Senatoru Ağlatdıq və Problemimiz Bitdi
Bir gün Bakı Beynəlxalq Avtovağzalından bir rayona avtobusla getməli oldum. Yolda fikrimi saxlamaq üçün bir qazet almaq istədim. Qazet köşkünə yaxınlaşıb satıcı dayıya dedimki, " Ay dayı bu qazetlerden hansı biraz düzdürsə onu ver mənə " . Dayı dediki " Ay bala 12 ildirki qazet satıram. Ən son onu öyrəndim ki , bizim qazetlərdə sadəcə ayın tarixi doğrudur. Sən ən yaxşısı krasvord alki , bəlkə nəsə öyrənərsən ." İnanın ki bu məsləhət hələdə yerini qoruyur.
Mən vətəndən kənarda olduğum üçün Azərbaycan haqqında xəbərləri müəyyən saytlara baxmaqla almağa çalışıram. Əslində Azərbaycanda çayxanalarda olan xəbərlər və söhbətlər bu saytlardan daha real , daha canlıdır. Ən azından məsələyə qulaq asıb fikrini bildirə bilirsən. Saytlar isə yazdığımız şərhləri belə yayınlamaq istəmir. Ama burda xəbər , kanal və qazet saytlarına baxmağa məcbur qalırıq. Daha facebookdakı admini kim olduğu bilinməyənlər xəbər səhifələri var. Hətta bir neçə gün əvvəl birinə şərh yazıb , verdiyi xəbərin qaynağını istədim. yazdıki, " İndi marşurutdayam , telefondan yazıram. Evə gedəndə sizi xəbərin qaynağını yazmağa çalışaram."
Nə isə , gəlim mənim bu dəfəki dərdimə . Belə saytlardan biri də ANS Press dir. Artıq əminəmki özünü bir sıra mövzularda dəqiq , vicdanlı , qərəzsiz kimi " именовать " edən və ən böyük " Vətənşüvən" bu medya şirkətimizin bircə dərdi var. O da ki , " Xoca " filmi. Bu şirkətin verdiyi xəbərlərin 20 % dən çoxu bu filmin propaqandasıdır. Ay Londonda belə oldu , ay Amerikada senatoru ağlatdı , ay falan dilə tərcümə oldu. Bunlar yaxşı , gözəl də , məni bir şey düşündürür. " Nİyə mən hələ də bu filmə baxmamışam ? "
Bu məsələyə Prizmanın Başqa Üzündən baxanda gördüm ki, özünü Vətənsevər adlandıran " Vətənşüvənlər " adı çəkilən filmi Azərbaycan xalqına televizorlarda deyil məhz pulnana kinoteatrlarda satdılar. Ən maraqlısı da odurki , tariximizi öyrədən orta məktəblərdə , bu filmi şagirdlərin izləməsi üçün , ənənəvi üsuldan istifadə edərək məcburu biletlər satdılar. Məni də maraqlandıran budurki , bu Vətən sevməkmi oldu yoxsa Vətən sevgisini bəhanə edərək pul qazanmaq kampaniyasımı? Vahid Mustafayevin bu qədərmi ehtiyacı var idi məcburi satılan biletlərdən gələn gəlirlərə ? Əlbətdəki yox. Bunun tək cavabı Vahid Mustafayevin kino işində bacarıqsız olmasıdır. Çünki bundan əvvəl çəkdiyi nə teleserial tutuldu , nədə ki " Seçilən" filmi. " Seçilən " filmi üçün məcburi biletlər satılmamışdı deyə reyting toplamadı. Filmə baxan bəzi yoldaşlar " ət tökmək " üçün , o filmi diet programı kimi istifadı etməyi məsləhət gördülər. "Xoca" filmi artıq Vahid Mustafayev üçün qürur məsələsi olmuşdu.
Bugünki xəbərlərdə oxudum ki dünən bu filim Qırğızıstan telekanallarında göstərilib. Bu gün isə Nizami kinoteatrında pulsuz nümaiş ediləcək. Mən tam dəqiq bilmirəm ki, bu filim nə vaxtsa ANS tv də nümaiş olunub ya yox. ama onu bilirəmki Qırğızıstan xalqı pulsuz , Azərbaycan xalqı pulla məcburi satılmış biletlərlə bu filmə baxdılar.
Senatorun ağlamasını deyən Vahid Mustafayev , qardaşın Çingiz Mustafayevin kadrları bu xalqı pulsuz dəfələrcə ağlatdı. ALLAH ona gəni gəni rəhət etsin.
Pərviz Əlioğlu...










