Biz insanoğluyuq / Atalay Demirci
Nə istədiyimizi bilmirik çox vaxt
Atanın tabutunu daşıyarkən anlarıq qiymətin
Sevgili əldən gedənə qədər sevmərik
Xoşbəxtlik dibimizdədir, kor olar görmərik.
Biz insanoğluyuq!
Röyaya dostdan daha çox inanarıq.
Şüşə qırar kimi qəlb qırarıq.
Həqiqət gün kimi ortadaykən,
Yalanı tapmaq üçün qıvranarıq.
Biz insanoğluyuq!
Həqiqi sevəni döyərik,
Nifrət edən qaçarsa, mütləq yetişərik,
Birinin dərdi varsa uzağından keçər,
Xoş günündə ondan daha çox gülərik.
Biz insanoğluyuq!
Anayı ölümə yaxın xatırlarıq.
Pula hər şeydən daha aşiqik.
Ümidlərimiz heç yaşıllaşmadan qoparar,
Sevgimizi göstərə bilməz, hər kəsdən gizlədərik.
Biz insanoğluyuq!
Pisin niyyətini, yaxşının şəvqətini,
Əcəl qapıya dayanana qədər anlamarıq,
Yardımı hər şeydən çox gözləyər,
Küfürü ağızdan atmarıq.
Biz insanoğluyuq!
Rahatlığın ən ucası xəyalımız,
İnciməkdən dərs almaq çətin işdir,
Burnumuz qanasa üsyan edər,
Quru çörəyə, zeytuna şükür etmərik,
ÇÜNKİ BİZ İNSANOĞLUYUQ...!
















