Sənə heç bir şey ifadə etməyən insanların düşüncələrini önəmsəmək acizlik deyil də nədi? Dünyadakı bütün xüsusiyyətlərdən, əlamətlərdən daha təsiredici və özünə heyran buraxan beyninlə parıldamaq varkən sırf birisi sən beləsən dedi deyə ümidsizliyə düçar olmaq, hər şeydən küsüb özünə qapanmaq, özünə nifrət etmək. Bəlkə də bu dünyada ən çox incitdiyimiz şey elə öz ruhumuzdu. Bəlkə də hamıdan qabaq elə ondan üzr istəməliyik. Üzr istəməyə hazırammı, o məni bağışlayarmı bilmirəm. Amma bircə onu bilirəm ki, hamı gedib özümüzlə baş-başa qaldıqda ruhumuz da bizə üz döndərsə, baxın onda gerçək yalnızlıqla üzləşərik. Bunun əzabı heç nəyə bərabər deyil.