Zamana Toxunmaq
Bu gecə havadan Zamanın qoxusu gəlirdi. Ürəyində öz uydurmasını qiymətləndirərək gülümsədi. Pis fikir deyil. Bəs əslində: Zamanın qoxusu necədir? Ondan toz, saatların, insanın qoxusu gəlir. Bəs Zamanın necə olduğunu düşünsək, yəni səs olaraq? Onun səsi qaranlıq bir mağarada axan suyun səsi kimidir, haraylayan səslər kimidir, boş bir qutunun qapağına tökülən torpağın xışıltısı kimidir, yağan yağışın səsi kimidir. Bir az da irəli gedərək soruşaq: Zaman görünüşcə necədir? O, səssizcə qara bir quyuya doğru uçuşan qara bənzəyir və ya yüz milyardla simanın yeni il şarları kimi aşağıya, heçliyə doğru yuvarlandığı köhnə səssiz filmə oxşayır. Zamanın qoxusu məhz belədir və o, görünüşcə və səs olaraq bu cürdür. Bu gecə isə adama edə gəlir ki, hətta ona toxuna bilərsən. Rey Bredberi













