Bəzən ilişib qalarsan-bir mahnıda,bir cümlədə və ya bir sözdə.
todays bird
Keni

izzy's playlists!

roma★

Andulka
Sweet Seals For You, Always

JBB: An Artblog!
Stranger Things

shark vs the universe
dirt enthusiast
styofa doing anything

★
DEAR READER
No title available
will byers stan first human second
AnasAbdin
Three Goblin Art

Janaina Medeiros
NASA

JVL
seen from United States
seen from United States

seen from India

seen from Türkiye
seen from Russia
seen from Germany

seen from Malaysia
seen from Canada
seen from Japan
seen from United States
seen from Malaysia

seen from Germany

seen from Netherlands

seen from Morocco
seen from United Kingdom

seen from Malaysia
seen from United States
seen from United States
seen from United States
seen from United States
@nnigar
Bəzən ilişib qalarsan-bir mahnıda,bir cümlədə və ya bir sözdə.
Bəlkə də bəzi çətinliklərimizin tək vəzifəsi bizə nə qədər güclü olduğumuzu xatırlatmaqdır..
blogun mükəmməldi <3
Bunu yazan anonim kimi.😊💛
Bizə nə lazımdır görəsən? Yarımçıq səhifələri doldurmaqmı,yoxsa yeni səhifə açmaqmı.?Bəlkə bir az inam, bütün sübutların yerinə? Bilmirəm, biz həqiqətən də ətrafımızdakı həqiqətlərdən qaçmaq istədik bu qədər,yoxsa yalanlardan mı? Zaman keçdikcə, bəlkə də, həqiqətlərimiz çox dəyişəcək və bizə fərqli dünyalar lazım olacaq getməyə.Başqa birilərində axtarmaq lazım deyil,məncə,daxilimizi rəngləsək,hər zaman gedə biləcəyimiz bir dünya olacaq.
Sən nə gözəl yazırsan belə💜
Dəyərli fikriniz üçün təşəkkür.😊
Məqsədin bir şeyləri dəyişdirməkdirsə,çox uzağa getmə. Birinci ətrafına bax. Bəlkə sən soluna baxırsan, amma sağına baxsan görərsən gerçəkləri. Ola bilər ki, kimlərinsə sənə mane olduğunu düşürsən. Biraz fikirləş. Bəlkə də bu şəxs məhz özünsən. Çünki insanın maneələri ətrafındakılardırsa, bu mütləq bir həll yolunu tapardı. Bir də ki, kənardakı səslərin heç vaxt susmayacağını unutma. Yalnız iç səsin daha yüksəkdirsə eşitməzsən onları. Sən də qışqır içində, qulaq asma heç onlara.
Susurdum..Danışmağa bir şey olmadığından və yaxud da anlaşılmamaqdan qorxduğum üçün deyil.Sadəcə yorulmuşdum.Ətrafımdakı dayaz düşüncələr arasında boğulurdum.Axı,mən hər zaman kiminsə köməyinə çatmağa çalışmışdım. Deyəsən,elə buna görə də bircə özümə çata bilməmişdim.Yarım qalmışdım..Qısacası,bəzən çox sevilmişdim, bəzən isə heç. Bir gün unudulmuşdum, amma bir gün də ilk yada düşən mən olmuşdum.Yeri gələndə lazımlı olmuşdum, yeri gələndə isə lazımsız.Ən pisi də odur ki,bəzən də heç kim olmuşdum.Amma bunlar mənim onlara görə olduğum tərəflər idi.Özüm üçün isə hər zaman ən lazımlı,ən yaxşı,ən dəyərli oldum.Məncə, insan həmişə elə özünə tutunmalıdır. Sabah ən çətin bir anında kimsə sənə əl tutacaqsa da, bu da mütləq ki, öz əlin olacaqdır.
Həyatına aldıqlarının kiçicik də olsa sənə bir şey qatması üçün çalış,amma əsla onların səndən bir şey oğurlamalarına izin vermə.
Bu bədəndə var olmaq haqqı sadəcə mənə verilmişdi. Amma nədənsə, bu, özümdən kənardakıları da maraqlandırdı.Səbəbini isə anlamadım. Axı niyə onlar digər bir ruhun seçimləri ilə bu qədər çox baş yordular?Bəli,seçimlər..Hansılarki bu dünyada mənim ruhumun mövcudluğunu ifadə edirdilər.Lakin bir şeyin fərqinə vardım ki, nə qədər fikir dairələrini başqalarının hansı tərzdə var olmasına yönəltmişdilərsə,öz var oluşlarını da, bir o qədər yadırğamışdılar. Ən pisi də odur ki,bunu edərkən öz ruhlarını bəsləməyə belə vaxt tapmırdılar.Lakin onu da unutmuşdular ki,öz mövcudluğunu dərk edən biri heç bir düşüncə hakimiyyətinin əsiri ola bilməz.
Sadəcə xoşbəxtlikdən gülməz bir insan, bəzən qırıldığını gizlətmək üçün də gülər. Sadəcə gücsüzlüyündən də ağlamaz bir insan, bəzən güclü olmağın çətinliyindən ağlayar.Və bəzən ailəsi olmadığın üçün deyil də, yaralarını özü sarıdığı üçün kimsəsiz sayılar bir insan.
Sanki bu şəhərdən uzaqlaşa bilsək,bir çox şeylər düzələcəkdi.Ya da birisi bizi həyatın əslində çox da pis bir yer olmadığına həqiqətən inandıra bilsəydi.Amma heç biri olmadı. Deyəsən, bundandır ki, özümüzü daim tamamlanmamış hiss edirdik.Bəlkə də,son bir çıxış yolu var idi. Bu yalnız qəlbimiz bir küncündə gizlənmiş kiçicik bir ümid ola bilərdi.Hansıkı onu çox vaxt görmürdük, ya da görməzdən gəlirdik.
Ömrümüz boyu bizi məyus edən hadisələr yaşayırıq.Və daim bir səbəb axtarırıq. Əslində çox baş yoruruq.Bəlkə də, tək səbəb o idi ki, həyat bizdən ancaq böyüməyimizi və olğunlaşmağımızı tələb edir.Bəlkə də, həyat bizdən sadəcə dəyişməyimizi istəyirdi. Biz onsuz da onun tələblərini yerinə yetirirdik.Bəzən daha da güclənərək,bəzən də özümüzə qapanaraq.Bəlkə də, həyat bizlə sadəcə bir oyun oynayırdı,lakin biz onu anlamsızca ciddiyə almışdıq.
Qəribədir,elə deyil mi? Ətrafında onlarla insan var,amma özünü tənha hiss edirsən.Sıxıldığın bir çox şeylər var,amma kimsəyə deyə bilmirsən. Tək qalmaq istəyirsən,amma darıxırsan və kimdən ötrü olduğunu da artıq anlamırsan.Sanki bir çox şeylər olmuşdu,amma heç nə baş verməmişdi.
Qəhvəyi gözlərin də yaşı duzlu olur.
Rasim qaraca
Onların sənə necə davranmasının heç bir fərqi yoxdur, yetər ki, sən özünə hər zaman ən qiymətli kimi davran.
Mən karam, sən kor,
Mən qaranlıqda axan
çayın gümüşü rəngini görürəm,
sən onun səsini eşidirsən.
Allah bilir,
Hansımız udmuşuq
Hansımız uduzmuşuq..
Vaqif Səmədoğlu
Qəlbin nə qədər həssasdırsa,yaşamaq da bir o qədər çətindir.