✉️ "Hörmətli müştəri,1 ay pulsuz istifadə müddəti bitmişdir və bundan sonra tarifiniz adi qaydada hesablanacaqdır"
Təsəvvür edin ki, bütün danışıqlar, internet və s. 1 aylıq pulsuz idi və indi sona çatır, nə hisslər keçirərdiniz? Sizə daha önəmli bir xəbər deyim: Allahın bizim üçün verdiyi ziyafət- Ramazan ayı sona çatmaqdadır. Daha nəfəsləriniz zikr, yuxunuz ibadət sayılmayacaq. Cəhənnəmin qapıları açılacaq. Daha şeytanlar zəncirdə olmayacaq. Daha oxuduğunuz 1 ayə bütöv Quranı başdan-ayağa oxumağın savabına bərabər olmayacaq. Və ən əsası, bəlkə də bu hansımız üçünsə sonuncu Ramazan ayıdır. Elə isə bu ayın son günlərindən maksimum faydalanaq və vaxtımızı dəyərləndirək...












