Oxuyan.az Təhsil Platforması ictimaiyyətə tanıdıldı. Beta-yoxlanış mərhələsində olan sayt tezliklə istifadəçilərin online sınaqlardan və mövzular üzrə müxtəlif test suallarından faydalanmalarına imkan yaradacaq.
Azərbaycanda təhsilin inkişafına xidmət edəcək Oxuyan.az saytı magistr olmaq istəyən tələbələr və universitetə hazırlaşan abituriyentləri əhatə edən böyük bir kütləyə xidmət etməyi hədəfləyir.
Tələbə və abituriyentlər də rəqabətcil mühitdə - reytinq sıralamasında yer tutmaqla və xallar toplamaqla uğura imza ata biləcək, Oxuyan.az tərəfindən keçiriləcək yarışlarda iştirak imkanı qanazacaqdır.
Təhsil şirkətləri bu platformada öz test suallarını və sınaq imtahanlarını yerləşdirə biləcəklər və bu da onlar üçün əlavə qazanc mənbəyi rolunu oynayacaqdır. Bununla yanaşı elan yerləşdirə və lazımi kütləni kurslarına cəlb edə biləcəklər. https://www.oxuyan.az Hər kəs üçün təhsil!
#oxuyan.az #hərkəsüçüntəhsil #oxuyan #tehsil #abituriyent #magistratura #magistr #imtahan #testler #suallar #dim #dövlətimtahanmərkəzi #tqdk (at Baku, Azerbaijan)

















