Mühazirlərində " Namusa Təcavüz " dən danışacaq vəya danışmayacaq.
Ələkrəm Hümbətov . Azərbaycanın hal hazırdakı gündəmi. Ələkrəm Hümbətovun Ermənistana səfəri hərkəsin ağzını açıq qoydu. Hər ağzın açıq qalması hər sözün çıxmasına səbəb oldu. Doğrusunu desəm Ələkrəm Hümbətovun bu qeyri adi səfəri mənə vız gəldi. Hətta güldüm deyə bilərəm. Səbəbi ; 1. 1992 – 1993 cü illərdə Qarabağ uğrunda döyüşlərdə fəallığı və qəhrəmanlıqları ilə dastanlara çevrilən “Talış Batalyonu” nun komandiri Ələkrəm Hümbətov idi. O komandir və o batalyon ermənilərin qorxulu rüyasına çevrilmişdi. Halhazırdakı Fizuli rayonunun Qoradiz qəsəbəsi və bir sıra kənd və rayonu 73 günlük işğaldan qurtaran , yüksək əsgəri taktikaları ilə çoxlu erməni əsgərinin ölümünə səbəb olan və ən əsası işğal olunmuş Azərbaycan torpaqlarından zərrə qədər də olsa geri qaytaran yeganə insan Ələkrəm Hümbətov deyilmi ? 2. 1993 – 1994 cü illərdə həbs olunmuş siyasi dustaqlar içində məhbuluğunu , cəzasını çəkdikdən sonra vətənindən qovulan yeganə insan Ələkrəm Hümbətov deyilmi ? 3. 20 il əvvəl çoxlu ermənini qanına qəltan edən və halhazırda alnı açıq başı dik Ermənistanın üniversitetlərində , erməni gənclərinə mühazirə oxuyacaq qədər cəsarətli yeganə insan Ələkrəm Hümbətov deyilmi ? Bugün xalq Əlikram Hümbətovun Ermənistana getməsini xainlik kimi dilə gətirir. Bu adamı Dövlət rəsmi şəkildə vətən xaini çıxardaraq , vətənindən ,evindən qovub. Sizin vəya hamımızın ona xain deməsi onun üçün nə yazar ? Bu insan vətəndaşlarını qırdığı ölkəyə cəsarət edərək gedib. Bunun üçün anlamaq lazımdır ki, Ələkrəm Hümbətovun bizə görə xainliyi başqa prizmadan qehremanlığına çevrilir. Fərqli Nüanslar Mən bir Lənkəranlı vətəndaş kimi Ələkrəm Hümbətovun 1993 cü ildə “Talış Muğan Respublikası” adında dövlətçilik iddiasına düşməsini şiddətlə pisləyir, cənub bölgəsinin halhazırda iqtisadi və sosyal cəhətdən çox geridə qalmasını , onun yanlışlarının nəticəsi kimi görürəm. Ələkrəm Hümbətov Ermənistanda Talışşünaslıq barəsində universitetlərdə mühazirə oxuyacaq. Bu onun hələ talışçılıq xülyalarında olduğunu göstərməkdədir. Eyni zamanda bu qədər əziyyət və zillətdən bezməyərək hələ də öz mübarizəsini davam etdirdiyini göstərir. ƏL QƏRƏZ : Ələkrəm Hümbətov Ermənistana səfəri haqqında özünü haqlı çıxaracaq bir sıra fikirlərə sahib olduğu məlumdur. Ama imkanım olsa idi ona şəxsən bu sualı vermək istəyərdim. “ Yoldaş Hümbətov Ermənistanda Talışşünaslıq mühazirələrinizdə , 1918 ci il 31 martda ermənilərin talış bölgələrində , babalarınızı , nənələrinizi , o vaxtkı körpələri necə öldürdüklərini, (olubsa əgər) namusuva təcavüzlərini” təsvir edə edə izah edə biləcəksənmi? Əgər iddiasında olduğunu bu talışçılıq tarixini doğru deye bilməyəcəksənsə , bugünkü cəsarətin qorxaqliğa çevrilib səni xain edəcək. Yox əgər doğruları deyib erməni gəncləri bizə istehza ilə güldürəcəksənsə yenədə xain olacaqsan. “Əhməd Haradadır” filmində övladlarından şikayətlənən qudaların dialoqunda belə bir söz var. “Gör hələ mənim qızım nə deyir”. Bugün Ələkrəm Hümbətovun Ermənistana səfərini xainlik kimi izah edənlər sizə sual edirəm. 2 gün əvvəl Azərbaycanın Xarici İşlər nazirinin “ Biz Ermənistana kömək etməyə hazırıq” açıqlamasına ,fikrinə nə deyəcəksiniz? Siz Ələkrəm Hümbətovun Ermənistana getməsini pisləyən zaman ,dövlətimiz neft borularının Ermənistandan keçib getməsini müzakirə edir. Haqqı Var.













