxudu, keşniş, cəfəri, sarımsaq, soğan, un, limon suyu, qabartma tozu, cirə, duz və istiotu blenderin qabına töküb qarışdırın.
Sonra alınan qarışımı başqa bir qaba boşaldın. Üzərini bağlayıb 1-2 saatlıq soyuducuya qoyun.
Qarışımı soyuducudan çıxarıb hərəsi 2 xörək qaşığı olmaqla yumru küftələr formasına salın. Daha sonra üzərini basaraq dairəvi disk forması verin. Bütün qarışımdan belə disklər hazırlayın.
Tavada bitki yağını qızdırın. Yağ qızandan sonra ehtiyatla falafel disklərini yağa salın. Hər bir üzü 2-3 dəqiqə olmaqla orta odda qızardın.
Bişmiş falafelləri kağız salfetin üzərinə yerləşdirin.
Hazırladığınız falafelləri süfrəyə müxtəlif souslar və ya pita çörəyinin arasında sendviç şəklində verə bilərsiniz.
2-3 nəfər üçün :
2 st ərişdə
0,5 st noxud
150-200 qr toyuğun döş əti
1 y.q.günəbaxan yağı
1 y.q.kərə yağı (20 qr)
2 st bulyon yada su
duz, istiot
İstəsəniz noxudsuz, istəsəniz toyuqsuz bişirə bilərsiz, istəsəniz xırda doğranmış mal, qoyun əti tikələri əlavə edə bilərsiz. Bir sözlə mən sizə ideya verirəm, siz öz zövgünüzə görə onu dəyişə bilərsiz
1) noxudu axşamdan bol suyun içində istağa qoymaq. Səhər suyu tökmək, yenə üstünə su tökmək və bişirmək.
2) döş ətini suda bişirmək, duz vurmaq. Sudan çıxartmaq, soyutmaq və çox xırda olmayan tikələrə didmək.
3) qazanda 1y.q. günəbaxan yağı isitmək, ərişdəni əlavə etmək və qarışdıraraq qızılı rəngə çalanadək qovurmaq. Axırda bir damcı kərə yağı vurmaq və əriməsini gözləmək.
Noxudun suyunu süzmək, ərişdənin üstünə əlavə etmək. İsti su yada toyuq bulyonu tökmək. Hər 1 st ərişdəyə 1 st su lazımdır.
İstiot vurmaq, duzunu kontrol etmək. Su qayanayan kimi, altını qısmaq və vam odda suyu çəkilənədk bişirmək. Axıra yaxın, elə ki su yarıyadək çəkildi, toyuğu əlavə etmək, qarışdırmaq.
Tam suyunu çəkdirməyin, qoy dibində 1-2 y.q. şirə qalsın.
Ocaqdan yeməyi alın və 5 dəq gözləyin, yemək "dəysin". Dibində qalan şirəni ərişdə canına çəkəcək və yemək quru olmayacaq.
İstəyən bu yeməyi sarımsaq-qatıqla yeyir, istəyən üstünə sadəcə quru nanə səpir.
Lazım olan ərzaqlar :
400 qr noxud
400 qr pomidor
1 orta boy soğan
2 diş sarımsaq
1 yemək qaşığı duru yağ
duz, istiot
təzə nanə
*mən verilən ərzaq miqdarını yarıya bölüb bişirdim, birazda acı toz bibər vurdum və nanə əvəzinə keşniş doğradım
Noxudu bol su içində gecədən istağa qoyun. Səhər suyu tökün və üstünə yenə su töküb bişirin. Bişən zaman kəfini yığın. Axıra yaxın duz vurun.
Soğanı və sarımsağı doğrayıb, yağda qovurun, axırda duz və istiot vurun. Noxudun suyunu süzün və soğançaya qatın. Pomidorları da əlavə edin. Mən onları əvvəlcə sürtkəcdən keçirdim.
Orta odda pomidorun suyu biraz çəkilənədk bişirmək. Axırda doğranmış göy vurmaq.