will byers stan first human second
KIROKAZE
Claire Keane

#extradirty
Peter Solarz
No title available
cherry valley forever

No title available
tumblr dot com
dirt enthusiast

@theartofmadeline
sheepfilms

祝日 / Permanent Vacation
he wasn't even looking at me and he found me
almost home
Cosimo Galluzzi
styofa doing anything
art blog(derogatory)
ojovivo
h

seen from United States

seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States

seen from United States

seen from United States
seen from Singapore
seen from United States
seen from United States

seen from Brazil

seen from Singapore

seen from Germany
seen from Czechia
seen from Brazil

seen from Malaysia

seen from Malaysia

seen from United States

seen from United States
@radiantrebellion
Söz verirəm, mən belə olmayacam.
Bir gün bir ailəm, bir yuvam olsa o ev heç kimin nəfəsinin daraldığı, divarlarının insanın üstünə gəldiyi bir yer olmayacaq. İnsan öz evinə qayıtmaq istəməlidir, evindən qaçmaq yox. Uzun bir müddət ana olmaq xəyalı qurmamışdım. Çox qorxurdum, sənə bənzəməkdən, sənin etdiklərini təkrarlamaqdan qorxurdum. Amma yox, mən sənin kimi olmayacam. Əgər bir gün ana olsam, övladım məndən qorxmayacaq. Səhv edəndə, yıxılanda sevgimi itirəcəyindən, gözdən düşəcəyindən vahimələnməyəcək. Biləcək ki, bu dünyada onu hər halı ilə, sadəcə var olduğu üçün sevən biri var. Mənim evimdə qorxu yox, güvən olacaq.
Özümə də qəddar olmayacam. Hər dəfə nəsə alınmayanda, hər büdrəyəndə özümü əzməyəcəm. Başqalarının mənə rəva gördüyü o ağır, yaralayıcı sözlərlə özümü cəzalandırmayacam. Mən özüm-özümə yük, özüm-özümə düşmən olmaq istəmirəm.
Ən kiçik bir uğursuzluğun, bir pis hadisənin bütün günümü, bütün gələcəyimi zəhərləməsinə icazə verməyəcəm. Hər şeyin keçəcəyinə, hər qaranlıq gecənin mütləq bir səhəri olduğuna inanacam. İndiyə qədər məni bəzi uçurumlardan çıxaran saxlayan bəzən sadəcə kiçik bir ümid olub.
Xəyallarımdan da əl çəkməyəcəm. Başqalarının qorxuları, peşmanlıqları, yarımçıq qalmış həyatları mənim gələcəyimin xəritəsi olmayacaq. Heç kimin yolumu kəsməyinə də icazə verməyəcəm, bu şəxs ən yaxınım belə olsa.
Keçmişi geriyə qaytarmaq, olanları dəyişmək mümkün deyil. Amma gələcəyi o keçmişin qaranlıq surətinə çevirməmək mümkündür. Mənim bütün mübarizəm bunun üçündür. Bir gün geriyə baxanda bu çətin, bu ağır günlər mütləq yadıma düşəcək. Mənə haradan başladığımı və nələri dəyişməyi bacardığımı xatırladacaq.
Xoşbəxt olacam. Hər şeyi bu qaranlıqda qoyub çox xoşbəxt olacam.
Sən mənim bu həyatda ən böyük yaramsan, ana.
Söz verirəm, sənin kimi olmayacam.
Bir gün səni tərk edib bir də qayıtmayacam, Bakı. Yeni bir şəhərdə yeni bir həyata başlayacam. Heç bir küçəsində mənfi xatirəm olmayan, daima nifrət qusmadığım bir şəhərdə. Səhərlər oyananda qurtulmaq arzusu ilə yox, günə başlamaq həvəsi ilə gözümü açacam. İnsanlar dəyişəcək, küçələr dəyişəcək, hava belə başqa qoxacaq.
O gün gələndə arxama baxacağımı da düşünmürəm. Çünki bəzi yerlərdə qalmaq ayrılmaqdan daha çətindir.
