yağış, yağış, yağış (mono tamaşa)
Tarix: 23 Oktyabr, 2016, 19:00
Məkan: ADO Teatrı, Bəşir Səfəroğlu 155, Nəsimi rayonu, Bakı
Giriş: 5 AZN (biletləri teatrın özündən almaq olar)
Fransanın məşhur, modern, tabuları sındıran dramaturqu kimi tanınan Bernard-Marie Koltès’in Meşələrin Astanasındakı Gecə (La Nuit juste avant les Forêts) pyesi müstəqil ADO teatrında nümayiş olunacaq. Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və dəstəyi ilə “Meşələrin astanasındakı gecə” pyesi Azərbaycan dilinə Gülnarə Sadıxova tərəfindən tərcümə olunub. “Həddən artıq narkotik maddə qəbulu nəticəsində psixoloji çöküş və intihar cəhdi sonrası yazılmış tamaşa, həyatını və bir xarici kimi sahib olduğu kənar şəxs statusunu başa düşməyə çalışan bir adamın gecə vaxtı şəhərin təhlükəli yerlərindən səyahətidir. Bu qonaqsevməz şəhərdə o, özünü başqalarının mərhəmətinə buraxmalıdır.” (Guardian)















