"Blow-Up" (Foto Böyütmə)
Michelangelo Antonioninin filmi. Filmdəki səssizliklərə və səslərə heyran qaldım. Jane Birkin əsas rolda oynamasa da, filmdə var. Musiqilər də ki, yaşayan caz əfsanələrindən Herbie Hancockdan.
Bir fotoqrafın hekayəsi fonunda, mənə daha başqa mənalar ifadə elədi bu film. "Görmək" və "bilmək" feilləri haqqında əməlli düşündürdü. Təbii ki, filmin möhtəşəm son səhnəsinin də təsiri ilə.
P.S. Filmə baxdıqdan sonra, o parka getmək istəyi yarandı. Sırf o parka getmək üçün, İngiltərəyə getməyə dəyər.
Herbie Hancock - Blow-Up












