Mən çoxdan vurğunam sənə,
Böyük arzum budur yenə:
Dönüb bir göy göyərçinə,
Sahilinə qonam, dəniz.
Rəsul Rza
Show & Tell

blake kathryn
ojovivo
Sade Olutola

pixel skylines
art blog(derogatory)

JVL
DEAR READER
No title available

oozey mess
will byers stan first human second
Game of Thrones Daily
TVSTRANGERTHINGS
cherry valley forever

Kiana Khansmith
Cosimo Galluzzi
hello vonnie

Janaina Medeiros
Keni

tannertan36
seen from United States
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States

seen from T1

seen from United States
seen from South Africa

seen from Greece
seen from United States
seen from Pakistan
seen from United States

seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
@gunesincarcisi
Mən çoxdan vurğunam sənə,
Böyük arzum budur yenə:
Dönüb bir göy göyərçinə,
Sahilinə qonam, dəniz.
Rəsul Rza
Mən bilirəm, özünü sevmək nə deməkdir...
Mən bilirəm, özünü sevmək nə deməkdir.
Bu o deməkdir ki, səhər yuxudan oyandıqda artıq kiminsə səndən daha uğurlu, daha gözəl, daha ağıllı, daha müdrik, daha yaxşı olduğu barədə düşünmürsən.
Bu o deməkdir ki, güzgüyə baxdıqda öz əksindən üz çevirmək istəmirsən. Ona etimad edirsən. Kosmetika ilə, yaxud kosmetikasız, fərqi yoxdur, hansı əhval-ruhiyyədə olmağın da önəmli deyil.
Mən yalnız qəlbimdə parlayan və yanan şeyə etimad edirəm.
Mən bilirəm, özünü sevmək nə deməkdir. Artıq hansısa bir tədbiri, görüşü, hadisəni, doğum gününü, məzun gününü, istirahət gününü gözləməməkdir... Özünə qarşı sevgi və diqqət gözləməməkdir!
Bu gün və indi özünə xoşbəxt olmağa imkan verməkdir. Gözünü çirkli asfalta dirəmək yerinə, yoldan keçənlərin gözünün içinə baxmaqdır. Ətrafındakı dünyanın həmişə olduğu kimi, indi də gözəl olduğunu bilməkdir.
Mən bilirəm, özünü sevmək nə deməkdir. Yaxınların, uzaqların, gedənlərin, unudanların - insanların hər uğuruna sevinməkdir. Sevinmək ki, onlar yaşayırlar, yaradırlar, nəfəs alırlar, nəyəsə nail olurlar, nə isə əldə edirlər.
Çünki onların uğurundan mənim daxilimdəki alov heç də azalmır. Mən bundan daha az cəlbedici, daha az sevilən və daha az qorunan olmuram. Çünki məndəki dərinlik onların uğurlarını da özündə yerləşdirə dərəcədədir.
Mən onların sevincinin bir hissəsi olmağa qadirəm. Mən hər hüceyrəmlə başa düşürəm ki, onların uğuru bütün dünyanın uğuru və sevinci deməkdir. Deməli, bütün dünya kimi, onların uğuru həm də mənim bir hissəmdir.
Mən bilirəm, özünü sevmək nə deməkdir. Daha dünyanın çətinliklərindən gileylənməməkdir. Hətta bu çətinlikləri də sevməkdir. Hər yeni maneəni təbəssüm və yumor hissə ilə qarşılamaqdır, bunun arxasında getdikcə böyüyən gücün və səbrin olduğunu anlamaqdır.
Yaşadığın ölkəni, şəhəri, küçəni sevməkdir. Pəncərəndən açılan mənzərəni sevməkdir, yoldan ötənləri sevməkdir. Hətta qəm-qüssəyə batanları belə. Axı, bir gün mütləq onlar da mənim kimi biləcəklər, Özünü Sevmək nə deməkdir.
Gintare Jautakaite
🌓Empatiyanın qaranlıq tərəfi🌓
