"Kompot" sözü bizim dilimizə rus dili vasitəsilə fransiz dilindən gəlib. Fransız dilinə isə bu söz bir çox digər sözlər kimi latin dilindən keçmşdir. Latin dilində bu söz #kompositus şəklindədir. Kompositus sözü #mürəkkəb, #tərkibi mənasını ifadə edir ki, bu ad da içkinin adına tam uyğun gəlir: axi kompotun hazırlanmasında adətən bir neçə komponent iştirak edir. Bu mənada #kompozisiya, #komponent, #kompüter və s. bu tipli sozlər kompotla qohum olan sözlərdir. Yeri gəlmişkən, tezliklə kompot bağlama kampaniyasınin qizğın dövrü başlanacaq. Hər kəsin meyvəsi də, mürəbbəsi də, povidlosu da, cemi də, kompotu da bol olsun! https://www.instagram.com/p/Cd42dfqNDF9/?igshid=NGJjMDIxMWI=















