Sarılacağımız insan olsa əslində qış soyuq deyil.

Andulka
art blog(derogatory)
styofa doing anything

JBB: An Artblog!
TVSTRANGERTHINGS
$LAYYYTER
Xuebing Du

shark vs the universe
"I'm Dorothy Gale from Kansas"
d e v o n

⁂

pixel skylines

Product Placement

Kiana Khansmith
trying on a metaphor
DEAR READER
🪼

blake kathryn

oozey mess
NASA
seen from Spain
seen from Singapore

seen from United States
seen from United States

seen from India
seen from United States

seen from Brazil

seen from Türkiye
seen from United States
seen from T1

seen from China
seen from United States

seen from Japan
seen from United States

seen from Malaysia
seen from United States
seen from United States
seen from United States
seen from Germany
seen from Estonia
@samirahmadli
Sarılacağımız insan olsa əslində qış soyuq deyil.
Çox şükür bu gecə də qəlbimiz qırıldı.
Heç bir insan görünüşünün sizdə yaratdığı təəssüratdan ibarət deyil. Unudun yalan təlqinləri. Mədəni insan səliqəli geyinər, ağıllı insan yaxşı qazanclı olar, tərbiyəli insan cəmiyyətdə özünü hamıya sevdirəcək şəkildə aparar, falan, filan. Heç biri sənin fikrin deyil, fərqindəsənmi? Hamısı sənə öyrədilən fikirlərdir. Necə geyindiyin, necə göründüyün, nə ilə məşğul olduğun təkcə sənin qərarındır. Özün ol və insanları da özləri olduğu üçün sev. Proqlamlanmış insanlarsa obrazlarını canlandırmağa davam etsinlər qoy. Hərdən baxıb gülmək üçün birilərinin olması da lazımdır.
Sən mənim Ayımsan səma üzündə,
Ya da bütün səma sənin üzündə toplaşır rəngarəng ahəng yaranır.
İçimdə qəribə bir cəng yaranır.
Baxdıqca gözünə dalaşır hislər.
Ad qoya bilmirəm dolaşır hislər.
Qəlbimin hər zülmət bucaqlarını
Gülüşün qərq edir bəyaz nurlara.
Düşəndə bir şüan göz bəbəyimə,
işıq sürətilə düz ürəyimə.
Gətirir qoxunu həsrətin ilə.
Tək arzum qovuşmaq cənnətin ilə.
Hər gün kəşf edirəm yeni bir səni.
Sevib təsvir edir bu şair səni.
Şıltaqlıq, çılğınlıq, dəcəlliyin var.
Ruhumu oyadan gözəlliyin var.
Ah bu gülmələrin, çəkinmələrin.
Ne xoşdur qabarma - çəkilmələrin.
https://m.youtube.com/watch?v=IsPPWWlV-T8
Eyni iliniz mübarək. Bəli eyni iliniz.
Unudun yalan təlqinləri. Mədəni insan səliqəli geyinər, ağıllı insan yaxşı qazanclı olar, tərbiyəli insan cəmiyyətdə özünü hamıya sevdirəcək şəkildə aparar, falan, filan. Heç biri sənin fikrin deyil, fərqindəsənmi? Hamısı sənə öyrədilən fikirlərdir. Necə geyindiyin, necə göründüyün, nə ilə məşğul olduğun təkcə sənin qərarındır. Özün ol və insanları da özləri olduğu üçün sev. Proqlamlanmış insanlarsa obrazlarını canlandırmağa davam etsinlər qoy. Hərdən baxıb gülmək üçün birilərinin olması da lazımdır. by Sam Ahmadli
Bir insanı dürüst saymağınız bəlkə də dediyi yalanlara sizi inandıra bildiyi üçündür. Bir insanı ehtiraslı saymağınız onun bədən quruluşundan təhrik olduğunuz üçündür bəlkə. Bir insanı ağıllı saymağınız nitqinin gözəl olmasındadır ola bilər. Söylədikləri doğru olan insanların etdikləri yanlışdırsa ona dürüst demək sizin axmaqlığınız, fiziki görünüşü seksi deyil deyə birini ehtirassız saymaq sizin təcrübəsizliyiniz, iki eşşəyin arpasını bölə bilməyib söhbətlərində bol kəlamlar və atalar sözləri işlətdiyi üçün birinin savadını özünüzdən artıq görmək sizin zəifliyinizdən başqa bir şey deyil. Heç bir insan görünüşünün sizdə yaratdığı təəssüratdan ibarət deyil.
