I İnsanların bir çoxu özünə görə kiçik yalanlar söylədiyini düşündüyü üçün “yalançı” sifətini özünə yaraşdırmaz. Bu, nəyin yalan olduğunu düşünməmələrindən qaynaqlana bilər. Lakin hər nə olsa da, insanın bəzən “bundan nə olacaq” deyərək görməzlikdən gəldiyi və bəzən də özünə görə əsaslı bəhanələr tapdığı yalanlar, ətrafı tərəfindən normal qarşılansa da, həmin insanın sonsuza qədər davam edəcək axirət həyatını böyük təhlükə altına sala bilər. Dünya həyatında, yalan danışan, hiyləgərlik və ikiüzlülük edən insan, ilk baxışda bəzi qazanclar əldə edir, mənfəətlər təmin edir kimi görünə bilər. Lakin bu vəziyyət aldadıcıdır. Yalançı, nəticə etibarilə həmişə itirər. Dünyada həqiqi dostluğu, sevgini, etimadı, səmimiyyəti, yaxınlığı, hüzur və rahatlığı yaşaya bilməz; axirətdə isə çox şiddətli əzabla qarşılıq ala bilər. Allah yalançıların vəziyyətini belə bildirmişdir: Məhv olsun, o “zənn və təxminlə yalan danışanlar”, belə ki, onlar, “cahilliyin əhatəsində” olan qafillərdir. (Zəriyət surəsi, 10-11) Dürüst insan isə bəzən bir sıra çətinlikləri gözə almaq məcburiyyətində qala bilər. Lakin dürüst və səmimi olduğu üçün həmişə qazanar. Allah onun gözəl əxlaqı müqabilində, dünyada və axirətdə ona nemətini, rəhmətini, sevgisini, rizasını bəxş edər və onu cənnətlə mükafatlandırar. Allah dürüst insanların və səmimi möminlərin qarşılaşacağı gözəl nəticəni Quranda belə bildirmişdir: Allah dedi: “Bu, dürüstlərə, doğru danışmalarının fayda verəcəyi gündür! Onlar üçün altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər var”. Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Məhz, böyük “qurtuluş və xoşbəxtlik” budur. (Maidə surəsi, 119) (ardı rəydə) #dürüst #dürüstlük #durust #əxlaq #islam #quran https://www.instagram.com/p/CgMX6EjMGZk/?igshid=NGJjMDIxMWI=