I Fironun xanımı, hz. Musa dövründə Misirdə İsrail oğullarının rəhbərliyini əlində saxlayan Fironun həyat yoldaşıdır. Tarixə, dünyanın gəlib-keçmiş ən zalım insanlarından biri olaraq düşən Fironun evli olduğu bu saleh qadın, nikahında olduğu adamın tam əksinə, Quranda tarixin ən qiymətli və ən üstün müsəlmanlarından biri olaraq xatırlanmaq şərəfinə sahib olmuşdur. Fironun xanımının xarakteri və əxlaqı Quranda, iman edənlərə nümunə verilmişdir. Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi... (Təhrim surəsi, 11) Bunun səbəbi, Fironun xanımının Fironun sarayında, onun küfri təzyiqi altında yaşayarkən, bu çətin şərtlərə baxmayaraq iman etmiş olması və yenə insanların çoxunun əksinə, dünyada bəlkə də çox az insanın sahib olduğu mülkdən təsirlənməyərək güclü xarakter göstərmiş olmasıdır. Bu mübarək insan təhlükəli mühitdə, son dərəcə zalım adamla evli ikən Allaha iman etmişdir. Onun rəftarının üstünlüyünü daha yaxşı anlaya bilmək üçün o dövrün şərtlərini Qurana əsaslanaraq düşünmək lazımdır. Əvvəlcə Fironun şəxsiyyətinə diqqət edilməlidir: Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi, 83) Fironun xanımı, bu zülmkar insanla və onun yaxın ətrafı ilə eyni evdə yaşayırdı. Allaha iman etdiyini söyləyən insanlara Fironun əsgərləri necə zülm etdiyini də bilirdi. Məhz Fironun xanımı iman etməyin belə çətin olduğu mühitdə, hz. Musanın izah etdiyi haqq dinə tabe oldu, vicdanına üz tutaraq Allahın varlığını və o günə qədər Misirə hakim olan inancların hamısının batil olduğunu görə bildi. Şübhəsiz bu, dünyada çox az insanın edə biləcəyi, ancaq Allaha könüldən və qatqısız bağlılıq ilə mümkün ola biləcək qətiyyətdir və üstün vicdan nümunəsidir. (ardı rəydə) #firon #xanim #xanimlar #asya #asiye https://www.instagram.com/p/CfVqAuzMoyR/?igshid=NGJjMDIxMWI=