Gözəl idimi gülüşü, deyildimi fərq etmir. İnsan darıxır o gülüş üçün.
Bir dilek tut ve reblogla :)
Ilk dəfə rebloglayanda diləyim gerçəkləşmişdi. ))
Diləyim gərçekləşdi …
Bir dəfə gerçəkləşmişdi,yenə sınayaq şansımızı)
tutdum dilək☄
oldu :)
İnşAllah olar😇
🌺🌈
AMİN İNŞƏALLAH💙
Olsun✨✨✨
Olsun💛
Məncə heç bir səbəb "səni bir ömür sevəcəyəm" deyib sonra çəkib gedən insanların şərəfsizliyini açıqlaya bilməz.
Oxşamadın Monroya
İldırım düşdüyü yerə bir də düşmür deyirlər, mənsə doğulduğum gündən yaşamağa çalışıram ildırımlar,şimşəklər və atəşlər içində. Bu da az kimi hələ sən də gəlirsən,heç özün də bilmirsən sevirsən ya neynirsən? Ağlayanda tək qoyub,güləndə yanımdasan. Güləndə ağladırsan,ağlayanda ikiqat ağrı verib rədd olursan hansısa cəhənnəmə.Və mən aciz, çarəsiz, hər şeydən bixəbər yaşamaq savaşında keşməkeşlər içində. Ya mən körpələşmişəm, ya sən yekə kimisən. Ya mən koram, ya da sən görmürsən burnunun ucundan başqa bir yeri və yoxdurmu gedəcək başqa bir yerin? Gəlmə yuxularıma, gəlmə xəyallarıma. Təmizləmək istədiyim bir ləkə kimisən. Xoşbəxt olmaq üçün hər şeyə sahibəm bircə səndən başqa, sənsə hər şeyə meyilli bircə məndən başqa. Mən bacarmıram sevməyi, üzürəm, anlaşılmaz oluram, ən xırda bir mübahisədə ən asana qaçıram - tək qalmağı seçirəm, amma bircə an belə qırmamışam bir qəlbi. Fəqət sənin üçün sən olmaq, tək qalmaqdan yaxşıdır. Lakin məndən, bu uğursuz gəncliyin memarından soruşsan qəlbinin qırıq olması qəlbsiz olmaqdan yaxşıdır. Bəlkə sevəndə unuduruq yalnızlıq daha dadlıdır. Nə görmüşük bilə-bilə odda yanmaqda anlamıram. Axı deyil heç nə, əbədi, deyil heç bir hiss ömürlük. Və sən oralarda bir yerdə eşidirsənsə məni, ən düzgün qərarındı ki, hər şey ölümlü olsun. Və sən, qadın, gözəllikdə fərqlənsən də Monrodan, dediyinə əməl et: əgər iki üzün olacaqsa, biri sevimli olsun.
Yenə ağlımda sən
Hər gün qaranlıq düşəndə səninlə olmaq istəyim Heç olmasa son nəfəsdə biləydim necədir dadın. Sən məni görmək istəmə, mən sənçün ölmək istəyim Səndən nifrət etdiyimdə belə sevdim səni,qadın. Tək başıma babat idim və sonra birdən sən gəldin Sanki dedi, bundan sonra işıqlı gün sənə yoxdur. Elə bir çıxmazdayam ki, sən olsan bəs nə edərdin? Darıxdığım biri var, amma edə biləcəyim heç nə yoxdur Sevgi boş şeysə belə yenə səni sevmək istərəm Tanrı belə qısqanır sənə olan sevgimi. Madam sevmiyəcəksən düşmə yadıma hər an, hər dəm Ağlımdan başqa gedəcək ayrı yerin yoxmuş kimi. (©) SamMirzə
3 kupletə sığacaq bilmədiklərin
Qoxlamamaq tellərindən Yaşlanmamaq illərindən Öləmməmək əllərindən Nədir sən hardan biləsən?
Kənar qalmaq marağından Sıxammamaq yanağından Dişləməmək dodağından Nədir sən hardan biləsən?
Öz ruhunu sənə satmaq Boğazadək sənə batmaq Sənə sarılmadan yatmaq Nədir sən hardan biləsən?
(©) SamMirzə
Zülmətdə nur