Hər kəs empatlardan dəstək və yönləndirmə gözləyir. Bu o deməkdir ki, empatlar dünyada digər insanlardan daha çox şeyi görmə qabiliyyətinə malikdirlər.
Empatiyanın qaranlıq tərəfi haqqında nadir hallarda danışırlar. Ancaq o var və çox vaxt empatın həyatını zəhərə döndərir.
Empatiya özünü digərinin yerinə qoya bilmə, onun düşüncə və hisslərini anlaya bilmə qabiliyyətidir. Empatlarda bu xüsusiyyətin necə inkişaf etdiyi bilinmir, ancaq hesab olunur ki, bu, anadangəlmədir və DNT vasitəsilə ötürülür.
Bir qayda olaraq, empatlar başqalarına biganə yanaşmayan, qayğıkeş, həssas və mərhəmətli şəxslər kimi qəbul edilirlər. Ona görə də onların qaranlıq tərəfinin ola biləcəyi təəccüblü gəlir.
İlk növbədə, empatlar öz emosiyalarını idarə edə bilmirlər. Düşünə bilərsiniz ki. empatlar emosiyaları yaxşı dərk edirlər, ona görə öz hisslərini də idarə edə bilərlər. Ancaq əslində empatlar öz emosiyalarını daim nəzarətdə saxlamaq uğrunda mübarizə aparırlar. Onlar başqalarının emosiyalarını, xüsusilə də kədərlərini o qədər dərindən hiss edirlər ki, bəzən onların təsiri ilə depresiyaya düşə bilərlər.
Onlar öz emosiyalarını başqalarının emosiyalarından fərqləndirə bilmirlər. Hətta öz hisslərini paylaşa biləcəkləri özləri kimi empat birini tapmaqda çətinlik çəkirlər. Daimi mənfi enerji ilə yüklənmə onların tükənməsi ilə nəticələnir. Həddən artıq informasiya ilə yüklənmə onların yorulmasına gətirib çıxarır.
Bundan başqa, çox vaxt onlardan istifadə edirlər. Çünki empatlar etibarlı, güvənən şəxslər olurlar, xeyirxahlığa inanırlar. Bu da bəzən onların vicdansız insanlar tərəfindən istifadə olunmasına səbəb olur. Təbiəti etibarilə ürəyiaçıq və xeyirxah olan empatlar pis niyyətli, ancaq alıb, əvəzində heç nə verməyən insanların hədəfinə tuş gəlirlər.
Onlar kiməsə aşiq olmaqda da çətinlik çəkirlər. Empatlar qəddarlığa qarşı çox həssas olduqlarından, birinə tamamilə güvənmək onlara çətin gəlir. Onlar ürəklərini sonacan açmırlar, çünki zərər görməkdən qorxurlar.
Empatlar daim ağır yük daşıdıqlarını düşünürlər. Hər cür pis niyyətdən uzaq olduqlarına görə hər kəsə yardım etmək istəyirlər. Ancaq bu qeyri-mümkün olduğuna görə bu yükün altında daim əzilirlər.
Empatlar dünyanın bütün problemlərini həll edə bilməyəcəyini başa düşməlidirlər. Empatiyanın qaranlıq tərəfi həyatlarını işğal etməsin deyə, qarşılaşdıqları hər kəsə enerjilərini verməyi dayandırmalıdırlar.
Yeni İlin mənası da elə bundadır - daha bir şans əldə etmək. Kimisə bağışlamaq, nəyisə daha yaxşı etmək, daha çox vermək, daha güclü sevmək. Və "necə ola bilərdi" fikri ilə narahatlıq yaşamaq yerinə, həyatı olduğu kimi qəbul etmək.
Hazır olduğunu hiss etdikdə ilk addımı atmaq daha asan olacaq.
Hər yeni günü yeni bir başlanğıc qəbul et. Dünən yaşadıqların səni kədərləndirə, hətta bəlkə yolundan saxlaya bilər, ancaq yaşadıqlarının yaratdığı yükü nə qədər daşıyacağına özün qərar verirsən. Bu yüklə gəzməli olduğun yolu gəzib, sonra vidalaşa bilərsən. Vidalaşmağa hazır ola bilmək üçün duyğularını anlayıb, sonra ilk addımı at. Üstünlüyü özünə, duyğularına verə və sonra bu duyğunun sənin üzərində nə kimi dəyişikliklər etdiyinə nəzər yetirə bilərsən. Özünü mühakimə etmədən, incitmədən addım-addım özün üçün işıq ola bilərsən. Gözlərini bağla və bir müddət özünü dinlə. Hazır olduğunu hiss etdikdə ilk addımı atmaq daha asan olacaq.
