I İnsanlar imanın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Bəziləri Allaha heç iman gətirmir. Bəziləri isə güclü Allah qorxusuna görə daima xeyirli işlər görməyə və dinə xidmət etməyə çalışır. Bu işdə sanki yarışırlar. Ancaq Allahın Quranda “...Yaxşı işlər görməkdə bir-birinizlə yarışın...” (Maidə surəsi, 48) əmri ilə bildirdiyi bu yarış Quran əxlaqından uzaq olan insanların bir-birini əzməsi şəklində rəqabət deyil, əksinə, xeyirli işləri, gözəllikləri artırmaq yarışıdır. Çünki möminlərin yarışmaqda məqsədləri dünyəvi mənfəət əldə etmək və ya insanlar arasında üstünlük qazanmaq deyil. Möminlər sadəcə Allahın əmrlərini yerinə yetirməkdə, Onun bəyəndiyi əxlaqı yaşamaqda və Rəbbimizi razı etməkdə yarışarlar. Quranda möminləri Allah qatında dəyərli edən ünsürün yaxşı işlərdə yarışmaq olduğu bildirilmişdir: Məhz onlar yaxşı işlər görməkdə bir-biri ilə yarışar və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61) Bu, möminlərin Allah sevgisinin, Allah qorxusunun və imanının tələbidir. Çünki insanın səmimiliyi və ixlası Allahın rizasını qazanmaq üçün göstərdiyi səylə ölçülər. Allaha və axirətə könüldən iman gətirən insan Allahın rizasının ən çoxunu qazanmağı və Allaha ən yaxın insan olmağı məqsəd edər. Allahın ondan razı qalmasını, ona rəhmət etməsini və cənnətinə layiq görməsini istəyir. Odur ki, əlindən gəldiyi qədər çalışır. Ağlından, vicdanından və bütün bacarığından istifadə edərək Quran əxlaqı ilə mükəmməl yaşamağa çalışır. Möminlərin yaxşı işlər görməkdə yarışmasının digər səbəbi də dünya həyatının çox qısa, ölümün də çox yaxın olduğunu dərk etmələridir. Hər an öləcəklərini və Allahın rizasını qazanmaq üçün kifayət qədər cəhd etmədiklərinə görə axirətdə peşman olacaqlarını bilirlər. Çünki axirətə keçdikdən sonra insanın yenidən dünyaya qayıdıb yaxşı işlər görməkdə yarışması, saleh əməllər etməsi mümkün deyil. Bu səbəbdən də əməlisaleh müsəlmanlar daha çox savab qazanmaq üçün zamanla yarışırlar. Dünya həyatında onlara verilmiş müddətdə bacardıqları qədər çox saleh əməl etməyə çalışırlar. (ardı rəydə) #ağıl #agil #təfəkkür #dərin #islam https://www.instagram.com/p/Cg1t87-sYu_/?igshid=NGJjMDIxMWI=











