Ümid edirəm adım gələndə pərdələrini bağlamırsan, boğazında düyünlənmir kəlimələr. Gözlərini hər yumanda, hər duranda, hər tək qalanda, hər insan içinə çıxanda, güləndə, yaxşı bir şey olanda, pis bir şey olanda, yorulanda, çox bəyəndiyin bir şey görəndə, çox dadlı bir şey yeyəndə, pomidor gözünə sıçrayanda, ürəyin pancake istəyəndə, hansısa şokalad muzeyinə girəndə, üşüyəndə, belin açıq qalanda, dünyanın ən gözəl gülüşünün səninki olduğunu deyəndə kimsə, yeni yerlərə gedəndə, köhnə yerlərdən keçəndə, təsadüfən ətrini eşidəndə hardasa, kimisə qucaqlayanda, istədiyin şeylərə çatanda yadına düşmürəm. Çətin olur, çox çətin olur çünki, bilirəm.