Azərbaycan bamiyəsi. Bu bizim qədim şirniyyatlarımızdandır. Amma indi bunu da tərkibini dəyişdirməklə müasirləşdiriblər. Bir çox səhifələrdə görürəm tərkibinə mannı və nişasta da qatııb bamiyə deyirlər yox əzizlərim siz deyən türk mətbəxinə aid Tulumba tatlısıdır. Əməyinizə dəyər verirəm əlinizə saglıq o da dadlı olur şirəyə batırılıb çıxarılır həm də. Amma bizim bamiyənin şərbəti qatı olur və üzərinə gəzdirilir.çox asandır sadəcə xüsusi aparatı olur bunun. Amma evdə ət maşınına taxılan xüsusi kəsilmiş formayla kəsilir və ya krem torbasıyla sıxılır. Mətbəx qayçısıyla kəsilib süfrəyə düzülür. Qızgın bitki yagına tökülüb qızardılır. Və üzərinə soyuq şərbət gəzdirilir. 3st. un yarı ç.q.duz Çay. q.ucunda çay sodası qaynar su 1iri və ya 2 kiçik yumurta