Gecə saat 4ün yarısı, yenə oyağam çarpayımda. Zülmət qaranlıq var bayırda, elə qaranlıqdıq otağım da. Amma sanki tək deyiləm yenə, əvvəl bir mən olardım bu arktik iqlimli çarpayıda, bir də optimist mən olardı. Səhərə ümidlə bağlanan, yuxuya xəyallarla dalan. Bəs nə oldu illər ötdükcə, indi nədir mənə qalan?! O qədər dedilər ki, inan, o qədər eşitdim ki, yalan… Məhv oldu getdi optimist mən, qalmışıq indi başbaşa bədbinlikdə tanrılaşma səviyyəsində olan mənlə, bir az qəmlə, bir az da dəm-dəm. Bayır zülmət, otaq zülmət amma bunlar deyil mane, ən əsası gündüz belə zülmətdə olan ürəyimdi. Bir vaxt günəş kimi parlaq, indisə sanki palçıq vulkanında udulub, unudulub. Onu ordan çıxarmağa mənim gücüm çatmaz ki,heç. Nə müdrik bir əl lazımdı, nə də güclü bir əllər buna. Nə ağılla çıxmarmaq mümkün, nə inadla, nə təcrübəylə. Bu palçıqlar günü gündən hopur daha da dərinə. Bir gün yazmağı da buraxsa bu şair, kimisə tapın onun yerinə. Hərdən düşünür ki, insan doğurdanmı yoxdu çarə? Bu qaranlığı yara biləcək bircə şey var, o da sənsən qız. O palçıqları qurudub şirin heykəllər düzəldə biləcək, bu zülməti aydınladacaq, yarasaları qovub içimdən kəpənəklər dolduracaq. Heç tanımıram səni kimsən, heç baxmamışam gözlərinə doyunca, boğulmamışam baxışlarında. Sıxmamışam səni özümə, çəkməmişəm qoxunu içimə. Əllərim gəzməyib saçlarında, dodağım gəzməyib dodaqlarında. Amma əgər varsansa, bir yerlərdə görsən bu şeiri, ağrımayan başına bəlalar almaq istəsən işığım ol çıx qarşıma, aydınlansın gecələrim, dəyişdir iqlimlərimi, işə sal tilsimlərini, buraxma umidsiz məni, gəzdir saqqalımda o kövrək, incə əllərini , gülsün gözün gülər gözüm, qaytar optimist məni. Və oynanda zülmət içində hər gecə 4ün yarısı səni görüb yataqda, mışıl-mışıl yatdığını içim nura qərq olsun, səni izləyim, səni qoxulayım, hər saniyə daha da sevim, zaman da dursun əbədi sən də dur. Bütün şəhər yatarkən bu qaranlıqda səssiz-səssiz sən ol mənim üçün zülmətdə nur.
Mən Sevirəm Qaranlığı
Mən sevirəm qaranlığı. Qaranlıqda tək qalmağı. Düşünməyi, düşünməyə çalışmağı, səndən başqa heç nə düşünə bilməməyi. Çay düşər könlümə dəmləyə həvəsim olmaz. Ac olaram yeməyə sulu yemək tapılmaz. Yandıraram bir siqarət, tüstüsüylə yenə ağlım uçar gedər yanına sənin. Bilirəm, deyirdin ki, az çək. Amma sənsiz nəfəs alan ciyərim qurbandı canına sənin.
Əlim boşluqlara toxunar ancaq. Bir vaxt saçını oxşayardı, indi divanın üzlüyünün saçaqlarını. Bir vaxt qulağından öpüb boğazını qoxulayardım indi otağın küncündə yerdən qoyulmuş uzun bir güldanın içindəki plastmas gülləri. Bəli bir az gülməli. Açıram sevdiyimiz mahnıları, dinləyirəm, xəyalımda tərk edirəm səni özüm. Sonra düşünür anlamıram bu elə bir qərardır ki, parçalanır adamın içi, çilik-çilik olur qəlbi, ən əsas da “heç nədən asılı olmadan səni sevirəm” deyəndən sonra tərk etməyə sevdiyini necə gəlir üzün?!
Filmlərə baxıram ikimizin sevdiyi. Sevdiyin kişi aktyorlardan belə qısqanardım mən səni. Bilmirəm baxmısan ya yox, sən mənim üçün ‘Angel A’. Sən mənim 'Vanilli Səmam’. Yazdığın hər mesajın 'Juliettadan Məktublar’ mənə. Sənin qucağın 'Mələklər Şəhəri’m mənim. Sənlə olmaq 'Divara Qarşı’ irəliləmək. Gözlərin 'Mənzərəli bir Otaq’ ki, baxıb-baxıb doymadığım. Səni sevmək 'Cənnət kimi'dir səlisəlik belə üzülməyinə qıymadığım.
Lakin qaranlığı bütün bunlara görə sevmirəm. Mən sevirəm qaranlığı ona görə ki, saçların zil qaraydı sifətimdə dalğalanan, gözlərin qapqaraydı ürəyimi dəlib keçən, bədənin qaraydı ki, dodağım hər toxunanda sanki Çarlinin Şokolad Fabriki filmindəki kimi xalis şokolad şəlaləsini yalayan uşağın zövqün alırdım. Niyyətimiz qapqaraydı əsas da ikimiz başbaşa qaldığımızda. Mən sevirəm qaranlığı - qaranlıqsa sevmir məni.
Vücuduna bir bax güvənsizlikdən və sevgisizlikdən hər yerin yara içindədir