Belə yerlərə hər gələndə özümü tamamilə yad hiss edirəm. İnsanlar, etdikləri, inandıqları... Hamısı mənə qəribə gəlir. Ətraf məni boğur. Sadəcə qaçmaq istəyirəm.
Bəzən sadəcə çox yoruluram. Qarşıda hələ nə qədər yol olduğunu, nə qədər şeyə dözməli olduğumu düşünəndə nəfəsim kəsilir. Bu qədər yükü daşımaq məcburiyyəti içimi sıxır, hər şeyi buraxıb sadəcə yox olmaq istəyirəm. Heç nə istəmirəm, sadəcə bu bitməyən marafon dayansın və mən bir az nəfəs alım.
Nə qədər vecsiz olsam da əzizlərimin bircə tərs kəlməsindən incimək xüsusiyyətimi dəyişdirə bilmirəm.
Ətrafındakı hər kəsin əlində hazır bir xəritə varmış kimi rəvan, tələsik və böyük bir əminliklə irəlilədiyini görürsən. Kimisi çoxdan növbəti dayanacağa çatıb, kimisi rəngli vitrinlərin önündə öz uğurunun şəklini çəkdirir. Bəs mən? Gecikmişəmmi? Hər kəs harasa yetişdi, bəs mənim cığırım hanı?
Çünki baxıram, hər kəsin vaxtı düzgün işləyir, hamı tam olmalı olduğu yerdədir. Kimi universitetini bitirir, kimi işini qurur, kimi fərqli ölkələrin havasını udur. Elə bil mən bir pəncərənin arxasında dayanmışam, çöldə isə böyük bir axın var və mən o axına qoşula bilmirəm. Nə tamamilə geridə qalıb dayana bilirəm, nə də irəli qaçmağa gücüm çatır. Tam olaraq ortada asılı qalmışam.
Səs-küy çəkiləndə bir az dərindən nəfəs alıb sakitcə düşünməyə çalışıram. Axı biz eyni tərəziyə qoyulacaq həyatlar yaşamırıq. Kiməsə elə lap başdan düz, maneəsiz, hamar bir yol nəsib olub, heç yorulmadan addımlayır. Kimisi isə öz cığırını qeyri-müəyyənliyin içində təkbaşına, dırnaqları ilə qazımalı olur. Bu, nə kiminsə günahıdır, nə də kiminsə mütləq üstünlüyü. Sadəcə olaraq, yollarımız fərqlidir.
Mənim yolum bəlkə də çox yorur məni, bəlkə də elə bu qeyri-müəyyənliyə görə hər addımımda özümü sorğu-sual edirəm. Amma daxilimi didib parçalayan qorxunu bir kənara qoyub baxanda görürəm ki, mən də yerimdə saymıram. Yavaş da olsa, dumanın içində yolumu azsam da, nəsə yoxlayıram. Öz ayaqlarım üstə durmaq üçün, öz hekayəmi tamamilə mənə aid olan təməllər üzərində qurmaq üçün çabalayıram. Bəzən daxilim sıxılır, ürəyim partlayacaqmış kimi olur, amma bilirəm ki, indi mənə lazım olan tək şey öz cığırımla sakitcə addımlamağa davam etməkdir.
Baxışlarım əlimdəki parıltıya zillənir. Üzüyümü çıxarıb ovuclarımda oynadıram, barmaqlarımın ucunda fırlatdıqca içimi bir sevinc dalğası bürüyür. Yenidən barmağıma taxıram, əlimi yuxarı qaldırıb işığın altında necə parıldadığına baxıram və yenə gülümsəyirəm.
Təsəvvür edin, illərdir bir yolu piyada getmisiniz, ayaqlarınız yorulub, toz-torpaq içindəsiniz və birdən uzaqda ağacların arasında həmişə xəyalını qurduğunuz, pəncərəsindən işıq süzülən ev görünür. Amma ayaqlarınız irəli getmək əvəzinə yerə yapışır. İçinizdən bir səs ora çata bilməyəcəyinizi, yeni bir maneə ilə qarşılaşacağınızı deyir. Bu hiss, əslində, ruhun bir növ xoşbəxtlik şoku yaşamasıdır. İnsan bəzən o qədər mübarizəyə, o qədər qaç-qova alışır ki, həyatın sakit limana yaxınlaşdığını görəndə dəniz tutmasına bənzər bir baş fırlanması keçirir.