Kədərlənmək sabahın çətinliyindən bir şey azaltmaz, yalnız bu günün gücünü azaldar.
Arçibald Kronin
Alimlər hesablayıblar ki, bir xeyirxah əməl 16 insana təsir etmək gücünə malikdir!
Ceymi Terston özünün "Xeyirxahlıq. Böyük kəşflər haqqında kiçik kitab"ında yazır ki, bütün insanlar təbiətləri etibarilə xeyirxahdırlar. Hər birimizdə xeyirxahlıq geni var və o, ən qədim genlərdən biridir: onun 500 milyondan çox yaşı var. İnsan yaxşılıq etdikdə onun orqanizmində oksitosin adlı hormon ifraz olunur. Bu hormonu çox vaxt sevgi və etibar hormonu adlandırırlar. Oksitosin insanda hüzur hissi oyadır, narahatlığı aradan qaldırır və qandakı stress hormonu-kortizolun miqdarını tənzimləyir. Bununla da birinə yaxşılıq etdikdə və ya kimsə bizə yaxşılıq etdikdə keçirdiyimiz o gözəl hissləri elmi cəhətdən izah etmək mümkündür. Yaxşı əməllər zəncirvari şəkildə insandan insana ötürülür. Alimlər hətta hesablayıblar ki, bir xeyirxah əməl 16 insana təsir etmək gücünə malikdir! Belə çıxır ki, yaxşılıq etdikdə biz təkcə özümüzü deyil, ətrafımızdakı hər kəsi dəyişirik. Ceymi Terston hesab edir ki, xeyirxah insanlardan ibarət ordu yaxşılıq etməkdən ötrü bir araya gələrsə, onun edə biləcəkləri sonsuzdur.
Varlığımız zülməti yararaq qaranlığa işıq salmalıdır; ümidin olmadığı yerdə onun mövcudluğuna inam yaratmalıyıq, özümüz kiməsə ümid mənbəyi olmalıyıq; artıq hər şeyin bitdiyini düşünənlərin qəlbində ümid işığı yandırmalıyıq; sevgi, mərhəmət işığının söndüyü yerdə yenidən onu alovlandırmalıyıq.
Bumeranq qanunu
... dünyada bir çox şey məni məyus edə bilər, ancaq elə şeylər var ki, mən heç vaxt inanmaqdan əl çəkməyəcəm. Məsələn, bumeranq qanununa. Mən bütün qəlbimlə inanıram ki, hər bir etdiyimiz şey özümüzə qayıdacaqdır. Yalan yalançıya, ağrı-acı xəyanətkara, sevgi onu nümayiş etdirənə. Mən yüz dəfələrlə bunu müşahidə etmişəm. Öz üzərimdə də həmçinin. Buna görə də mən başqalarından intiqam almağa, acıq çıxmağa çalışmıram. Həyat məni incidənlərə hər şeyi geri qaytaracaqdır. Həmişə belə olub və belə də olacaqdır. Bəli, mən özüm də müqəddəs deyiləm. Ancaq mənim bumeranqlarım mənə bir-iki şey öyrədib. Ən əsası da onu öyrədib ki, kiməsə pislik edəndə, xəyanət edəndə, yalan danışanda bir şeyi unutmaq olmaz: tezliklə sən özün də onu yerində olacaqsan. Mütləq olacaqsan!
Anastasiya Poruçikova
