Biz Qəbələyə növbəti qələbə ardınca BİRLİK’də gedirik ! Bəs siz?! #birlikwu #ireliwu
Daima uşaqlıqdan valideynlərimizi bizə bir yerdə olmağı, bir-birimizə, dostlarımıza, yaxınlarımıza dəstək olmağı, birlik olmağı öyrədirlər. Atalarımız yaxşı deyiblər: “ Güc Birlikdədir ! “, “ Tək əldən səs çıxmaz” və s. Hər şeyin əsasında birlik durur. Biz dünyaya gəlirik, valideynlərimiz bizə dəstək olur və bununla bizim kiçik cəmiyyətimiz - birliyimiz meydana gəlir. Daha sonra böyüyürük, daha geniş bir mühitə düşürük və bu cəmiyyətdə də dostlar, tanışlar tapıb birlik yaradırıq. Birlik yaranır, dostluq yaranır. İnsanlarda bir-birilərinə qarşı güvən, inam yaranır. Bu güvən, etimad, inam bizə tərəqqi və inkişaf etməyə kömək edir və sonda BİRLİK bizi uğurlu qələbəyə gətirib çıxarır. Beləliklə,hər anlamda hər şeyin əsasında, cəmiyyətin əsasında BİRLİK durur.
Məhz bu BİRLİK 5 fevral 2012-ci il tarixdə 16 nəfər gənci bir araya gətirdi. Bu 16 gənci yalnız bir məqsəd birləşdirdi: BİRLİK olaraq BİR Qələbəyə doğru ! Tamamilə bir-birilərinə yad olan 16 gənc bir gündə doğmalaşdı, yumruq tək birləşdi. Bu görüşü hamımız çox səbrsizliklə gözləyirdik və görüş gözləntilərimizdən də əla keçdi. Komanda olaraq bir-birimiz haqqında məlumat aldıq, güclü tərəflərimizi öyrəndik. Ən əsas da zəif nöqtələrimizdən xəbərdar olduq ki, bir-birimizə dəstək olaq. Daim bir-birimizi dəstəkləyiriksə, deməli birik, birliyik. Görüş zamanı çox maraqlı ideyalar səsləndi. Komanda üzvlərimiz çox kreativ, geniş dünya-görüşünə malik olan insanlardır. Hər bir dəqiqə söhbətimizdən həzz aldıq və ən əsası da dost olduq.
Hamımızın qəlbində qələbə alovu yanır. Və mən əminəm ki, belə komanda, belə motivasiya ilə nəinki qələbəyə doğru irəliləmək, hətta artıq olmaq deməkdir ! Bizim artıq bir qələbəmiz var: BİRLİYİMİZ ! Biz Qəbələyə növbəti qələbə ardınca BİRLİK’də gedirik ! Bəs siz?!
by Ragima Mamedova













