Əslində sağ əlin verdiyini sol əlin bilməməsinə inananlardanam. Ancaq daha ədalətli və daha çox ehtiyacı olan insanlara kömək etmək üçün burada paylaşmaq qərarına gəldim. Həmçinin pislik kimi yaxşılıq da yoluxucudur. Cəmiyyətdə nə qədər humanist dəyərləri təbliğ etsəniz, onun davamçıları daha çox olacaq. Beləliliklə, Tanıdığınız, imkansız ailə, tələbə varsa bu statusun altında qeyd edin yaxud mesajla mənə yazın. Hər birinə 50 manat pul yaxud bu məbləğdə ərzaq şəklində 20 ailəyə yardım etmək istəyirik. Məbləğ ola bilsin imkansız ailələr üçün çox deyil, lakin kiçik də olsa bir köməyimiz dəyər. Yaxınlığınızda, qonşuluğunuzda sözün həqiqi mənasında ehtiyac sahibi olanlar varsa, bizə yönləndirə bilərsiniz. Əvvəlcədən təşəkkür edirəm. #aztagram #aztagramm #aztagrambaki #az #azerbaijan #azerbaycan #azer #azeri #azərbaycan #yardım #kömək #aztagrambaku #азербаиджан https://www.instagram.com/p/ByrdkpUCafW/?igshid=14t69ip2soh9g