Bəzən zaman sənin üçün dayanar. Ard-arda elə çətinliklər yaşayarsan ki, tab gətirməyə gücün yetməz. Bu yaşadıqlarını az da olsa, yüngülləşdirəcək yaxşı nəsə baş verməz. Bir kömək əli uzanmaz. Telefonuna zəng gəlməz. Dünya başqaları üçün dönməyə davam etdiyi halda sən tənhalığın ortasında tək başına qalarsan. Yalvararsan, səsin nə çıxar, nə də eşidilər. Yaradana son bir cəhdlə müraciət edərsən və bu maraciətin də cavabsız qalar: "Tanrım, nə baş verir? Küsmüsən məndən? Niyə məni eşitmirsən? Niyə görmürsən? Yolumu açmır, kömək etmirsən mənə?" Məhz həmin an ən böyük imtahandasan və böyük imtahanlarda "Müəllim" həmişə sakit dayanar. O səni daim görər, ancaq astanadan keçməli, bir dərsi öyrənməlisən. Bununla da zamanın, dözümün, iradənin, həyat dərsinin, özünü yenidən formalaşdırmağın və inanmanın mükafatı veriləcəkdir. Astananın o tayında mükafat səni gözləyir.
Müharibə və uşaqlar
Müharibənin dəhşətləri, ağrı-acısı böyüklərə təsir etdiyi kimi, uşaqlardan da yan keçmir. Psixoloqlar uşaqların baş verənlər barədə televizorda, internetdə gördüyü səhnələrdən, evdə, məktəbdə eşitdiyi sözlərdən, müharibənin çarəsiz hiss etdirdiyi valideynlərinin və ya digər böyüklərin davranışlarından az təsirlənmədiyini bildirirlər. Bu hal uşaqlarda özünü müxtəlif şəkildə göstərə bilər. Mütəxəssislərin fikrincə, bunların başında yuxusuzluq, qorxulu yuxular görmək, tək yata bilməmək, aqressivliyə meyillilik, ana-atadan ayrı düşmək qorxusunun artması, sirena, partlayış səslərindən, qaranlıqdan təlaşa düşmək, səbəbsiz ağrılar (baş, qarın), məktəbdə müvəffəqiyyətsizlik, diqqət dağınıqlığı kimi problemlər gəlir. Bunların xaricində də uşaqlar heç vaxt etmədiyi hərəkətlər edə və ya özlərinə qapanaraq səssiz qala bilərlər. Ona görə də müharibənin yaşandığı bu günlərdə onların hərəkət və sözlərinə xüsusi diqqət yetirmək olduqca önəmlidir.
3 yaşına qədər uşaqlarda inkişaf edib, sonrakı illərdə tam formalaşan əsas duyğu güvən, etibar hissi hesab olunur. Bu təməl duyğu qorunmaq, hər cür təhlükə və təhdiddən uzaq olmaq instikti nəticəsində meydana çıxır. Xüsusilə, 3 yaşına qədər uşaqlarda ananın uşağın bütün istək və ehtiyaclarını təmin etməsi özü ilə birlikdə anaya bağlılıq hissini gətirir. Odur ki, güvən hissinin inkişafı və anadan asılılıq xüsusiyyətləri nəzərə alınaraq bu yaşda olan uşağın fiziki və psixoloji ehtiyaclarını mütəmadi olaraq qarşılamağa davam etmək, narahatlığını hiss etdikdə diqqət, təmas, sevgi ehtiyaclarını artırmaq lazımdır.
Bu yaşda olan uşaqlar əgər müharibə görüntülərini izləməyiblərsə və ya müharibə ilə bağlı sözlərə, təəssüratlara şahid olmayıblarsa, müharibənin dəhşətlərindən daha az təsirlənirlər. Onlara təsir edən əsas məqam valideynlərin münasibət və reaksiyalarıdır. Belə ki, valideynlərin keçirdiyi çarəsizlik, qorxu və narahatlıq duyğularından təsirlənən uşaqlar da buna bənzər reaksiyalar nümayiş etdirə bilərlər. Ona görə də 0-3 yaş qrupuna daxil olan uşaqların yanında valideynlər maksimum dərəcədə öz hisslərini və reaksiyalarını cilovlamağa çalışmalıdırlar. Bununla onlar uşaqların güvən, etibar hissini zədələnməkdən qorumuş olurlar.
