Şilə üçün lazım olan ərzaqlar (2-3 nəfər üçün)
1,5 st yumru düyü
0,5 st piti noxudu
1 orta boy soğan
250 qr qoyun əti yağlı hissələrindən (mal əti ilə əvəz etmək olar)
5-6 dənə albuxara yaxud alça qurusu
1 dəsdə çüyüd
2 y.q. ərinmiş kərə yağı
0,25 ç.q.sarıkök
duz
*Şilə aşı ancaq yumru düyü ilə bişirilir. Ən məsləhətdisi Şəki düyüsüdü, onun tərkibində nişasta nisbətən daha çoxdur.
*Şilə qayda ilə yağlı qoyun ətindən bişirilir, mal əti ilə əvəz etmək olar. Nənəm hər zaman yağlı ətlə bişiriərdi ki, dadlı olsun.
Axşamdan yarım stakan noxudu bol suda istağa qoymaq, səhər o suyu süzmək, üstünə yenə su süzmək və bişirmək.
Əti xırda tikələr qoğramaq və suda pilə kimi olanadək bişirmək. Kəfini almaya unutmayın,ətin suyu lazım olacaq. Bişənə yaxın duz vurmaq.
Albuxaranı da ilıq suda 20-30 dəq istağa qoymaq.
Ətin və noxudun bişməyini gözləmək lazımdır. Onlar bişəndən sonra yeməyi bişirməyə keçmək olar.
Soğanı xırda doğramaq və isinmiş yağda orta odda qovurmaq. Çox rəngini ötürməyin. Axıra yaxın sarıkök vurun və qarışdırın.
Soğançanın üstünə bütün ərzaqları əlavə etmək - əvvəldən yaxşıca yuyulmuş düyü, albuxara, bişmiş noxud (suyunu süzmək) , doğranmış çüyüd və bişmiş ət tikələri.
Nənəm hər zaman ət tikələri ilə birlikdə xırda doğranmış quyruq da qoyardı, yeməyin içində əriyirdi, qəşəng olurdu. Ancaq bu zövq məsələsidir. Əgər evdə quyruq yeməyən varsa, yaxşısı burud qoymayın, sonra payına quyruq düşsə, iştahı qaça bilər)
Qarışdırmaq və üsdünə bulyon tökmək. Hər bir stakan düyüyə 2 st bulyon yada su lazımdır. Əgər bulyon bəs etməsə, su əlavə edə bilərsiz.
Biraz duz vurmaq.
Suyun qaynamasını gözləyin, elə ki qaynadı, altını qısın və ən zəif odda yeməyin suyu çəkilənədək bişirin. Tam qurutmayın, dibində yarım stakan şirə qalmalıdır.
Bu zaman kimi düyü artıq bişməlidir. Yoxlayın, lazımdırsa biraz su tökün və düyünün bişməyini gözləyin.
Dediyim kimi dibində yarım stakan şirə qalmalıdır. Ocaqdan yeməyi alın və 10 dəq saxlayın, dəm alsın, özünə gəlsin. Olan şirənidə canına çəkəcək.
Şilə bax belə olur. Suyu yarı çəkilmiş, amma tam qurumamış, şirəli, mətli və həlimli.Dadında isə biraz meyxoşluq hiss olunmalıdır. Odurki albuxaranın keyfiyəti önəmlidir.