28 oktyabr - bu gün Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi cinayətindən, terrordan 1 il ötür. Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər şəhid olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Terror qurbanlarını dərin hüzn və ehtiramla anırıq! #Azerbaijan #Bardacity #Azerbaycan #StopArmenianAggression #Terror #BardaTerror #StopArmenianWarCrime #StopArmenianTerror https://www.instagram.com/p/CVj82EKj20_/?utm_medium=tumblr













