I Vaqiə surəsi, 17-ci ayə; “Onların ətrafında həmişəcavan (xidmətçi) gənclər dolanacaqlar.” Cənnətdəki insanlara xidmət edən mələklərdir bunlar. Allah onlara diqqət çəkir. Quranda cənnətdəki mələklərlə evlilik yoxdur, bunu məzhəbçi xurafatçılar saxta hədislərə dayanaraq uydururlar. Ayədə deyilən “gənclər” mələklərdir, onlar xidmətçi kimi və gözəllik olaraq yaradılmışlar. Qadın mələklərə huri, kişi mələklərə qılman deyilər. Onların vəzifəsi sadəcə insanlara xidmət etməkdir. Əlavə olaraq uşaq mələklərdə olacaqdır, bunların adı isə vildandır. “Gümüş qablar və qədəhlər,” şüşə qədəhlər; bəzəkli, məsələn kristaldan, zümrüddən, yaqutdan qədəhlər, “Ki bundan nə başlarında bir ağrı tutar, nə də özlərindən keçib ağılları itər.” Dünyadakı haram olan şərabın baş ağrıdan, sağlamlığı pozan xüsusiyyəti vardır, cənnətdə bunlar yoxdur deyir Allah. “Arzulayıb-seçəcəkləri meyvələr, canlarının çəkdiyi quş əti.” Cənnətin əsas yeməkləridir, inşaAllah. “Və iri gözlü xanımlar,” Allah, bədənin ən əhəmiyyətli parçası olaraq əsas gözə diqqət çəkmişdir. Çünki göz ən çox ehtirası, eşqi ifadə edən yerdir. Alnından, saçından, boynundan bu aydın olmaz. Ehtiras və eşq gözdən aydın olar. Allah deyir ki, “Və iri gözlü xanımlar, sanki gizli incilər kimi” tərtəmiz, çox düzgün, möhtəşəm dəriyə sahibdirlər. Xurafatçılarda qadının saçından ehtiras duyurlar, saç fetişləridirlər sanki. Kişilərdə sanki saç yoxdur. Şumerlərin batil dinindən gəlmə sapıq düşüncədir bu. Məzhəblər insanları azğın, sapıq və potensial əxlaqsız kimi görərlər. Bu isə şeytani düşüncədir tamamən. Mömin təmizdir, təmiz düşüncəlidir, ətrafındakı insanlara öz bacı-qardaşı kimi görməlidir. Vaqiə surəsi 37-ci ayə; “Yoldaşlarına sevgiylə tutqun (və) həmyaşıd” deyir Allah. Sevgi olmadıqdan sonra, ehtiras olmadıqdan sonra, ət-sümük heç bir şey ifadə etməz. Allah onun üçün gözlərə diqqət çəkir. Ruha olan ən şiddətli təsir çox əhəmiyyətlidir. O zaman insan bir məna ifadə edir. Cənnətdə də eyni sistemin var olduğunu deyir Allah. Cənnətdə hər kəs eyni yaşda olar, Allahu aləm, 33 və ya 35 yaşında ola bilər. #cənnət #cennet #huri #qilman #vildan #axirət #ahiret https://www.instagram.com/p/CeeQ7miMuGd/?igshid=NGJjMDIxMWI=