Psixologiyada buna "Upper Limit Problem" deyilir. Hər kəsin daxilində bir xoşbəxtlik termostatı var. Həyatımız o temperaturun üstünə çıxanda, yəni hər şey həddindən artıq yaxşı gedəndə, beynimiz dərhal siqnal verir, bu zaman dərhal ən pis ssenariləri qurmağa başlayırıq: "Görəsən, mənə nəsə olacaq?", "Görəsən, bu xəyal yarımçıq qalacaq?" və s.
Əslində, bu qorxu həmin xoşbəxtliyi özümüzə layiq görməmək deyil. Bu, sadəcə insanın o ana qədər öyrəşdiyi müdafiə mexanizmidir. Biz həmişə bir problem həll etməyə proqramlanmışıq. Problem bitəndə və qarşıda sabit, dinc bir həyat görəndə beynimiz boşluğa düşür və özünə süni bir problem yaradır: Ölüm və ya itirmə qorxusu.
Elmi tərəfdən baxsaq, beynimizin amigdala hissəsi həmişə ayıqdır. O, mənfi xəbərləri müsbətlərdən daha tez qəbul edir. Buna görə də, çox xoşbəxt bir ssenari quranda amigdala mənfi düşüncələr yaradır. Bu, sadəcə bioloji bir yanılsamadır.
Tarixin tozlu səhifələrinə nəzər salsaq, böyük mütəfəkkirlərin də bu başgicəllənməsi ilə mübarizə apardığını görərik. Məsələn, Fridrix Nitsşenin məşhur bir fikri var:
"The higher we soar, the smaller we appear to those who cannot fly." (Biz nə qədər yüksəyə uçsaq, uça bilməyənlərin gözündə bir o qədər kiçik görünürük.)
Buradakı "uça bilməyənlər" bəzən elə bizim öz köhnə mənliyimiz, çətinliklərə öyrəşmiş keçmişimizdir. Ruhun yüksəldiyi o anlarda keçmişin ağırlığı bizi aşağı çəkməyə çalışır. Jan-Pol Sartr isə bu vəziyyəti "azadlığın gətirdiyi vertigo" kimi təsvir edir. Gələcəyin bu qədər aydın və sabit görünməsi insanda qəribə bir məsuliyyət qorxusu yaradır. Çünki artıq bəhanə edəcəyimiz bir çətinlik qalmayanda, sadəcə xoşbəxt olmaq məcburiyyətində qalırıq. Və bu, bəzən ən ağır imtahandan da çətin görünür.
Lakin unutmamaq lazımdır ki, gələcəyin yuxu kimi gəlməsi onun qeyri-mümkün olmasından deyil, bizim hələ o mənzərəyə öyrəşməməyimizdən qaynaqlanır. İnsan beyni hər şeyin bir bədəli olduğuna inanmağa meyllidir. Sanki həyat bizə bu qədər gözəlliyi bəxş edirsə, mütləq qarşılığında nəsə pis bir şey baş verməlidir. Amma kainatın tərəzisi həmişə bizim qorxularımızla işləmir. Həmin o yoldakı ölüm, qarşıya çıxacaq maneə və ya yarımçıq qalacaq xəyal düşüncələri sadəcə xəyalımızın bizə qurduğu tələlərdir. Reallıqda isə o pəncərəsindən işıq süzülən ev bizi gözləyir.
İçimdə bir neçə il sonrasının qəribə, izah olunmayan həsrəti var. Gələcəkdəki otağımın pəncərəsindən baxdığım şəhəri, bəlkə də başqa bir ölkədə açılan səhərlərimi, hər gün xoşbəxt oyandığım o güclü halımı düşünürəm. Düşündüyüm, xəyalını qurub həsrətini çəkdiyim şeylərin heç biri hələ baş verməyib, amma sanki xatirəsi var içimdə.
Qəribə bir rahatlıq da var eyni zamanda. O günlərin gələcəyinə o qədər qəlbdən inanıram ki, aradakı tək maneənin zaman olduğu hissinə qapılıram.
Bəzən isə çox qorxuram… Bəs bütün bunlar sadəcə xəyal olaraq qalsa? Amma həmin o rahatlıq məni yenə sakitləşdirir.
Və mən də inanmaq istəyirəm.
İnanmaq istəyirəm ki, bir gün o səhərlər həqiqətən mənim olacaq.