2 iyun şəxsiyyətinə dəyər verdiyim insan, sadə və səmimi Gəncəlimiz, Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləmiş(1997-2016), 1975 ci ildən Göy-Göl Dövlət mahnı və rəqs ansamblının solisti. Gəncə Musiqi Kollecinin xanəndə müəllimi Şahnaz Haşımovanın doğum günüdür. Şahnaz xanımı səmimi qəlbdən təbrik edirəm, Allahdan uzun ömür can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi arzulayıram. Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957 ci ildə Gəncə şəhərində anadan olub. M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsini bitirib(1975-1979). Dağıstan Dövlət İdarə Etmə və Biznes İnstitutunun Hüquq fakültəsini bitirib(1998-2004). 1971–1973 illərdə bədii özfəaliyyət kollektivlərinin "Oxu, tar" festivalının iştirakçısı olmuşdur. 1975-ci ildən "Göy-göl" xalq çalğı alətləri ansamblının (1977-ci ildən "Göy-göl" Dövlət Mahnı və Rəqs Ansamblının) solistidir. Eyni zamanda Gəncə Musiqi Kollecinin xanəndə müəllimidir. 1997 ci ildən 2016 ci ilə qədər Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır. Repertuarına xalq mahnıları ("Uca dağlar", "Qaragilə", "Şuşanın dağları və s.), Ritmik muğamlar (Kəsmə şikəstə, Qarabağ şikəstəsi, Simayi şəms,) Muğamlar (Mirzə Hüseyn segahı, Kürdü Şahnaz, Mahur hindi, Qatar, Bayatı kürd, və s.), Azərb. bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnıları daxildir. Şahnaz Haşımovanın respublikanın hüdudlarından çox-çox uzaqlarda milli musiqimizin, muğamatımızın tanınmasında, təbliğində xüsusi xidmətləri vardır. O, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına bacarıqla rəhbərlik edib. Ş.Haşımova şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı,Gəncə Dövlət Filarmoniyasının "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq edir. Ş.Haşımova bir çox xarici ölkələrdə dəfələrlə Azərbaycan musiqisinin əsl təbliğatçısı olmuş, yetişdirdiyi gənc müğənnilərlə Azərbaycanda və xarici ölkələrdə Azərbayca https://www.instagram.com/p/CeSqRoitl8A/?igshid=NGJjMDIxMWI=