“Qafqaz” caz triosu
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib bir müddət sonra Tbilisiyə yola düşən Vaqif Mustafazadə burada SSRİ-nin ilk vokal instrumental ansamblı olan “Orera” (rəsmi yaranma tarixi: 1961-ci il) ansamblında musiqi fəaliyyətinə başlayır.
1965-ci ildə elə “Orera”dan tanıdığı Geno Nadiraşvili (kontrabass) və Feliks Şabsis (zərb alətləri) ilə “Qafqaz” caz üçlüyünü (rus. Джаз-Трио "Кавказ") yaradır. Trionun 1966-cı ildə buraxılan “Melodiya” firması istehsalı vinil albomunda aşağıdakı parçaları yer alır:
Səhər / The Morning / Утро / დილით (musiqisi: Vaqif Mustafazadə)
Oily Rocks / Neft Daşları / Нефтяные Камни / ნავთობის ქვები (musiqisi: Vaqif Mustafazadə)
Tbilisidə görüş / Meeting In Tbilisi / Встреча В Тбилиси / შეხვედრა თბილისში (musiqisi: Vaqif Mustafazadə)
Tökülmüş Yarpaqlar (və yaxud Payız Yarpaqları)/ Fallen Leaves (or Autumn Leaves) / Опавшие Листья / დაცვენილი ფოთლები (musiqisi: Yozef Kosma)
Gecəyarısında / In The Midnight Hour / В Полночь / შუაღამისას (musiqisi: Vaqif Mustafazadə)
Borjomi Park / Borjomi Parkı / Боржомский Парк / ბორჯომის პარკი (musiqisi: Geno Nadiraşvili)











