Bu reseptlə xatırlayanlar eynən o dada qayıdacaqlar Nagıl tortunun özüməməxsus 3 özəlliyi vardı biskvitinin nəm olması, tərkibində konyak olması və üzərinin marmelad və meyvə quruları ilə bəzənməsi. Reseptdəki biskvit uzunlugu 26, eni 11sm olan formada bişirilib. Bundan bir az böyük formada da bişirmək olar.bu reseptlə. Yazdıgım ölçülərdə stəkan 200 qramlıqdır. biskvit üçün
4yumurta
1dolu olmayan st. şəkər
1çox dolu st. ələnmiş un
1paket vanil
yarı ç.q.soda
KREM
250qr. kərə yagı(yumşalmış)
1,5 st. Süd
1,5 st. şəkər
2 yumurta sarısı
3x.q.konyak
Əvvəl yumurtanı mikserlə 2dəq. Çalın şəkəri az az töküb köpüb qatılaşınca çalın hardasa 10 dəq. Ələnmiş una soda vanil qarışdırın və yenidən ələyin. Az az töküb asta asta qarışdırın. Formanın dibinə yaglı kagız kəsib salın. Xəmiri tökün və az isinmiş sobada 160% də bişirin. (Sobanın qapısını ən az 20 dəq. açmayın)azca soyusun formadan çıxarın.
krem - Yumurta sarısıyla südü çalıb açın. Şəkəri töküb qarışdıraraq bir az qatılaşınca qaynadın. Qatılıgı soyuyanda malako kimi Olmalıdı. (Bundan öncəki şəkili çevirməklə alınmış siropun qatılıgına baxın)
Bunu qoyun soyusun. Sonra yagla çalıb axırda konyak töküb daha 2dəq çalın konyak istəməyən vanil töksün 1 paket
Şirə
1st. Su ilə 1 st. Şəkəri 2dəq qaynadın soyudun 2x.q.konyak əlavə edin.
Biskvit soyusun yanı üstə çevirib 3 hissəyə bölün. (Aşagılarda şəkillərlə də göstərmişəm)
Şirə ilə isladın və kremləyib üst üstə yıgın. Qalan kremi 2 hissəyə bölün birinə kakao töküb(istədiyiniz qədər) üstünə və yanlarına çəkin.biskvitin kənarlarından bir az ovuntu çıxarıb 1ç.q.kakao ilə qarışdırıb yanlarına vurun. O biri hissə kremi də 2 hissəyə bölüb qırmızı və yaşıl rəng qatın. Bununla üzərini bəzəyin üzərini marmeladla da bəzəyin.
Qeyd
Əgər bol kremli sevmirsizsə və üzərini çox kremlə bəzəməyəcəksizsə onda yagı 200 qr. Şəkər və südü hərəsindən 1 st götürün.
bu kremdən həm tort içi həm bəzəklər üçün istifadə edə bilərsiniz əsasən Nagıl tortunda istifadə edilir bu zaman 2-3 x.qaşıgı konyak əlavə edilir.26 sm lik 3 biskvitin üzəri və yanları üçün bəs edir.
Şarlott krem
250qr. kərə yagı(yumşalmış)
1,5 st. Süd
1,5 st. şəkər
1 Paket vanil
2 yumurta sarısı
Yumurta sarısıyla südü çalıb açın. Şəkəri töküb qarışdıraraq bir az qatılaşınca ( 5-6 dəq. Orta atəşdə)qaynadın. Qatılıgı soyuyanda malako kimi Olmalıdı.
Bunu qoyun soyusun. Sonra əvvəl yumşaq yshı agarınca çalıb bunu da az az əlavə edərək çalın ( olacaqsa axırda konyak) töküb daha 2çaln.