Yazmaq üçün
gəzdim, gördüm, döndüm, dolaşdım yenə bura qayıtdım. yazıb içini boşaltmağa yer axtarır insan.

Kiana Khansmith
I'd rather be in outer space 🛸
YOU ARE THE REASON
Misplaced Lens Cap

izzy's playlists!
NASA

No title available
untitled

@theartofmadeline
Fai_Ryy

Origami Around
trying on a metaphor

if i look back, i am lost
Sweet Seals For You, Always
official daine visual archive
h

No title available
Monterey Bay Aquarium
almost home
Aqua Utopia|海の底で記憶を紡ぐ
seen from United States

seen from India
seen from United States
seen from Germany

seen from Hungary

seen from United States

seen from Russia
seen from Australia

seen from United States

seen from Türkiye
seen from Türkiye
seen from Germany
seen from Netherlands
seen from United Kingdom

seen from Türkiye

seen from Spain
seen from United States

seen from United States
seen from Malaysia
seen from Indonesia
@nu-ante
Yazmaq üçün
gəzdim, gördüm, döndüm, dolaşdım yenə bura qayıtdım. yazıb içini boşaltmağa yer axtarır insan.
niyə getdikdən sonra dəyərli olmağa başlayır ki, insan?
bir şeyi istəyirsinizsə mübarizə aparın. sonunda üzüləcəyinizi, onu yenə itirəcəyinizi bilsəniz belə. çünki, məğlubiyyət mübarizə aparmadan yaşananda peşmançılıq gətirir.
"eskidendi, çok eskiden."
insan insanın nəfəs darlığıdır.
saat 22:34 islaq saçlarla balkonda səni düşünmək. (karantin günləri)
hamı gedər fərq etməz, sən gedərsən ay tutular.
o qadına; "niyə yanına getmirsən? səni sevir" deməyi çox istəyərdim və sonda əlavə də edərdim ki, "məni sevsəydi uçardım."
"gel gel sarışınım gel"
o biri qız əsmər idi ya sarışın bilmirəm. amma mən sarışın idim.
özünü sevməyən insandan sizi sevməsini gözləmək axmaqlıqdır.
birini həyatınızdan çıxarmaq üçün gecikməyin. sevmək hər şeyi qəbullanmaq demək deyildir.
xanımlar və cənablar, ara verilmiş bir münasibət yenidən eyni ehtirasla qaldığı yerdən davam edərmi?
bu mahnının adı saat 3'dü. mən bu mahnını ilk dəfə gecə saat 3'də eşitmişdim, çox üzüldüyüm bir günün gecəsində. xoş dinləmələr :)
gec də olsa insanları yaxına buraxmamaq gərəkdiyini, onlara bilməli olduqları qədər sirr verilməli olduğunu, dəyərin, ancaq dəyər gördüyün zaman verilməli bir mənəvi hiss olduğunu anladım. insan yeni rastlaşdığı duyğularla böyüyürmüş. yaşdan asılı olmayaraq hər gün bir az daha böyüməyin və yeni duyğularla rastlaşmağın altında əzilirəm. ailə, dost, sevgili, qohum, tanış hamısının yad olacağı günlərdə yanınızda düzgün insanları saxlamağa cəhd göstərin. yoxsa yaşamaq yaş almaqdan başqa məna kəsb etməyəcək.
-axı biz filmdə deyilik, bir musiqi çalınarkən durub səni qucaqlaya bilmərəm.
xanımlar və bəylər, "insanlar dəyişməz, sadəcə daha yaxşı yalan danışmağa başlayarlar"
"neçə il keçərsə keçsin,
hansı vəziyyətdə oluramsa olum,
saat neçə olursa olsun,
"məni burdan apar"
dediyin an,
gəlib səni ordan aparacam."