Maraqlıdır ki, çoxlarımız göy üzündə nə var sualına Ulduzlar deyə cavab verərik. İnsan ruhu buna alışıb artıq. Düşünürəm ki, hər bir insan düşünə bildiyi qədər xəyal qurmağı bacarır. Götürək çoxlarımızın anlam verə bilmədiyi və izah edə bilmədiyi " necə yaranmışıq?" sualına. Buna cavab tapmadıqda zamanla özümüzdən dinlər uydurub, quraşdırıb ona inanmışıq. Çünki ora qədər düşünüb xəyal edə bilirik və o daha inanılır görsənir. Yaranmağımızı mütləq ki, bir səbəbə bağlama ehtiyacı duyuruq və özümüzü bu missiyanın bir hissəsi, daha səmimi desəm önəmli hiss edirik. Önəmli olmasaq da, mənim fikrimcə çox şanslıyıq ki, canlı anlayışının meydana çıxdığı bir planetdə yaşayırıq. İnanıram ki, digər planetlərdə də həmin mühitə uyğunlaşmış və özlərini önəmli hiss edən canlılar vardır. Ən maraqlısı isə görəsən onlarda da belə musiqilər yazılır? 🤔