Əvəz Zeynallının həbsi siyasi sifariş əsasında həyata keçirilib
Mike Driver
No title available

Game Changer & Make Some Noise
todays bird
untitled

tannertan36
𓃗

roma★
tumblr dot com

@theartofmadeline

Origami Around
One Nice Bug Per Day
EXPECTATIONS

oozey mess
No title available
No title available

ellievsbear
$LAYYYTER
Sweet Seals For You, Always
sheepfilms
seen from Ecuador
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from France
seen from Canada
seen from Bangladesh
seen from Türkiye
seen from United States
seen from Chile

seen from Malaysia
seen from United States
seen from Venezuela

seen from Malaysia
seen from Indonesia
seen from Germany
seen from United States
seen from Ukraine
seen from United States
@xuraltv
Əvəz Zeynallının həbsi siyasi sifariş əsasında həyata keçirilib
Əvəz Zeynallı Prezident Aparatına məktub göndərdi
Əvəz Zeynallı: “Bunun üçün Prezident Administrasyasına 500 yox, bəlkə də 5000 məktub göndərmək lazım və vacibdir”.
“Elmin Bədəlovun hüquqlarının müdaifəkomisitəsinin üzvü Pərviz Əzimavun başlatdığı kampaniyanı dəstəkləyirəm və qoşuluram. Bunun üçün ölkə rəhbərliyinin işə qarışması və Elminnin təhsil haqqının bərpa edilməsini, eyni zamanda Elmini qanunsuz olaraq universitetdən uzaqlaşdıran müəssisə rəhbərliyinin cəzaladırılmasını tələb edirəm.”
"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Elmin Bədəlovun 3 ildir ki, təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından qanunsuz olaraq xaric edilməsinə və btün məhkəmə instansiyalarını keçsə də instituta bərpa olunmamasına təəsüflə yanaşıb və hazırda saxlanıldığı Bakı İstintaq təceidxanasından Elmin Bədəlovun hüquqlarının bərpa edilməməsinə etirazını bildirib:
“Bu digər bütün sahələrdə olduğu kimi təhsil sahəsində də nə qədər dəhşətli özbaşınalıqların baş verdiyini təsdiqləyir. Mən müəyyən və məlum səbəbdən kampaniyaya deyilən kimi eyni vaxtda başlaya bilməsəm də, Elmini yaxından tanıyan bir şəxs kimi dərhal PA-ya və mətbuata müraciət etməyi və öz dəstəyini ifadə etməyi özümə borc bildim. Elmin Bədəlov tənqidi yazılarına, konkret olaraq sözə görə cəzalandırılıb və onun davası həmdə sözün, azad sözün uğrunda bir davadır. O dərhal, gecikdilirmədəntəhsil aldığı fakultəyə bərpa olumalı, təhsilni başa vurmalıdır. Ümid edirəm ki, Elmin Bədəlovun hüquqlarının müdafiəsi və bərpası azad qələm sahiblərini üzərində baş və qol sındırmalı əsas məsələlərdən biri olacaq. Mən “Tural”ın həftəlik və gündəlik dövürlərində də Elminin hüquqlarını müdafiə edirdim, indi burada – Bakı İstindaq Təcridxanasında da onun hüquqlarını müdafiə edirəm.
Bir gənci tənqidi yazılarına görə bu cür cəzalandırmaq heç orta əsirlərdə də olmayıb.
Təqsirləndirilən şəxs: Ə.Zeynallı
P.S. Məktubun bir nüsxəsi PA-na, digəri isə mətbuata göndərildi.
19 iyul 2012-ci il, Bakı İstintaq Təcridxanası”
XuralTAC
10 aya yaxındır ki, Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetiinin baş redaktoru Əvəz Zeynallının beynəlxalq təşkilat nümayəndələrilə görüşünə icazə verilməyib.
Baş redaktor məhkəmədə çıxışı zamanı qeyd edib ki, ATƏT nümayəndələrinin BTİ-yə ziyarəti zamanı Ə.Zeynallı ilə görüşmək cəhdləri təcridxana rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə rədd edilib. Bundan əvvəl də istər Ombudsman Aparatından gələn əməkdaşlarla, istərsə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin Ə.Zeynallı ilə görüşmək istəklərinin qarşısı, “o hazırda burada yox, məhkəmədədir” kimi bəhanələrlə alınıb.
Ə.Zeynallı bu məsələ ilə bağlı da müvafiq təşkilatlara etirazını bildirmək niyyətindədir.
XuralTAC
Əvəz Zeynallının məhkəmədə iştirakını təmin etməyən BİT rəisi cərimələndiriləcək
31.07.2012
