Azərbaycan çörək/lavaş etiketləri
Sən deyən elə böyük bir kolleksiya olmasa da, respublikamızda kiçik sahibkarlığın bu sahəsində yeni-yeni müəssisə və sexlərin açılması tendensiyasının davam etməsi bu cür kolleksiyalar üçün işıqlı gələcək vəd edir.
Bu kiçik kolleksiyaya maraq ilk dəfə bir loxma çörək yeyəndə yaranıb, etiketlərin rəngarəngliyi və cəlbediciliyi bunun həvəsə çevrilməsinə təkan verib. Bəzən elə olub qohum evindən lavaş çörəyinin etiketin götürüb gətirmişəm.
Təndir, lavaş etiket adlarından da görəcəyiniz kimi isə bu sahə üzrə, əsasən Kiçik Torpaqdan - Naxçıvandan - olan həmvətənlərimiz ixtisaslaşıblar. Hərçənd ki, “Naxçıvan lavaşı” adlı lavaşların istehsalı bilavasitə istehsalçının naxçıvanlı olmasına işarə olmasa da (bax: Gəncə dovğasını Mərkəzi Arandan olan kiçik sahibkarın istehsal etməsi üçün nəzəri cəhətdən heç bir maneə yoxdur. - red.), hal-hazırda bu ad elə birbaşa ona işarədir.
Qeyd: Hər yeni tapıntı skaner aparatının əlçatımlı olması ilə üst-üstə düşəndə aşağı hissədən paylaşılmağa davam ediləcək.
“Gülan Nənə Təndiri”
“Əl əməyi”



















