60 saylı Salyan-Neftçala seçki dairəsindən öz namizədliyini açıqlayan, Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçı Baş Leytenantı, qazi Kamil Musaviyə imza və səs verməməklə bağlı yerli əhaliyə təzyiqlər olduğuyla bağlı, onun özü video paylaşıb. Belə bir halın olması, həqiqətən utandırıcıdır. Hələ, jurnalistika adıyla reketlik etdikləri təsdiq olunmuş şəxslərin, qazimizə qarşı qarayaxma kampaniyasına başlaması yumşaq dillə desək, tərbiyəsizlikdir. Siz bu jurnalist adına ləkə olanların fəaliyyətiylə bağlı kiçik araşdırma etsəniz, görəcəksiniz ki, əvvəlcə tənqid, daha doğrusu şantaj etdikləri məmurların, icra başçılarınının sonradan əlaltılarına çevriliblər. Biz xalq olaraq öz hərbçimizi, ordumuzu ən yüksək pillədə tutmalıyıq. Bir həftə öncə, ABŞ-İran qarşıdurması fonunda yazmışdım ki, Azərbaycanda vətənpərvərlik dövlətçilik məsələsi olmalıdır. Biz öz əsgərimizə, zabitimizə, generalımıza sahib çıxmalıyıq ki, kütlə başqa ölkənin generalını özünə qəhraman seçməsin, onun ölümünə ağlamasın. Buna görə də Milli Məclisdə hərbçi kökənli millətvəkillərimiz olmalıdır ki, ordumuzun vəziyyəti məclisdə daha yaxşı müzakirə olunsun, milli vətənpərvərlik duyğuları daha geniş vüsət alsın. Mən, Kamil Musaviyə qarşı aparılan qarayaxma kampaniyasını qınayır, onun namizədliyinə əngəl törətmək istəyənlərin də ölkə prezidenti tərəfindən cəzalandırılacaqlarına ümid edirəm. #milliordu #əsgər #vətən #seçki #salyan #neftcala #az #azerbaijan #aze #azinstagram #azliving #azerbaycan🇦🇿 #azerbaijan🇦🇿 #aztagram #azlife #azeaktive💎 #azeaktive💕🌛 #azeactive💎 #azərbaycan #aztaqram #azerbaycaninsta #azeactive💪 #azerbayjan #azeaktiv💎 #aztagrambaku #azarbaycan #aztagramazerbaijan #aztagrampeople #az365 https://www.instagram.com/p/B7Jzpwso6lm/?igshid=e5pnko140m6e