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun 26 noyabr 2011-ci ildə Bakı İstintaq Təcridxanasının (BİT) rəhbərliyindən məhkəməyə etdiyi şikayətə 2 saylı İstintaq Məhkəməsinin hakimi Rəna Hüseynovanın icraatında baxılıb.
Məhkəmə bir həftə əvvəldən Əvəz Zeynallının prosesdə iştirakının təmin olunması ilə bağlı Bakı İstintaq Məhkəməsinə bildiriş təqdim edib. Lakin hazırda BİT-da saxlanılan Ə.Zeynallının prosesdə işrirakını təmin etməyən BİT-in rəisi Elxan Sadıxovun özü də nümayəndəsini məhkəməyə göndərməyib.
Hakim Rəna Hüseynova bununla bağlı qeyd edib ki, BİT-a sərəncam göndərilsin və bildirilsin ki, məhkəmə sərəncamının icra edilməməsilə bağlı cərimə olunacağı barədə xəbərdarlıq edilsin.Növbəti prosesdə, əgər Ə.Zeynallının iştirakı təmin olunmayacaqsa, o zaman BİT cərimə olunacaq. AR Vəkillər Kollegiyasına da məlumat verilsin ki, iddiaçı, şahid Elçin Sadıqov növbəti məhkəmə prosesinə qatılsın. Məhkəmə prosesin gedişi ilə bağlı Əvəz Zeynallıya məlumat verilməsilə bağlı sərəncam verib.
Növbəti məhkəmə prosesi 14 avqust 2012-ci il, saat 10.00-a təyin olundu.
Məlumat üçün bildirək ki, Ə.Zeynallı vəkili Elçin Sadıqovun BİT-da heç bir əsas olmadan üzərində axtarış aparılması, məxfiliyə riayət edilməməsi, təqsirləndililən şəxsin, yəni Ə.Zeynallının müvafiq hüquqlarının pozulması məhkəmə şikayətinə səbəb olub. İyunun 4-də keçirilən məhkəmə də gərginliksiz ötüşməyib. O zaman Ə.Zeynallı məhkəmədə etirazını bildirb: “Aylardır ki, işi məhkəməyə vermişik. Lakin bu gün, mənə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəfildən məhkəmə barədə məlumat verib və bura gətiriblər. Nə üçün bu qədər uzun müddətdə şikayətimizə baxılmayıb? Bu tələskənliyin səbəbi nədir?”. Hakim BİT-na aprel ayının 27-dən sərəncam göndərildiyini deyib. BİT isə səlahiyyətlərini növbəti dəfə pozaraq, bu haqda əvvəlcədən Ə.Zeynallıya məlumat verməyib. Vəkil E.Sadığov hesab edir ki, BİT bunu etməklə məhkəmədə media nümayəndələrinin iştirakının qarşısını alıb.
Ötən məhkəmə iclasında Bakı İstintaq Təcridxanasını Qeydiyyat İdarəsinin rəisi və Rejim Nəzarət Şöbəsinin rəisi təmsil ediblər. Lakin onların rəsmi nümayəndəlik kağızı olmadığından məhkəmə prosesə başlaya bilməyib. Məhkəmədə BİT-in nümayəndələri Ə.Zeynalının məhkumlar üçün nəzərdə tutulmuş qəfəslikdən prosesdə iştirakının təmin edilməsilə bağlı vəsatət qaldırsalarda, hakim Ə.Zeynallının məhkum olunmuş şəxs olduğu sübut olunmadığını əsas gətirərək, qəfəsliklə bağlı vəsatəti təmin etməyib.
Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham edilir və hazırda heç bir əsas olmadan 10 aydır ki, Bakı İstintaq Təcridxanasında saxlanılır.
Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi 2012-ci il iyunun 26-da alman deputat Kristofer Ştrasserin “siyasi məhbus”lara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini 02.07.2012 tarixində qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti hazırda həbsdə olan 89 siyasi məhbusu azad etməyə çağırılır. Hazırda 17 nəfərin azad olunduğu məlum siyahıda Əvəz Zeynallının da “siyasi məbus” olaraq həbs olunduğu qeyd edilib.
QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.
XuralTAC
http://www.xural.com/?p=14732
"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsində
"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsində
DEPUTAT GÜLƏR ƏHMƏDOVA İFADƏ VERDİ
ƏVƏZ ZEYNLLININ MƏHKƏMƏ PROSSESİ DAVAM EDİR 20.06.2012
Avaz Zeynalli "Road to prison"
Əvəz Zeynallının məhkəməsi davam edir 14.06.2012
Əvəz Zeynallının həbsi siyasi sifariş əsasında həyata keçirilib
Bakı Agır Cinayətlər Məhkəməsində Əvəz Zeynallının məhkəməsi davam edib 18.05.2012
XURAL QƏZETİNİN ƏMLAKI YENİDƏN SİYAHIYA ALINIB