Psixoterapevtin superviziyası və öz terapiyası nədir? Psixoanalitik teoriyaya görə psixoterapevt mütləq superviziya və terapiya almalıdır, koqnitiv-davranışçı teoriyada isə superviziya mütləqdir, terapiya azruolunandır. İlk öncə onu qeyd edim ki, superviziya təhsil prosesidir. Psixoterapevt hər hansı terapiya təhsilini tamamlayıb danışan görəndə mütləq superviziya almalıdır. Burda terapevtin əks-transferləri (countertransference-karşıaktarım) incələnir. Bundan əlavə supervizor üst səviyyəli peşəkar olmalıdır. Superviziyada həm terapevtin seansda etməməli olduqları həm də emosional yaşantıları həm psixoterapevtik çərçivə vəs. incələnməlidir. Nə etməməli olduqlarının içində çox şey var, məs; danışana təsəlli və ya məsləhət vermək. Uşaqlara görə döz, boş ver keçər və sairə. Əks-transfer’ə örnək; deyək ki, danışan ona təcavüz edənlə yenidən barışıb və biryerdə yaşayır. Psixoterapevt superviziyada, bu vəziyyətdə rahatlıqla nə hiss etdiyini deyə bilməlidir. Psixoterapevt; bunu eşidəndə az qaldı əsəbimdən partlayım, çox şiddətli qəzəb hiss etdim. Supervizor; Bəs seansda necə qarşıladın danışanın təcavüzcüsünə qayıtmasına? Psixoterapevtin öz terapiyasına analitik teoriyada analiz prosesi (süreci) deyirlər. Hətta Freyd özü-özünü analiz etmək barədə yazırdı. Terapiya isə təhsil prosesi deyil, psixoterapevtin, keçmiş yaşantılarını, öz daxili qarşıdurmalarını həll etmək üçün vacib olan bir prosesdir. Öz daxili qarşıdurmasını (içsel çatışma) həll etməyən, hüzurlu olmayan terapevt istər-istəməz öz həyat hekayəsini terapiyaya yansıdacaq və nəticədə prosesin uğursuzluqa bitməsi ehtimalı artacaq. Superviziya və terapiya almayan ruh sağlığı mütəxəssisləri artıqca, biz xəstələrinin mesajlarını fəxrlə paylaşan psixiatrlar, seansları videoya çəkən psixoloqlar, uşağa şiddət göstərən ruh sağlığı işçiləri görməyə davam edəcəyik. ya isə adətən fərdi olur 😊 #psixiatr #drelmirtahmazov #onlinepsixoterapiya #psixoterapevt #cinsiterapevt #superviziya #emdr #triplep #pozitiv #valideynlik #proqramı #təlimçi https://www.instagram.com/p/CiDLveTqpnQ/?igshid=NGJjMDIxMWI=













