Xəyalın yanımda sən uzaqdasan, Hicranın yolları ömür qədərdir. Bu yalqız axşam da yuvama baxsan, Mənəm, xəyalındır, bir də kədərdir..
Gəl ört pəncərəni qalaq üz-üzə, Bir sən ol, bir də mən, bir də gözlərin. Vüsal qərq olurkən hicran dənizə, Ağ bir yelkən olsun o son sözlərin..
Bir sən ol, bir də mən, bir də dərdimiz Ağlayaq doyunca gülək doyunca. Baş-başa qaldıqca bu möhnətdə biz, Döysün qapıları külək doyunca..
Döysün, qoy açmayaq yorulsun külək, Qəmli hicran qalsın qapıda dustaq. Bir az vüsalınla çırpınsın ürək, Sonra..Sonra yenə biz ayrılmayaq..
Rəsul Rza ❤🩹