3-6 yaş dövrü uşaqların artıq öz dünyalarından ayrılıb, ətrafda baş verənlərin fərqinə varmağa başladıqları dövrdür. Bu baxımdan televizorda, internetdə gördükləri hər cür dəhşət, müharibə səhnələrini, şərhlərini asanlıqla mənimsəyə bilirlər. Ailəsindən ayrı düşən, ata-anasını, yaxınlarını, evini itirən uşaqların, yanan, dağılan evlərin nümayiş olunduğu səhnələr onlarda baş verənlərin öz başlarına gələ biləcəyi ehtimalını formalaşdıraraq, təlaşa qapılmalarına səbəb ola bilər. Ona görə də bu yaş dövründə olan uşaqlara onların qorunduğu, əmin-amanlıqda, təhlükələrdən uzaq olduğu duyğusu aşılanmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, uşaqlarda baş verənlərlə bağlı yaranan qorxu hissinin öhdəsindən gəlinməsinə təsir göstərən əsas məqam ata-ananın həmin an keçirdiyi hisslər, sərgilədiyi davranışlardır. Bunlar müəyyən dərəcədə uşaqlara da təsir göstərir. Bu zaman “heç nə baş verməmiş” kimi davranmaq yerinə, nisbətən təmkinli və güvənli mühit yaratmaq məqsədəuyğun hesab olunur. Psixoloqlar bildirirlər ki, uşaqlara yaşananların ola biləcəyi, bunların heç birinin uşaqla və ya onun etdikləri ilə əlaqədar olmadığı, bunun onları cəzalandırma növü olmadığı izah ediməli, onların özlərini nədəsə günahkar görməsinin qarşısı alınmalıdır.
Məktəb yaşlı uşaqlar isə artıq böyüklərinkinə bənzər duyğu və düşüncələrə sahib olurlar. Gördükləri səhnələr, eşitdikləri şərhlər onların gələcəyə dair narahatlıq keçirməsinə səbəb ola bilər. Bu yaş dövründə olan uşaqlarla qorxu, narahatlıq, qəzəb kimi duyğulardan bəhs etmək, bunların normal duyğular olduğunu bildirmək, xəyalları və qorxuları barədə danışmaq, onların hazırda hər hansı təhlükə və təhdiddən uzaq olduğunu göstərmək faydalı ola bilər.
Ümumiyyətlə, mütəxəssislər hesab edirlər ki, müharibəyə dair televizorda göstərilən xəbərləri uşaqlardan gizlətmək yerinə, onlara bu mövzuda məlumat vermək, suallarını cavablamaq həm böyüklər, həm də uşaqlara daha yaxşı kömək olur. Əsas diqqət edilməli məqam hər şeyi olduğu kimi deyil, baş verənləri uşağımızın yaşı və xüsusiyyətləri nəzərə alınaraq doğru hesab etdiyimiz şəkildə anlatmaqdır. Onların duyğu və düşüncələrini dinləməli, anlamalı və paylaşmalı, bunların təbii olduğunu hiss etdirməliyik. Onlara bu həssas dönəmdə daha çox diqqət ayırmaq, fikirlərini başqa şeylərlə yayındırmaq məsləhət görülür. Yuxu problemləri yaşayanların bir müddət yanında yatmaq, kabuslarını dinləmək və bunlara ciddi yanaşmaq, sakitləşdirmək olduqca önəmlidir. Qorxu və narahatlıqlarının “mənasız”, “yersiz” olduğu kimi ifadələrə qətiyyən yol vermək, duyğularını xor görmək olmaz. Fiziki və psixoloji simptomları yaxşı müşahidə etmək və zəruri hallarda bir mütəxəssislə məsləhətləşmək məqsədəuyğun olardı.
...övladlarınızı sevmək və özünüzə yaxınlaşdırmaq üçün artıq bütün resurslara sahibsiniz.
