Bu dəfə həyatımızdaki o gözəl insanlardan yazmaq istədim.Hansı insanlardı onlar,kimdilər?Hər dəfə 'bütün insanlar eynidi','heç kim dəyərə,sevgiyə layiq deyil','hamı bir gün gedir' kimi cümlələri beynimizdən silə bilən insanlar.Daima yanımızda olanlar.Yıxılanda vurmaq yerinə,əlimizdən tutub qaldıranlar.Hərdən başımızı çiyninə qoyub içdən ağlıya bildiyimiz,hər dərdimizi danışa bildiyimiz insanlar.Hər gecə deyə bilməsək də içdən içə yaxşı ki gəlmisən həyatıma dediyimiz insanlar.Bir mahnı parçası,uşaqlıq qədər doğma,yaz ətri qədər hüzur verə bilən insanlar,yox yox doğma insanlar.Qucaqlıyanda "bütün dünya mənim"di dediyimiz doğmalarımız.'Yaxşı ki varsan' cümləsini deməyi unutdurmadığınız üçün yaxşı ki siz.:).








