Salam dosilər. Bu post baya uzun olacaq ama istəyərəm hamınız oxuyasınız. İstəyirəm tumblrdan uzaqlaşım. Uzun zamandır etmək istədiyim bir şey idi ama sizə verdiyim bir söz var sırf ona görə etmirdim. Sonra düşündüm ki blogu silmək məcburiyyətində deyiləm. Qalsın özü üçün burda. O sözümü tutanda onsuz ilk yadıma siz düşəcəksiniz və gəlib o videonu burda paylaşacam. Ona görə problem yoxdu məncə. Uzaqlaşmaq səbəbimə gəlsək məncə hər şey göz önündədi. Mən əvvəlki mən deyiləm hamı da görür bunu. Siz də görürsünüz məncə. Həyata sevgim artıb, yaşamaq istəyirəm artıq, gələcəyimi fikirləşirəm, ölüm fikri yox olub məndə. Ki bir vaxtlar yuxularımda belə rahat buraxmırdı məni. İnanırsınız yeddi aydan çoxdu qarabasma falan heçnə yoxdu. Hal hazırda bunu yazanda ağlayıram xoşbəxtlikdən. O qanlı, əzablı yuxulardan tər içində çığır bağır oyandığım günlərim varıydı. Ölsəm unutmaram o anlarımı. Depressiyanı dibinə kimi yaşadığım günlər. O qədər pis idi ki vəziyyət nitqimə belə təsir eləmişdi. İki sözü bir araya gətirib cümlə qura bilmirdim. Hətta axır vaxtlar nə yesəm qusurdum. Yeməyə baxmaq belə ürəyimi bulandırırdı. Onsuz mən uşaq vaxtdan tək takılan depressiv biri olmuşam ama son illərdə artıq bu fiziki olaraq biruzə verirdi. Avqust ayında işə girdim düzdü çox peşman olmuşdum. Qəti qaydaları bezdirmişdi ilk aydan. Ama dosilər ora mənə o qədər yaxşı gəldi ki. Orda tanıdığım insanlar elə bil hər gün hər gün ilmək ilmək toxuyub sağaltdılar məni. Bəlkə də özləri fərqində deyil. Çünki onlara da çox göstərmirdim o depressiv tərəfimi. Anam mənə deyir ki sən dəyişmisən mənim qızım deyilsən. Mən dəyişməmişəme mən sağalmışam. Ama görmür o onun üçün mənim yemədən içmədən kəsilməyim gecə qarabasmadan qorxduğum üçün yatmayıb yuxusuz qalmağım, iki loxma yeyən kimi qusmağım, tək olmağım, evdən çıxmamağım daha yaxşıymış yəqinki. Nəysə o helə bilsin. Vecimə deyil artıq. Mən yaxşıyam ona şükür edirəm. Evdəkilərlə dalaşdım gəldim burda ağladım, sevgilimdən ayrıldım gəldim burda ağladım, nənəmlə xalamı itirdim yenə gəldim burda ağladım, sevinəndə burda sevindim, kitab oxudum gəldim burda danışdım, dost itirdim gəldim burda sizlə bölüşdüm dərdimi. Ona görə tumblrın yeri məndə həmişə ayrı olacaq. Özünüz də görürsünüz ki son zamanlar sadəcə şəkil ya da video paylaşıram. Belə şeylər tumblra yaraşmır. Özüm də bilirəm ona görə uzatmağın adı yoxdu. Bu səhifəni də burda bağlayaq. Mən yaxşı olacam, daha yaxşı yerlərə gələcəm, çoxlu uğurlar qazanacam, xəyallarım üçün həmişə çalışacam. Bu blogu açanda belə bir yazı yazacaqsan desələr gülərdim. Neçənci il olduğu yadımda deyil. Bir qız var idi burda, bəlkə də hələ də var bilmirəm. yeni il vaxtı ən xoşbəxt olduğu il olduğunu yazmışdı. mən də deyəsən repostlayıb “Görəsən, mən də nə vaxtsa belə bir şey deyə biləcəm?” yazmışdım. Bax indi o andı fərqi yoxdu yeni il zad. Əsas odu xoşbəxtəm. Hamınıza sağol deyirəm dosilər. Özünüzə yaxşı baxın🤍


















