Sürünən Bağça (2014)
Tim Grabham, Jasper Sharp | Birləşmiş Krallıq | 1 saat 21 dəq | İngilis dilində Azərbaycan dilində subtitrlərlə
Tarix: 2 Noyabr, 2018, 19:00
Məkan: Baku Idea Lab
Məkan və zamanın böyüdüldüyü, intellektin yeni formada ortaya çıxdığı, ayağımızın altındakı dünyanı araşdıran, real elmi-fantastika filmi. Sürünən Bağça (Creeping Garden) elmin kənarlarında çalışan alimləri, mikoloqları (göbələkləri öyrənən alimləri), sənətçiləri və onların heyrətamiz selikli göbələklərlə əlaqəsini araşdırır. Selikli göbələklər biologiyadan ilhamlanmış dizayn üçün, yaranma nəzəriyyəsini (qeyd: yaranış nəzəriyyələri ilə səhv salınmamalı), qeyri-adi hesablamaları və robot kontrollerlərini hazırlamaq və öyrənmək üçün istifadə olunur ki, bu sahələrin çoxu elmlə fantastikanın sərhəddində yerləşir. Lakin film bu orqanizmləri təkcə laboratoriyada deyil, həm də təbiətə üz tutaraq, təbii mühitlərində də göstərir. Filmdən öncə bioloq Araz Zeyniyev tərəfindən "Seliklilər - bu kifəbənzər mikrobların "ağıl" ilə əlaqəsi nədir?" mövzulu mühazirə oxunacaq. Giriş: Pulsuz