İstəyirəm ki, hər bir valideyn bunu dərk etsin! Siz ideal deyilsiniz, ancaq kifayət edirsiniz. Sizinlə indinin özündə hər şey artıq “OK”dir. Siz bu günün özündə artıq kifayət qədər yaxşı valideynsiniz. Siz övladlarınızı sevmək və özünüzə yaxınlaşdırmaq üçün artıq bütün resurslara sahibsiniz. Hətta yorulsanız belə, kefiniz pozulsa belə, özünüzdən razı olmasanız belə. Sadəcə ağuşunuzu açın. Sadəcə övladınıza gülümsəyin. Sadəcə danışmayın. Sadəcə çay dəmləyin və bir şokolad açın və övladınızla birlikdə bunları “məhv edin”. Sadəcə əl-ələ tutaraq gəzin. Sadəcə birlikdə pişiyi tumarlayın. Sadəcə birlikdə övladınızın sevdiyi çizgi filminə və ya sevimli Youtube-bloggerin videosuna baxın. Sadəcə birlikdə yuxuya gedin. Bunlar hamısı sadə şeylərdir. Siz bunların hamısını özünüz və övladınız üçün elə indicə edə bilərsiniz. Bu gün! Bütün natamamlıqlarınıza, müvəffəqiyyətsizliklərin verdiyi əzaba, günahkarlıq hissinizə və yorğunluğunuza baxmayaraq.
Əziz valideynlər, siz bunu bacararsınız. Siz güclüsünüz. Siz kifayət edirsiniz!
Sveta Qonçarova - “Flymama” layihəsinin müəllifi
Zamana Toxunmaq
Bu gecə havadan Zamanın qoxusu gəlirdi. Ürəyində öz uydurmasını qiymətləndirərək gülümsədi. Pis fikir deyil. Bəs əslində: Zamanın qoxusu necədir? Ondan toz, saatların, insanın qoxusu gəlir. Bəs Zamanın necə olduğunu düşünsək, yəni səs olaraq? Onun səsi qaranlıq bir mağarada axan suyun səsi kimidir, haraylayan səslər kimidir, boş bir qutunun qapağına tökülən torpağın xışıltısı kimidir, yağan yağışın səsi kimidir. Bir az da irəli gedərək soruşaq: Zaman görünüşcə necədir? O, səssizcə qara bir quyuya doğru uçuşan qara bənzəyir və ya yüz milyardla simanın yeni il şarları kimi aşağıya, heçliyə doğru yuvarlandığı köhnə səssiz filmə oxşayır. Zamanın qoxusu məhz belədir və o, görünüşcə və səs olaraq bu cürdür. Bu gecə isə adama edə gəlir ki, hətta ona toxuna bilərsən. Rey Bredberi
Avqust ayının gözəl səhərlərinin birində havadan qəfil başqa ətir duyulmağa başladıqda anlayırsan: sentyabr dabanlarının üzərində yayın son ayına ayaq basır. Günəş artıq əvvəlki kimi yandırmır, sadəcə sənin çiyinlərinə "kiçik öpüşlər qoyur". Axşam sərinliyi boz bir duman içində uzanır və təzə dəmlənmiş bitki çayı şirin melanxoliklik verir.
Payız mənə həmişə tələsmədən qonşu otaqdan çıxan pişiyi xatırladır. Onun addımları sakit, gəzişi zərif, gözləri inamlıdır. O, hələ otağa girməyib, ancaq artıq sən onun varlığını hiss edirsən. Sonra heç nə: ilk yarpaq düşür və pişik sənin qucağına hoppanır. Gözlərini zilləyir və sanki deyir: ilin ən rahat vaxtı gəldi..Anna Ştamburq
Daha az yemək, tələbəlik çəkini saxlamaq lazımdır; daha çox oxumaq və daima yeni nələrsə öyrənmək, nələrisə istəmək lazımdır. Həmçinin kimin üçünsə yaşamaq, təkcə özünü yox, yaxınlarını da sevmək, onların halına yanmaq, onlara kömək etmək və nəyisə bölüşmək lazımdır. Sənin xarici görkəmin ilk növbədə sənin ağlının, tərbiyənin əksidir. Hörmət etdiyim kişilərin fikirlərinə görə, qadında qiymətləndirilən xeyirxahlıq və sevinmək bacarığıdır. Uşaqlıqda Buninin "Yüngül nəfəs" hekayəsi mənə çox təsir etmişdi. Hər şeyə rəğmən, qadındakı sirlilik ləğv edilməyib. Renata Litvinova
Əgər hər şeyinizi itirdiyinizi, sahib olduqlarınızın əlinizdən çıxıb getdiyini hiss edirsinizsə, ağaclara nəzər salın: onlar ki, hər payız yarpaqlarını tökməklərinə baxmayaraq, dimdik yerlərində dayanaraq baharda yaşıl yarpaqların açmağını gözləyərlər.